Şəhla Tahirqızı (tam adı: Şəhla Tahir qızı Quliyeva; ) — kitabxanaşünas-biblioqraf, ədəbiyyatşünas, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent. 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının öncə "Biblioqrafiya" şöbəsinin müdiri; hazırda isə direktorun kitabxana xidməti üzrə direktor müavini; Azərbaycan Yazıçılar Birliyinin üzvü (2024);"Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı (2019); "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı (2025) mükafatçısı.

Həyat və fəaliyyəti Şəhla Tahirqızı 13 fevral 1971-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1977–1988-ci illərdə Gədəbəy rayonu Rüstəm Əliyev adına 1 saylı orta məktəbdə təhsil almışdır. 1989–90-cı illərdə Cəfər Babayev adına TPM-ni bitirərək Bakı Universiteti Nəşriyyatının mətbəəsində əmək fəaliyyətinə başlamışdır. 1992–1998-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alan Şəhla Tahir qızı Fərqlənmə diplomu ilə Universiteti bitirmişdir.

1998-ci ildən Bakı Universiteti nəşriyyatının "Təbiət və dəqiq elmlər" redaksiyasında əvvəlcə korrektor, sonra redaktor vəzifələrində çalışmış, 1999–2019-cu illərdə "Bakı Universitetinin Xəbərləri" elmi jurnalının məsul katibi olmuşdur.

2000-ci ildən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə müəllim keçirilmişdir. 2006-cı ildə "Məzahir Daşqının poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2011-ci ildən AAK tərəfindən Kitabşünaslıq və nəşriyyat işi ixtisası üzrə dosent elmi adını almışdır.

Şəhla Tahiqqızı 2016-cı ilin əvvəlindən Bakı Xoreoqrafiya Akademiyasının "Sənət Akademiyası" jurnalının redaktoru kimi fəaliyyət göstərir. 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında əvvəlcə Biblioqrafiya şöbəsinin müdiri, hazırda isə direktorun kitabxana xidməti üzrə direktor müavini vəzifəsində çalışır. O, 2015–2020-ci illərdə Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmlər doktoru proqramında qiyabi doktoranturada təhsil almış, hazırda "Azərbaycanda elmi jurnalların yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda doktorluq işi üzərində çalışır.

Şəhla Tahirqızı 2024-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəsi Şəhla Tahir qızı ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti Google Scholar profilinə görə, Şəhla Tahir qızının 14 nəşri vardır, h-indeksi 1-dir və 2 sitat gətirilib. Onun tədqiqat maraqları ədəbiyyatın ictimai rolu, kitabxana kadrlarının hazırlanması, nadir kitabların mühafizəsi və Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş biblioqrafik göstəricilərin tədqiqi kimi mövzuları əhatə edir. Elmi fəaliyyəti kitabxana işinin inkişafına və mədəni irsin qorunmasına yönəlmişdir.

Şəhla Tahirqızı 30 kitabın (23 müxtəlif mövzulu kitabın tərtibatçısı, 2 dərs vəsaitinin, 5 monoqrafiyanın müəllifi), 6 fənn proqramının, 1 metodik göstərişin, 140–dan artıq elmi, elmi-publisistik məqalənin müəllifidir.

Beynəlxalq elmi fəaliyyəti Bir çox elmi layihələr, milli və beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edən Şəhla Tahirqızının məruzələri ilə çıxış etdiyi bir çox beynəlxalq elmi konfransların siyahısı aşağıdakı kimidir:

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun "Elmi əsərlər" jurnalında kitabşünaslıq məsələləri /Şəhla Quliyeva //Azərbaycan əlyazmaları dünya kitabxanalarında mövzusunda V Beynəlxalq elmi konfrans: 30 noyabr 2020-ci il.– Bakı-Naxçıvan, 2020.– S. 51–52. Редкий книги и ценные издания в ЦНБ НАНА: История и перспективы на будущее /Шахла Тахиргызы, Ровшан Мамедли // Современные проблемы книжной культуры: основные тенденции и перспективы развития (Материалы XIV Белорусско-Российского научного семинара-конференции: 24–25 ноября 2021.– Москва, 2021.– С.100–104. Azərbaycanın elmi jurnallarında Dağlıq Qarabağ münaqişəsinin araşdırlmasına dair /Şəhla Quliyeva //Karabagh: International congress of modern studies in social and human sciences: June 17–19, 2021.– Azərbaycan, 2021.– P. 115–116. 2022 Cümhuriyyət dönəmi yayınlarının ANAS Merkez bilim Kütüphanesinde korunan nüshaları /Şehla Kuliyeva, Şehane Şahbazova //2 nd International Antalya Scientific Research and Innovative Studies Congress: Turkey 17–21 mart 2022.– Antalya, 2022.– S. 429–435. Научные журналы, издаваемые в Азербайджане в области библиотековедения, библиографоведения в книговедения /Шахла Тахиргызы, Гюлнар Мамедова //Румянцевские чтения-2022. Материалы Международной научно-практической конференции: 19–21 апреля 2022.– Москва: Пашковдом.– Ч.1.– С. 208–213. Türkiyə Cümhuriyyətinin Antalya şəhərində "Bilgiye Erişimde Eşitsizlik ve Sürdürülebilirlik" mövzusunda keçirilən "ANKOSLink 2022" Beynəlxalq konfransında iştirakçı Центральная научная библиотека Национальной академии наук Азербайджана в годы Великой Отечественной войны /Гулиева Шахла, Мамедова Гюльнар // "История библиотек: новые подходы, методы, источники, результаты" (23–24 мая 2023 г.) Москва 2023 Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cumhuriyetin 100 Yılında Universite Kütüphanelerini Yeniden Düşünmek" mövzusunda keçirilən "ANKOSLink 2023" Beynəlxalq konfransda iştirak. Rusiya Federasiyasının Novosibirski şəhərində keçirilən "LİBWAY-2024: Kitabxanalarda elm, texnologiya və informasiya" adlı beynəlxalq elmi konfransda "AMEA MEK-in tarixi və inkişaf perspektivləri" mövzusunda məruzə. Novosibirski, 18–22 mart 2024. Центральная научная библиотека Национальной академии наук Азербайджана в годы Великой Отечественной войны (1941–1945 гг.) /Гулиева Шахла, Мамедова Гюльнар // "Книги и библиотеки в период Великой Отечественной войны: потери и восстановление" Международный научно-практический семинар. Москва 17 апреля 2025 года Комплектование Центральной научной библиотеки Национальной академии наук Азербайджана электронными ресурсами / Гулиева Шахла, Мамедова Гюльнар// "Румянцевские чтения-2025": Международная научно-практическая конференция. Москва 22–24 апреля 2025.- С 160 —

Elmi əsərləri

Kitabları M. Ə. Rəsulzadə ad. Bakı Dövlət Universiteti nəşriyyatının nəşrləri: biblioqrafik göstərici (1987–1997-ci illər) /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 1999.– 115 s. "Kitabi-Dədə Qorqud" dastanının Bakı Dövlət Universitetində tədqiqi: biblioqrafik göstərici /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 1999.– 74 s. (Solmaz Sadıqova ilə şərikli). Əliyev Nadir. Hamı sənə qohum deyər… : şeirlər /Nadir Əliyev; tərt. və ön söz Şəhla Tahirqızı.– Bakı: Elnur P, 2000.– 42 s. Abel Məhərrəmov: biblioqrafik məlumat kitabı /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2000.– 174 s. (Solmaz Sadıqova şərikli). Borsunlu Məzahir Daşqın. Susmaram: şeirlər və poemalar /Məzahir Daşqın; tərt. və ön söz Şəhla Tahirqızı.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001.– 244 s. Abuzər Xələfov: biblioqrafik məlumat kitabı /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001.– 226 s. (Solmaz Sadıqova şərikli). Azərbaycan kitabşünaslığı: biblioqrafik göstərici /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003.– 102 s. Nizami Cəfərov: biblioqrafik-məlumat kitabı /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004.– 302 s. Nəşriyyat işinə dair qısa məlumat kitabı /tərt. Şəhla Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005. Məzahir Daşqının poeziyası: fil. elm. nam. al. dər. al. üç. təq. ed. dis. avtoref.: 10.01.01 – Azərbaycan ədəbiyyatı /Şəhla Tahir qızı Quliyeva.– Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006.– 26 s. Müəllif hüququ: dərs vəsaiti /Şəhla Quliyeva.– Bakı: Nurlan, 2008.– 152 s. Məzahir Daşqının poeziyası: monoqrafiya /Şəhla Quliyeva; red. A. Əliqızı.– Bakı: Nurlan, 2009.– 200 s. Qara Namazov: biblioqrafik məlumat kitabı /tərt. Şəhla Quliyeva.– Bakı: Elm, 2011.– 108 s. Məktəblinin izahlı lüğəti /tərt.: Şəhla Quliyeva, A. Abbasov, O. Hüseynli.– Bakı: Turan Evi, 2013.– 336 s. 90 yaşın işığında: (prof. Pənah Xəlilov haqqında) /tərt. Şəhla Quliyeva.– Bakı: Mütərcim, 2015.– 180 s. Azərbaycan dili: qaydalar: 1–4 /Şəhla Tahirqızı, Ədalət Abbasov, Solmaz Hüseynova; elmi red. Nizami Cəfərov.– Bakı: İmpuls LTD, 2018.– 48 s.– (Məktəblinin stolüstü kitabı seriyasından). Adil Abdulxalıq oğlu Qəribov: biobiblioqrafik göstərici /Elmi red. Rasim Əliquliyev; ixt.red. və məsl. Sevil Zülfüqarova; tərt.: Teymur Ağayev, Şəhla Tahirqızı və b.– Bakı: Elm, 2020.– 320 s. Kamil Rəcəb oğlu Ayda-zadə: biobiblioqrafik göstərici /Elmi red. akad. Rasim Əliquliyev; red. Telman Əliyev; tərt.: Şəhla Tahirqızı, Türkan Vahidova, Yeganə Əşrəfova, Anar Rəhimov.– Bakı: Elm, 2021.– 400 s. Nizami Gəncəvi: (AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında): biblioqrafik göstərici /Ön söz. Ramiz Mehdiyev, red. Məmməd Əliyev; tərt.: Şəhla Tahirqızı, Nərgiz Novruzova, Türkan Vahidova. – Bakı: Elm, 2021.– 264 s. Gədəbəyin alim qadınları /Ön söz. Misir Mərdanov, red. Oqtay Hüseynli, Vahid Aslan; tərt.: Şəhla Tahirqızı, Etibar Nadiroğlu.– Bakı: Füyuzat, 2021.– 144s. Şuşada kitabxana və mətbuat: məlumat kitabı /Ön söz. İmaməddin Zəkiyev, elmi red. Məmməd Əliyev; tərt.: Şəhla Tahirqızı.– Bakı: Füyuzat, 2022.– 88 s. Xuraman İsbi qızı İsmayılova: biblioqrafik göstərici /Ön söz və tərt. Şəhla Tahirqızı, red. Səyyarə Məmmədova.– Bakı: Savad, 2023.– 148s. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinə dair normativ-hüquqi sənədlər: Heydər Əliyev 100 /Tərt.: Məmməd Əliyev, Şəhla Tahirqızı.– Bakı: Füyuzat, 2023.– 208 s. Şuşadan Türk dünyasına /Şəhla Tahirqızı, Yunis Hüseynov; elmi red. prof. Məmməd Əliyev.– Bakı: Füyuzat, 2023.– 132 s. Çağdaş ədəbiyyata baxış /Şəhla Tahirqızı; ön söz K. Hacı; red. A. Bağırlı; rəyçi Y. Orucov.– Bakı: Füyuzat, 2024.– 174 s. Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan: metodik vəsait/ elmi məsl. İsa Həbibbəyli; elmi red. Hüseyn Hüseynov; tərt.: Knyaz Aslan, Şəhla Tahirqızı; ixt.red. Rəna Cavadova.- Bakı: Elm,2024.-148 s. Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıqları: soraq-biblioqrafik məlumat kitabı / ön söz. İradə Hüseynova; elmi red. Hüseyn Hüseynov; tərt. Şəhla Tahirqızı; rəy. Afiq Məmmədov; ixt.red. Rəna Cavadova.-Bakı: Elm, 2024.-116 s. Naxçıvan Muxtar Respublikasında dövri mətbuat (məlumat kitabı) /ŞəhlaTahirqızı; elmi məsl. İsa Həbibbəyli; elmi red. Hüseyn Hüseynov;rəy.: Rəşad Məcid, Pərvanə İbrahimova.– Bakı: Elm, 2025.- 96 s.

Biblioqrafik göstəricilər və məlumat kitabları

(1999) M. Ə. Rəsulzadə ad. Bakı Dövlət Universiteti nəşriyyatının nəşrləri: biblioqrafik göstərici (1987–1997-ci illər) (1999) "Kitabi-Dədə Qorqud" dastanının Bakı Dövlət Universitetində tədqiqi: biblioqrafik göstərici (Solmaz Sadıqova ilə şərikli). (2000) Əliyev Nadir. Hamı sənə qohum deyər… : şeirlər/NadirƏliyev (2000) Abel Məhərrəmov: biblioqrafik məlumat kitabı (Solmaz Sadıqova şərikli) (2001) Borsunlu Məzahir Daşqın. Susmaram: şeirlər və poemalar/Məzahir Daşqın (2001) Abuzər Xələfov: biblioqrafik məlumat kitabı (Solmaz Sadıqova şərikli) (2003) Azərbaycan kitabşünaslığı: biblioqrafik göstərici /tərt. (2004) Nizami Cəfərov: biblioqrafik-məlumat kitabı (2005) Nəşriyyat işinə dair qısa məlumat kitabı (2006) Məzahir Daşqının poeziyası:10.01.01 – Azərbaycan ədəbiyyatı /Şəhla Tahir qızı Quliyeva (2008) Müəllif hüququ: dərs vəsaiti /Şəhla Quliyeva (2009) Məzahir Daşqının poeziyası: monoqrafiya /Şəhla Quliyeva (2011) Qara Namazov: biblioqrafik məlumat kitabı (2013) Məktəblinin izahlı lüğəti (2015) 90 yaşın işığında: (prof. Pənah Xəlilov haqqında) (2018) Azərbaycan dili: qaydalar: 1–4 /Şəhla Tahirqızı, Ədalət Abbasov, Solmaz Hüseynova (Məktəblinin stolüstü kitabı seriyasından). (2020) Adil Abdulxalıq oğlu Qəribov: biobiblioqrafik göstərici (2021) Kamil Rəcəb oğlu Ayda-zadə: biobiblioqrafik göstərici (2021) Nizami Gəncəvi: (AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında): biblioqrafik göstərici

Monoqrafiyaları Çağdaş ədəbiyyata baxış /Şəhla Tahirqızı; ön söz K. Hacı; red. A. Bağırlı; rəyçi Y. Orucov.– Bakı: Füyuzat, 2024.– 174 s.