thumb|260px|17 iyun 2016-cı il tarixində google.com.tr-də Adile Naşitin 86-cı ad günü üçün hazırlanmış doodle Adile Naşit (əsl adı: Adela; ) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır.

Həyatı Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub.

Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib..

11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilmişdir. Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər Official Fan site

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Türkiyə erməniləri Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:XX əsr Türkiyə aktrisaları