Jan Şarl Atanaz Peltye (;Catalogue of the Wheeler gift of books, Volume 2. By American Institute of Electrical Engineers. Library, Latimer Clark, Schuyler Skaats Wheeler, Andrew Carnegie, William Dixon Weaver, Engineering Societies Library, Joseph Plass ) — fransız fiziki. O, ilkin fəaliyyətinə saat ticarətçisi kimi başlasa da, 30 yaşında fizika sahəsində təcrübələr və müşahidələr aparmağa başlamışdır.
Peltye fizikanın müxtəlif bölmələrinə dair çoxsaylı elmi məqalələrin müəllifidir. Onun adı xüsusilə volt dövrəsindəki birləşmələrdə yaranan istilik effektləri — Peltye effekti ilə bağlıdır.A Handy Book of Reference on All Subjects and for All Readers, Volume 6. Edited by Ainsworth Rand Spofford, Charles Annandale. Gebbie publishing Company, limited, 1900. p341 ed., also Gebbie, 1902 version, p341 Peltye, 1840-cı ildə yaxınlıqdakı ikinci obyektin təsiri altında materialda elektrik yükü paylanmasının dəyişməsinə əsaslanan elektrostatik induksiya konsepsiyasını irəli sürmüşdür.
Bioqrafiyası
Peltye saatçı təhsili almış və 30 yaşına qədər saat ticarəti ilə məşğul olmuşdur. O, Parisdə Abraham-Lui Brege ilə birlikdə çalışmışdır. Daha sonra elektrodinamika sahəsində müxtəlif təcrübələr aparmış və aşkar etmişdir ki, elektrik cərəyanı elektron elementdən keçdikdə, cərəyan axını zamanı temperatur qradiyenti və ya temperatur fərqi yaranır. 1836-cı ildə o, öz işini nəşr etdirmiş, 1838-ci ildə isə onun tapıntıları Emil Lents tərəfindən təsdiqlənmişdir. Peltye, həmçinin atmosfer elektriki və meteorologiya məsələləri ilə də məşğul olmuşdur. 1840-cı ildə o, qasırğaların yaranma səbəbləri haqqında əsərini çap etdirmişdir.
Peltyenin çoxsaylı məqalələri əsasən atmosfer elektriki, su burulğanları (smerçlər), sianometriya (səmanın mavilik dərəcəsinin ölçülməsi) və səma işığının polyarlaşması, suyun sferoidal halda temperaturu və yüksək hündürlüklərdə qaynama nöqtəsi kimi mövzulara həsr olunmuşdur. Onun bir neçə işi təbiət tarixinin maraqlı məqamlarına da toxunur. Peltyenin adı volt dövrəsindəki birləşmələrin istilik effektləri ilə hər zaman xatırlanacaqdır; bu kəşf əhəmiyyətinə görə Zeebek və Kamminqin kəşfləri ilə müqayisə oluna bilər.The New Werner Twentieth Century Edition of the Encyclopædia Britannica: A Standard Work of Reference in Art, Literature, Science, History, Geography, Commerce, Biography, Discovery and Invention, Volume 18. Werner Company, 1907. p491
İstinadlar
Xarici keçidlər
Kateqoriya:22 fevralda doğulanlar Kateqoriya:1785-ci ildə doğulanlar Kateqoriya:27 oktyabrda vəfat edənlər Kateqoriya:1845-ci ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Fransa fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr Fransa alimləri