Avni Arbaş () — Türkiyə rəssamı.
Həyatı Avni Arbaş 1919-cu ildə çərkəzəsilli bir ailədə anadan olmuşdur. İbtidai təhsilinə babasının xidməti ilə əlaqədar olaraq Aydında başlamışdır. İlk rəsm müəllimi sayılan atasının 1929-cu ildə Sivasda vəfat etməsindən sonra anası ilə birlikdə İstanbula gəlmiş və Qalatasaray Liseyinə daxil olmuşdur. Həmin dövrdə Qalatasaray Liseyində təhsil alan və sonradan tanınmış rəssamlar olan Cihad Burak və Səlim Turan ilə birlikdə hərbçi rəssamlardan Mehmed Əli Laqanın şagirdi olmuşdur. O dövrün Akademiya müəllimləri İbrahim Safi və Naci Kalmukoğlunun emalatxanalarında çalışmışdır. 1937-ci ildə indiki Memar Sinan Gözəl Sənətlər Universiteti adlanan dövrün Dövlət Gözəl Sənətlər Akademiyasının orta hissəsinə daxil olmaq üçün Qalatasaray Liseyindən ayrılmışdır. Akademiyada İbrahim Çallı və Leopold Levinin emalatxanalarında fəaliyyət göstərmiş, burada keçirdiyi doqquz ilin son mərhələlərində Dövlət Rəsm və Heykəl Sərgilərində iştirak etmişdir. 1946-cı ildə təhsilini başa vurduqdan sonra dövrün Maarif vəkili (Milli Təhsil naziri) Həsən Əli Yücəlin təşəbbüsü ilə təşkil olunan "Yurt Geziləri" proqramına qatılmış və Siirtə getmişdir.Başkaldıran Atların Ressamı, Yaşar Yılmaz ISBN 9789753902007Avni Arbaş, Ferit Edgü ISBN 9754583161
Fransa hökumətinin təqaüdü ilə Parisə gedən sənətkar 1951-ci ildə Türkiyədə Maya Qalereyasında, 1954-cü ildə isə Parisdə Mahmud Makalın "Bizim kənd" adlı əsərindən ilhamlanaraq hazırladığı işlərlə ilk sərgilərini açmışdır. 1943-cü ildə ailə qurduğu həyat yoldaşı Zerrinin vəfatından sonra 1958-ci ildə Anriyetta Lapuj ilə ikinci evliliyini etmişdir. 1966-cı ildə Anri Montermalanın üçüncü cildini on beş litoqrafiya işi ilə illüstrasiya etmişdir.
Avni Arbaş Fikrət Mualla, Həqqi Anlı, Abidin Dino, Selim Turan, Rəmzi Raşa, Nejat Melih Devrim, Mübin Orhon və Albert Bitran ilə birlikdə Paris Türk Ekolu piktura sənətinin nümayəndələrindən olmuşdur.
1977-ci ildə Türkiyəyə qayıtmış, lakin hərbi xidmətini yerinə yetirmədiyi əsas gətirilərək vətəndaşlığını itirdiyini öyrəndikdən sonra çətinliklərlə üzləşmişdir. Apardığı mübarizə nəticəsində vətəndaşlığını yenidən bərpa etmişdir. Bu dövrdə əsasən Mustafa Kamal Atatürk portretləri ilə yanaşı, "İstanbul" və "Boğaz" mövzulu əsərlər yaratmışdır. Parisdə yaşadığı illərdə vaxtaşırı şəhərə gələn Nazim Hikmətin də karandaşla portretlərini işləyən rəssam 2003-cü ildə xərçəng xəstəliyi səbəbilə İzmirin Foça rayonunda yaşadığı müddətdə, 84 yaşında vəfat etmişdir.
Sərgilər
Onlayn sərgilər 2008 Arda Sanat Galerisi 2008 Artisan Sanat Galerisi 2008 Artisan Sanat Galerisi 2008 Derinlikler Sanat Merkezi 2008 Olcay Art 2008 Artisan Sanat Galerisi 2008 Pınar Art 2008 Antik Park Fine Art and Antiques 2007 Evin Sanat Galerisi 2007 Artisan Sanat Galerisi 2007 Artisan Sanat Galerisi 2006 Artisan Sanat Galerisi 2006 Artisan Sanat Galerisi 2006 Cumalı Sanat Galerisi 2006 Galeri D 2006 Artisan Sanat Galerisi 2005 Artı Mezat 2005 Artisan Sanat Galerisi 2005 Maçka Mezat 2005 Alif ART 2005 İstanbul Grafik Sanatlar Müzesi 2004 Krişna Sanat Merkezi 2004 Artisan Sanat Galerisi 2004 Artisan Sanat Galerisi 2004 Artium Sanatevi 2003 Artı Mezat 2003 dem-art Sanat Galerisi 2003 Artisan Sanat Galerisi 2002 Artisan Sanat Galerisi 2002 dem-art Sanat Galerisi 2001 dem-art Sanat Galerisi
Fərdi sərgilər 1998 Millî Reasürans Sanat Galerisi/Retrospektif, İst. 1995 Artisan Sanat Galerisi, İstanbul 1992 Garanti Sanat Gal./Küçük Retrospektif, İstanbul 1991 Artisan Sanat Galerisi, İstanbul 1987 Artisan Sanat Galerisi, İstanbul 1987 Artisan Sanat Galerisi, Ankara 1983 Artisan Sanat Galerisi, Ankara 1982 Urart Sanat Galerisi, İstanbul 1981 Artisan Sanat Galerisi, Ankara 1979 Artisan Sanat Galerisi, Ankara 1978 Bedri Rahmi Galerisi, İstanbul 1977 Vakko Sanat Galerisi, Ankara 1975 Galerie Esteve, Paris 1972 Gallery Herbert Benevy,New York 1970 The Vernon Manor, Ohio 1965 Galerie Dina Vierny, Paris 1962 Galerie Dina Vierny, Paris 1961 Gallery Nicole, New York 1958 Musée Grimaldi, Antibes (Abidin Dino’yla birlikte) 1956 Galerie Dina Vierny, Paris 1954 Galerie Octobon, Paris 1953 Galerie La Roue, Paris 1951 Maya Sanat Galerisi, İstanbul (Türkiye’deki ilk sergisi)
Qarışıq sərgilər 1986 "İstanbul'da Bahar" Edpa Sanat galerisi İstanbul 1968 Galerie La Muraille, Besançon 1965 "Paris'te Yaşayan Türk Ressamları "Alman Kül. İstanbul 1956 Ecole de Paris 56 Galeri Carpentier, Paris 1940 Liman Sr., Yeniler Grubuy'la Matbuat Müdürlüğü Salonu, İstanbul
İstinadlar
Xarici keçidlər Avni Arbaş Retrospektifi
Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Çərkəzlər Kateqoriya:Türkiyə çərkəzləri