Qaraməmmədli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Qaraməmmədli oyk., sadə. Ağsu r-nunun Ağsu şəhər i.ə.v.-də kənd. Şirvan düzündədir. Kənd qaraməmmədli nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanmışdır; Füzuli r-nunun Dilağarda i.ə.v.-də kənd. Köndələnçayın (Arazın qolu) sahilində, dağlıq ərazidədir. Kəndi qaraməmmədli nəslindən olan ailələr saldığı üçün belə adlanmışdır; Şahdağ silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini təqr. XVIII əsrin axırlarında Ağköynək kəndindən (Qazax r-nu) gəlmiş Qara Məmməd adlı bir şəxs saldığı üçün belə adlanmışdır. Hazırda kənddə qaraməmmədli adlı nəsil də yaşayır. Qızıltorpaq adlı ərazidə salındığına görə, kəndə bəzən Qızıltorpaq da deyilir; Yevlax r-nunun eyniadlı i.ə.v.-də kənd. İncəçayın sağ sahilindən 3 km aralı, Yuxarı Qarabağ kanalının sağ sahilində, Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə burada məskunlaşmış qaraməmmədli nəslinin adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 849 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Kənd əhalisi Hun Türkləri və Oğuz Türklərindən ibarətdir.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri