Villem de Sitter (; ) — niderlandlı riyaziyyatçı, fizik və astronom. O, öz adını daşıyan kosmoloji model — "de Sitter kainatı" ilə tanınır.

Həyatı və fəaliyyəti

Niderlandın Snek şəhərində anadan olan de Sitter Qroningen Universitetində riyaziyyat üzrə təhsil almış, daha sonra Qroningen astronomiya laboratoriyasına daxil olmuşdur. O, 1897–1899-cu illərdə Cənubi Afrikadakı Keyp Rəsədxanasında çalışmışdır. 1908-ci ildə de Sitter Leyden Universitetinin astronomiya kafedrasına rəhbər təyin edilmiş, 1919-cu ildən ömrünün sonuna qədər isə Leyden Rəsədxanasının direktoru vəzifəsində çalışmışdır.

De Sitter fiziki kosmologiya sahəsinə mühüm töhfələr vermişdir. 1916–1917-ci illərdə o, Albert Eynşteynin nisbilik nəzəriyyəsinin astronomiyanın dərk edilməsinə dair nəticələrini təsvir edən silsilə məqalələr dərc etdirmişdir. Bu elmi işlər Artur Eddinqtonun 1919-cu ildə günəş tutulması zamanı apardığı ölçmə ekspedisiyasına birbaşa ilham mənbəyi olmuşdur.

De Sitter uzun müddət yazışdığı Eynşteyn ilə 1932-ci ildə ortaq məqalə çap etdirmişdir. Bu məqalədə müəlliflər kosmoloji məlumatların kainatın əyriliyi üçün əhəmiyyətini müzakirə etmiş, məkanı "parçaya" bənzətmişlər. O, həmçinin Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin maddəsiz və müsbət kosmoloji sabiti olan həlli — "de Sitter fəzası" və "de Sitter kainatı" konsepsiyasını irəli sürmüşdür. Bu model eksponent olaraq genişlənən boş kainatı təsvir edir.

Bundan əlavə, de Sitter Yupiterin peyklərinin hərəkəti ilə bağlı tədqiqatları ilə də tanınmış və 1931-ci ildə Kral Astronomiya Cəmiyyətində Corc Darvin mühazirəsini oxumağa dəvət edilmişdir. Onun tədqiqatları relyativistik kosmologiya sahəsindəki araşdırmalara təkan vermişdir.

Vilem de Sitter 1934-cü ilin noyabrında qısamüddətli xəstəlikdən sonra vəfat etmişdir.Obituary Notes of Astronomers at www.astro.uni-bonn.de1947BAN....10..287D Page 287 at articles.adsabs.harvard.edu

İstinadlar

Xarici keçidlər P.C. van der Kruit Willem de Sitter (18721934) in: History of science and scholarship in the Netherlands. A. Blaauw, Sitter, Willem de (1872–1934), in Biografisch Woordenboek van Nederland. Bruce Medal page Awarding of Bruce Medal: PASP 43 (1931) 125 Awarding of RAS gold medal: MNRAS 91 (1931) 422 de Sitter's binary star arguments against Ritz's relativity theory (1913) (four articles)

Kateqoriya:6 mayda doğulanlar Kateqoriya:1872-ci ildə doğulanlar Kateqoriya:20 noyabrda vəfat edənlər Kateqoriya:1934-cü ildə vəfat edənlər Kateqoriya:Leydendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Niderland astronomları Kateqoriya:Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ilə təltif olunanlar Kateqoriya:Qroningen Universitetinin məzunları Kateqoriya:Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri