Lukresiya Barberini (; ) — X Modena və Reccio hersoginyası.

1628-ci ildə Romada italyan zadəgan və hərbçisi Taddeyo Barberininin ailəsində doğuldu. 8 noyabrda Barberini sarayında vəftiz olundu. Atası Roma papası VIII Urbanın qardaşı oğlu idi və bu səbəblə Roma-Katolik kilsəsiylə sıx əlaqədə olan ailədə böyüdü. Uşaqlıq illəri rahibə həyatı yaşayan bibiləri Kamilla və Klarisanın nəzarətində keçdi. Ancaq yeni seçilən papa XI İnnokent tərəfindən təzyiqə məruz qalan ailəsi Romadan qaçmağa qərar verdi. Oğlan geyimində Romadan ailəsiylə birlikdə çıxan Lukresiya Fransaya qaçdı. Ailənin qaçışının ardından onların Romadakı bütün əmlakları müsadirə edildi. 1647-ci ildə atası burada vəfat etdi.

1653-cü ildə qardaşı Maffeo Barberini papa X İnnokentinin uzaq qohumuyla evlənərək ailələr arasındakı soyuqluğu aradan götürdü. Beləcə, ailə yenidən İtaliyaya qayıtdı. Lukresiya isə 13 aprel 1654-cü ildə Modena və Reccio hersoqu I Françesko d'Este ilə nigahlandı. Cütlüyün toy mərasimi isə 14 oktyabr 1654-cü ildə baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.

Rinaldo d'Este

Ərinin 1658-ci ildə ölümüylə dul qaldı. 1682-ci ildən etibarən isə kilsəyə çəkildi. 1699-cu ildə Modenada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Cartier, Carol Nater (20 July 2011). Zwischen Konvention und Rebellion: Die Handlungsspielräume von Anna Colonna Barberini und Maria Veralli Spada in der papsthöfischen Gesellschaft des 17. Jahrhunderts (in German). V&R Unipress. ISBN 978-3-86234-847-3 Castiglione, Caroline (2015). Accounting for maternal affection. Palgrave Macmillan. ISBN 9781137315724 Castiglione, Caroline (3 February 2005). Patrons and Adversaries: Nobles and Villagers in Italian Politics, 1640-1760. Oxford University Press. ISBN 978-0-19-534662-6 Aron-Beller, Katherine; Black, Christopher (22 January 2018). The Roman Inquisition: Centre versus Peripheries. BRILL. ISBN 978-90-04-36108-9 Mazur, Peter A. (22 January 2016). Conversion to Catholicism in Early Modern Italy. Routledge. ISBN 978-1-317-26568-9 Musi, Aurelio (14 April 2023). Malinconia barocca (in Italian). Neri Pozza Editore. ISBN 978-88-545-2756-0 Lirosi, Alessia (2022). "Entrer et sortir dans les cloîtres féminins romains de l'âge baroque". In Burkardt, Albrecht; Roger, Alexandra (eds.). L'exception et la Règle Les pratiques d'entrée et de sortie des couvents, de la fin du Moyen Âge au xixe siècle. Presses universitaires de Rennes. pp. 253–264. ISBN 978-2-7535-8727-4

İstinadlar

Kateqoriya:Roma şəxsləri Kateqoriya:D'Este