Şeyx Sabah Xalid əl-Həmd Əs-Sabah (; ) — Küveytin vəliəhd şahzadəsi. Əl-Sabah hakim ailəsinin üzvü olan o, 2006-2022-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışıb. 2011-2019-cu illərdə Xarici İşlər naziri və 2019-2022-ci illərdə Baş nazir vəzifələrində çalışıb. 1 iyun 2024-cü ildə əmisi Əmir Məşəl Əl-Əhməd Əl-Sabah tərəfindən vəliəhd təyin edilmişdir.Kuwait's Emir makes Sheikh Sabah al-Khalid crown prince
Erkən həyatı və təhsili Sabah 3 mart 1953-cü ildə anadan olub. O, Xalid bin Həməd Əl Sabahın və 1921-1950-ci illərdə Küveyt hökmdarı olmuş Əhməd bin Cabir Əl Sabahın qızı — Mouza bint Əhməd Əl Sabahın oğludur. Sabah Küveytin Baş nazirinin müavini və Daxili işlər naziri Məhəmməd Əl Xalid Əl Sabahın qardaşıdır. Onun digər qardaşı Əhməd Əl Xalid Əl Sabah isə keçmiş Baş nazirin müavini və Müdafiə naziridir.
Sabah 1977-ci ildə Küveyt Universitetinin Siyasi Elmlər fakültəsini bitirib.
Karyerası
Sabah əmək fəaliyyətinə 1978-ci ildə Xarici İşlər Nazirliyində başlayıb.Sheikh Sabah Khalid Al-Hamad Al-Sabah 1995-ci ilə qədər nazirlikdə müxtəlif vəzifələrdə, o cümlədən Küveytin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliyinin üzvü (1983-1989) işləyib. 1995-ci ildə Küveytin Səudiyyə Ərəbistanındakı səfiri olub və 1998-ci ilə qədər bu vəzifədə çalışıb. Bu müddət ərzində o, həm də Küveytin İslam Konfransı Təşkilatında nümayəndəsi olmuşdur. 1998-ci ildən 2006-cı ilə qədər Milli Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
2006-cı ilin iyulunda Sabaha ilk dəfə Nazir vəzifəsi verildi və o, Sosial Məsələlər və Əmək naziri təyin edildi. Bu müddət ərzində o, həm də Xarici İşlər naziri vəzifəsini icra edirdi. 2010-cu ilin fevralında Sabah Ali Neft Şurasının üzvü təyin edilib.
22 oktyabr 2011-ci ildə Sabah Küveytin həm Baş nazirin müavini, həm də Xarici İşlər naziri oldu. 14 dekabr 2011-ci il tarixli kadr dəyişikliyindən sonra Sabah həm də Dövlət naziri təyin edildi. 4 avqust 2013-cü ildə Sabah Baş nazirin birinci müavini təyin edildi.
19 noyabr 2019-cu ildə Sabah, sələfi Cabir Əl-Mübarək Əl-Həməd Əl-Sabahın istefasından sonra Küveytin 8-ci baş naziri oldu.
Vəliəhd şahzadə 1 iyun 2024-cü ildə Sabah Küveytin Vəliəhdi təyin edildi.
Şəxsi həyatı Sabah Aida Salim Ali Al Sabah ilə evlidir və iki övladı var.
Mükafatları (Səudiyyə Ərəbistanı): Kral Əbdüləzizin ordeni (1998). (Sudan): İki Nil ordeninin zabiti (2012). (Birləşmiş Krallıq): Müqəddəs Maykl və Müqəddəs Georgi ordeninin cangavəri (27 Noyabr 2012).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Küveytin xarici işlər nazirləri Kateqoriya:Əs-Sabahlar Kateqoriya:Vəliəhd