thumb|right| Balat Oyuncaq Muzeyi ön tərəfdən şəkil Balat Oyuncaq Muzeyi İstanbulun Fatih ərazisində Ayaqapı məhəlləsində yerləşən və iş adamı Timur İnçoğlu tərəfindən 13 iyun 2021-ci ildə təsis edilmiş oyuncaq Muzeyidir.
Haqqında Balat Oyuncaq Muzeyi ziyarətçilərinə 1980-ci illərə aid film səhnələrinin canlandırıldığı dioramalarla yanaşı, Türkiyənin ən böyük qurğuşun əsgər kolleksiyasını da təqdim edir. Bu kolleksiya 3500 ədəd fiqurdan ibarətdir. Muzeydə ümumilikdə 17000 ədəd oyuncaq sərgilənir və ekspozisiya 17 fərqli kateqoriya üzrə təşkil olunub. Bu kateqoriyalara film səhnələrini əks etdirən əl işi dioramalar, teneke oyuncaq nümunələri, diecast avtomobil kolleksiyası, müxtəlif cizgi film və animasiya personajları, Tamiya firmasına aid motosiklet maketləri, əl işi Hacivat və Qaragöz təsvirləri, Əyüb oyuncaqları kolleksiyası və Disney personaj heykəlləri kimi çoxsaylı maraqlı eksponatlar daxildir.
Balat Oyuncaq Muzeyi teatr tamaşaları, emalatxana çalışmaları və “Muzeydə Bir Gün” kimi tədbirlərə ev sahibliyi etməklə yanaşı, daimi olaraq yenilənən və qısa müddətli müxtəlif fəaliyyətləri də özündə birləşdirir. Dünyadakı digər oyuncaq muzeyi nümunələrinə çatmaq və inkişaf etmək məqsədilə muzey öz kolleksiyasını davamlı şəkildə yeniləmək prinsipi əsasında fəaliyyət göstərir. 2023-cü ilin oktyabr ayında muzeydə kiçikmiqyaslı yanğın hadisəsi baş vermişdir. Yanğınsöndürmə briqadalarının müdaxiləsindən sonra binanın konstruksiyasında yaranmış zədələr səbəbindən muzey qısa müddətə ziyarətçilər üçün bağlanmış, lakin ən qısa zamanda fəaliyyətini problemsiz şəkildə bərpa etmişdir.
Muzey binası Sahəsi 1.000 m² olan binanın mövcud iki mərtəbəsindən birinci mərtəbəsində nadir oyuncaq nümunələri, detallı kukla evləri, bənzərsiz döküm (diecast) avtomobillər, klassik və populyar çizgi filmlərə aid səhnələr sərgilənir. Yuxarı mərtəbədə isə bütün yaş qruplarına uyğun irimiqyaslı qatar (dev tren) konseptli kolleksiya yer alır. Muzey müxtəlif konsepsiyalarda çoxsaylı eksponatı özündə birləşdirərək 50 illik bir tarixi əhatə edən zəngin kolleksiyaya ev sahibliyi edir.
Sərgidəkilər 2300 ədəd qurğuşun əsgər kolleksiyası Bir anın və ya film səhnəsinin canlandırıldığı əl işi Dioramalar 1930-cu illərə aid tarixi teneke oyuncaqlar Gəmi və təyyarə maketləri Döküm (diecast) avtomobil kolleksiyası 1940-cı illərə aid porselen və plastik kukla kolleksiyası Lego kolleksiyası Müasir cizgi/animasiya film personajları Qorxu filmi səhnələrinin canlandırıldığı dioramalar Məhdud istehsal Disney personaj heykəlləri Guillermo Forchino-nun xüsusi heykəl kolleksiyası 1:24 ölçülü hərəkətli qatar və stansiya səhnəsi 1:87 ölçülü 1970-ci illərin Almaniya, Bonn şəhəri dioramasi Məşhur maket markası Tamiya-nın motosiklet maketləri 1:1 ölçülü Hezarfən Əhməd Çələbi qanadı 1950-ci illərə aid pedal ilə işləyən uşaq nəqliyyat vasitələri və skuterlər
Qalereya
İstinadlar
Xarici keçidlər https://www.ntv.com.tr/turkiye/balatta-oyuncak-muzesinde-yangin,EOyKmBYRlUaviL5E23JaGA, 13 yanvar 2026 https://balatoyuncakmuzesi.com/hakkimizda/, 13 yanvar 2026
Kateqoriya:Oyuncaq muzeyləri Kateqoriya:İstanbul muzeyləri