Əl-İsabə fi təmyiz əs-səhabə () və ya əl-İsabə () — səhabələr haqqında bioqrafik əsər.
Əsər "Əl-İsabə fi təmyiz əs-səhabə" İbn Həcərin əl-Əsqəlaninin "Fəthül-Bari"dən sonra ən mühüm əsəri hesab olunur. Müəllif bu əsəri əvvəllər yazılmış əsərlərin yetərsiz olması və səhabə olmayan şəxslərin səhabə kimi qələmə verilməsi səbəbidən yazmışdır. Müəllif əsəri hicri 809-cu (1406) ildə yazmağa başlamış və 40 il ərzində tamamlamışdır. Əsərin müqəddiməsində səhabələrin etibarlı şəxslər olduğu haqqındakı ayə və hədislər qeyd edilmiş, səhabəliyin tərifi verilmiş, səhabələrlə bağlı məlumatlat təqdim edilmişdir.
Əsər dörd hissədən ibarətdir. Bu bölmələrdə məlumatlar əlifba sırası ilə təqdim edimişdir. Birinci hissədə səhabə olduğu dəqiq bilinən şəxslər, ikincidə hədis rəvayət edə bilməmiş uşaq səhabələr, üçüncü bölmədən Məhəmmədlə eyni dövrdə yaşamış, lakin onu görmədiyi üçün səhabə hesab olunmayan müsəlmanlar (müxədrəmlər) verilmişdir. Dördüncü hissədə isə tabiin olduğu halda bəzi mənbələrdə səhabə kimi qələmə verilmiş şəxslər və onlar haqqında məlumatlar təqdim edilmişdir. İbn Həcərin əl-Əsqəlani əsəri qələmə alarkən 940-dan çox mənbədən bəhrələnmişdir.
"Əl-İsabə fi təmyiz əs-səhabə"ni Cəlaləddin əs-Süyuti, "Eynül-İsabə fi mərifətis-səhabə" adı altında ixtisar etmişdir. Əsər müxtəlif tarix (Kəlkətə, Bağdad, Beyrut və s.) və yerlərdə (1853–1874, 1909, 1997 və s.) dəfələrdə nəşr edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:İbn Həcər Əsqəlani Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:XV əsrin kitabları