Məsabihus-Sünnə () — Bəğavinin etibarlı hədis mənbələrindən topladığı rəvayətləri özündə ehtiva edən hədis məcmuəsi.
Əsər Rəvayətlərin əvvəlcə mövzulara və bablara görə sıralandığı bu kitabda hər babdakı hədislər öz daxilində səhih və həsən olmaq üzrə iki yerə ayrılıb. Əsərdə az sayda olan zəif rəvayətlərin vəziyyəti xüsusi olaraq qeyd edilib. Əsərdə münkər və mövzu (uydurma) rəvayətlərə isə yer verilmədiyi bildirilib. Brokkelmanın Bəğavinin əsərinə daxil etdiyi hədisləri səhih, həsən, zəif və qərib olmaqla üç yerə ayırdığını söyləməsi düzgün hesab olunmur.
Bəğavi, başqa mənbələrdə rast gəlinməməsinə baxmayaraq, "Səhiheyn"dən seçdiyi hədislər üçün "səhih" (2434 hədis), digər hədis kitablarından seçdiyi hədislər üçün isə "həsən" (2050 hədis) terminindən istifadə etmişdir. Bu kitablar "Kütübi-Sittə", həmçinin Dəriminin "əs-Sünən"i, Malikin "Muvatta"sı, Şafiinin "əl-Müsnəd"i, Darəqutninin "əs-Sünən"i, Beyhəqinin "Şuabul-iman"ı və əndəlüslü mühəddis Rəzin ibn Muaviyə əs-Səraqustinin "ət-Təcrid lis-sihəh vəs-sünən" adlı əsərləridir.
İslam dünyasında böyük şöhrət qazanmış və üzərinə qırxdan artıq şərh yazılmış "Məsabihus-Sünnə" əsərində 4931 hədis vardır (Yusif Əbdürrəhman əl-Məraşli nəşri). Katib Çələbi isə əsərin 4719 hədis ehtiva etdiyini, onlardan 1051 hədisin həm "Səhihi-Buxari", həm də "Səhihi-Müslüm"də, 325 hədisin yalnız Buxaridə, 875 hədisin isə təkcə Müslümdə yer aldığını bildirir.
Əsər müxtəlif dillərə tərcümə edilmiş olub, üzərində aparılmış ən məşhur tədqiqat Xətib Təbrizinin "Mişqətül-Məsabih"idır.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni hədis topluları