Osman Fərid Turan (;) — türk tarixçi və siyasətçisi.

O, Böyük Səlcuq imperiyası haqqında geniş tədqiqat və araşdırmalar aparıb. Səlcuqlular haqqında əsərləri İslam Ensiklopediyası kimi nəşrlərdə dərc olunması ona beynəlxalq tarix icmalarında tanınmağa imkan verib. Həyat və fəaliyyəti 1914-cü ildə anadan olmuş Osman Turan Kurunoğulları (və ya Koronoğulları) soyundan idi.Abdurrahman Acer, Türkçenin Müdafaası, s. 185 vd. Atası Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində həlak olmuş Həsən Ağa olub. Osman Turan ibtidai təhsilini Çaykarada alıb. Orta təhsilinə Trabzonda başlamış Osman Turan Ankarada başa vurmuşdu. 1940-cı Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsi bitirmişdir. "On iki heyvanlı Türk təqvimi" adlı dissertasiyası ilə doktorluq dərəcəsi almışdır. Elmi rəhbəri isə professor Fuad Körpülü olub. 1944-cü ildə dosent elmi adını aldıqdan sonra Türk-İslam tarixi dərslərini tədris etməyə başlamışdı. 1948-1950-ci illər arasında London və Parisdə tədqiqat aparıb. 1951-ci ildə professor vəzifəsinə yüksəlib. 1954-cü ildə Demokrat Partiyasından Trabzon millət vəkili seçilib və 27 may 1960-cı ilə qədər bu vəzifəsini icra edib. Yassıadada 17 ay həbs yatıb. 1964-cü ildə Turan Ədalət Partiyasının sədr müavini seçilib, 1965-ci ildə isə yenidən Trabzondan Parlament üzvü seçilib. 1969-cu ildə siyasətdən tamamilə uzaqlaşıb. 1972-ci ildə təqaüdə çıxan Osman Turan 17 yanvar 1978-ci ildə vəfat edib.

Yaxın ətrafı tərəfindən "akademik təcrübəsi, güclü xarakteri, dürüstlüyü və düzlüyü, çox geniş intellektual potensialı, türkçülük haqqında fundamental biliyi olan və güclü qələmi ilə tanınan bir alim" kimi təsvir edilən Turan ingilis, fransız, ərəb və fars dillərində sərbəst danışırdı.Abdurrahman Acer, Türkçenin Müdafaası, s. 186 vd. O, 1959-cu ildə Türk Ocaqları qərargahının Ankaraya köçürülməsindən sonra keçirilən qurultayda sədr seçildi. O, Türk yurdu jurnalını tamamilə yenilədi və onu Türkiyədə ən populyar və çox oxunan intellektual jurnal halına gətirdi. Yassıadadakı məhkumluq həyatına görə Türk Ocaqlarından ayrıldı. Ailəsi Professor Osman Turan Osmanlı sultanı II Əbdülhəmidin nəvəsi Nemika Sultanın qızı Satya Xanımsultanla (1927-2003) evli olub.

Əsərləri 1941 - On iki heyvanlı türk təqvimi (Doktorluq dissertasiyası) 1944 - Orta əsr türk dövlətlərində titullar 1944 - Müsamərətü'l-Əhbar (Monqollar dövründə Türkiyə Səlcuqilərinin tarixi) (tərcümə) 1953 - Tarixi xronologiyanın əsasları (tərcümə) 1954 - İstanbulun fəthindən əvvəl yazılmış tarixi təqvimlər 1958 - Anadolu Səlcuq türkləri haqqında rəsmi sənədlər: Mətnlər, Tərcümələr və Tədqiqatlar 1964 - Türkiyədə mənəvi böhran: Din və Dünyəvilik 1964 - Qızıl təhlükə (M.Şövket Eygi və Peyami Safa ilə birgə) 1964 - Türkiyədə Komunizmin qaynaqları 1964 - Türkiyədə kommunizmin mənbələri və mədəni inqilab (əlavə ilə) 1965 - Səlcuqilərin tarixi və Türk - İslam mədəniyyəəti 1968 - Türk Cahan hakimiyyəti məfkurəsi tarixi 1969 - Türkiyədə siyasi böhranın qaynaqları 1971 - Səlcuqilər və İslamiyyət 1971 - Səlcuqilər dövründə Türkiyə 1973 - Şərqi Anadolu Türk dövlətləri tarixi 1973 - Türklər Anadoluda 1980 - Tarixin axışında Din və mədəniyyət 1980 - Vətəndə qürbət 2010 - Məqalələr (Altan Çətin və Bilal Qoç) (2014-cü ildə "Səlcuqilər dövləti tarixi tədqiqatları" adı altında yenidən nəşr olunmuşdur.) 2014 - Hunlar və Qədim türklər (Altan Çətin ve Bilal Qoç)

Haqqındakı əsərlər Bahətdin Yediyıldız, Fəxri Unan ve Yücel Hacaloğlu (ed.), (1998) Professor Osman Turanın ölümünün 20-ci ildönümünə həsr olunmuş əsərlərində tarix və tarixçi münasibətləri mövzusunda elmi konfrans., Ankara 15-16 may 1998 təbliğat və müzakirələr, Ankara: Türk Yurdu Yayınları Nurdan Dəmirci (1998), Professor Osman Turanın həyatı ve əsərləri, İstanbul: Boğaziçi Yayınları, ISBN 9754511225 Əli Birinci (2008), "Bir Tarixçinin portreti: Osman Turanın həyatı və əsərləri", İsmayıl Qara (ed.), 30. Vefat Yıldönümünde Büyük Tarihçi Osman Turan'', İstanbul Büyükşehir Belediyesi

İstinadlar

Xarici keçidlər "Osman Turan" Web səhifəsi

Kateqoriya:Demokrat Partiya üzvləri (Türkiyə, 1946) Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:Türk tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Ankara Universitetinin müəllimləri Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə tarix akademikləri