Ərən Əyyuboğlu () və ya doğum adı ilə Ernestin Leyboviçi (; ) — rumıniyaəsilli Türkiyə rəssamı, keramist və mozaika ustası . O, Türkiyədə modernizmin öncüllərindən biri hesab edilir.

Həyatı Ernestin Leyboviçi 5 fevral 1913-cü il tarixində Rumıniyanın Yaşi şəhərində anadan olmuşdur. O, təhsilini Corc Enesku adına Milli İncəsənət Universitetində (əvvəllər Yaşi Gözəl Sənətlər Akademiyası) almış və 1928-ci ildə məzun olmuşdur. 1930–1932-ci illərdə Parisdə Andre Lotun studiyasında (Andre Lot Akademiyası kimi də tanınır) və Jülian Akademiyasında təhsilini davam etdirmişdir. 1933-cü ildə İstanbulda incəsənət sahəsində təhsil almışdır.

1933-cü ildə Andre Lotun studiyasında tanış olduğu rəssam Bədri Rəhmi Əyyuboğlu ilə evlənmişdir. Evləndikdən sonra Ernestin türk adı olaraq "Eren" adını qəbul etmişdir. 1940-cı illərdə Bədri Rəhmi Əyyuboğlunun rəssam Mari Gərəkməzyan ilə münasibəti onların ailə həyatında gərginliyə səbəb olmuşdur.

Əyyuboğlu yaradıcılığında keramika, kömür, yağlı boya, akvarel və quaş kimi müxtəlif texnikalardan istifadə etmişdir. O, 1936-cı ildən etibarən D Qrupu sərgilərində iştirak etmiş, 1957-ci ildə Edinburq İncəsənət Festivalında, 1958-ci ildə isə Hamburqda keçirilən Türk Qadın Rəssamları Sərgisində əsərlərini nümayiş etdirmişdir. 1941-ci ildə onun ilk fərdi sərgisi təşkil olunmuşdur.

Vəfatı və irsi Ərən Əyyuboğlu 30 avqust 1988-ci il tarixində Türkiyənin Kalamış bölgəsində vəfat etmişdir. Onun əsərləri "Grey Art Gallery" və İstanbul Müasir İncəsənət Muzeyi də daxil olmaqla müxtəlif muzey kolleksiyalarında qorunur.

2020-ci ildə onun yaradıcılığı Şimal-Qərb Universitetinin Blok İncəsənət Muzeyində təşkil olunan və Nyu-York Universitetinin Ebbi Qrey kolleksiyasından İran, Türkiyə və Hindistan modernizminə dair nümunələri təqdim edən "Modernizmlər" adlı sərginin tərkib hissəsi olmuşdur.

İstinadlar

Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə memarları