Vəfa Əzbər qızı Mahmudova () — arxeoloq, tarix elmləri doktoru, dosent. AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Neolit-Xalkolit dövrü arxeologiyası" şöbəsinin baş elmi işçisi, "Uluslararası barış elçisi" (2024), Akademik Xudu Məmmədov adına mükafatlarının (2004) və "2004-cü ilin kitabı" (2004) Beynəlxalq mükafatının laureatı.

Azərbaycanın eneolit sakinlərinin qəbir abidələrinin tədqiqi, Azərbaycanın eneolit sakinlərinin dini dünyagörüşünün bəzi aspektləri (it kultu, trepanasiyalı kəllə), gil qablarda dəfn etmə, e.ə. VI-IV minilliklərdə Azərbaycanın poleoekologiya və poleodemoqrafiya məsələləri, Azərbaycanın Ön Asiya ökələri ilə iqtisadi-mədəni əlaqələrinin öyrənilməsi Vəfa Mahmudovanın əsas elmi nailiyyətlərindəndir. Şuşa şəhərinin ilk arxeoloji, etnoqrafik tədqiqatçısı (Sara Aşurbəyli) haqqında da ilk məlumatlar və tədqiqat işi Vəfa Mahmudovaya məxsusdur. Bu tədqiqatın ilk müəllifi olması haqqında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəlliflik hüququ haqqında şəhadətnaməsini almışdır.

Vəfa Mahmudova AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədridir. Həyatı Mahmudova Vəfa Əzbər 1964-cü il fevralın 14-də Naxçıvan şəhərində anadan olmuşdur. 1971-81-ci illərdə Naxçıvan şəhəri 5 saylı orta məktəbdə orta təhsilini almış, 1981-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunun tarix-filologiya fakütəsinə qəbul olmuşdur. 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və AMEA Tarix İnstitutunun "Arxeologiya" ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Dövrünün ən gənc aspirantlarından olmuşdur. 1988-ci ildə aspiranturanı bitirdikdən sonra Arxeologiya və Etnoqrafiya İnstitutunda işə qəbul edilmiş və kiçik elmi işçi vəzifəsindən başlayaraq baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Ailəsi Vəfa Mhmudova ailəlidir, üç övladı, üç nəvəsi var. Elmi fəaliyyəti Vəfa Mahmudova 1992-ci ildə "Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abidələri (b.e.ə.VI-IV minilliklər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 2018-ci ildən isə dosentdir.

2022-ci ildə "Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin Yaxın Şərq paralelləri" adlı doktorluq dissrtasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsini almışdır.

"Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abidələri", "Южный Кавказ в кавказско-переднеазиатских етнокультурных процессах IV тыс. до н.э.", "Xələc" adlı (müştərək), "Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri", Ulu Öndər Heydər Əliyev haqqında "O, Şərqin Yerdə doğan Günəşi idi" və s. elmi monoqrafiyaların müəllifidir.

Vəfa Mahmudova Cəlilabadın Paşatəpə neolit abidəsinin ilk tədqiqatçısı, Azərbaycanın xalkolit sakinlərinin qəbir abidələrinin tədqiqi, Azərbaycanın xalkolit sakinlərinin dini dünyagörüşünün bəzi aspektləri (it kultu, trepanasiyalı kəllə), gil qablarda dəfn etmə, e.ə.VI-IV minilliklərdə Azərbaycanın poleoekologiya və poleodemoqrafiya məsələləri haqqında tədqiqatların ilk müəllifidir.

Şuşa şəhərinin ilk arxeoloji, etnoqrafik tədqiqatçısı haqqında da ilk məlumatlar və tədqiqat işi Vəfa Mahmudovaya məxsusdur. Bu tədqiqatın ilk müəllifi olması haqqında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəlliflik hüququ haqqında şəhadətnaməsini almışdır.

O, Naxçıvanın ilk qadın arxeoloqu, Azərbaycanın ilk elmlər doktoru praktik arxeoloq qadınıdır.

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan "sferik daş kürə" 2026-cı ildə Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Pedaqoji fəaliyyəti Vəfa Mahmudova 1993-2025-ci illərdə respublikanın bir çox ali məktəblərində tarix, arxeologiya, antropologiya, etnologiya, arxivşünaslıq fənlərini tədris etmiş, Qərbi Kaspi Universitetində dekan, Lənkəran Dövlət Universitetində professor, Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifələrində işləmişdir.

Elmi əsərləri Vəfa Mahmudovanın elmi əsərləri aşağıdakı kimidir: Погребальный обряд в энеолитическом слое Нахичеванского Кюльтепе 1. Тезисы докладов конференции "Великий Октябрь и развитие археологический и этнографической науки в Азербайджане". Баку, Элм, 1988, s.10-12 Naxçıvanın Kültəpə eneolit qəbrlərinin əmək alətləri. BOSİ-nin 7 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı,1988,s.85-86 Украшение из бирюзы и сердолика энеолитических погребениях Нахичеванского Кюльтепе 1.Материалы м научной международной конференции «Археология и Этнография Кавказа baki,2000, s.117-118. Azərbaycanın qədim əkinçi-maldar tayfalarının mədəni əlaqələri (e.ə.VI-IV minilliklər). Pedoqoji Universitet xəbərləri (humanitar, pedoqoji, psixoloji elmlər seriyası). Bakı, 2001, № 4, s.34-36. Mil-Qarabağ düzənliyinin paleodemo-qrafiyası haqqında. Mədəniyyət dünyası, Bakı, 2003, s. 199-201. Eradan əvvəl VI-IV minilliklərdə Azərbaycanın paleoekologiyasına dair. Pedoqoji Universitet xəbərləri. Bakı, 2003, s. 199-201. Azərbaycanın qədim əkinçi-maldar tayfalarının qəbir abidələri (e.ə. VI-IV minilliklər). Kitab, Bakı, 2003. Azərbaycanın Ön Asiya öıkələri lə iqtisadi-mədəni əlaqələrinə dair (Anadolu əyalətləri abidələri üzrə). Azərbaycan-Türkiyə beynəlxalq elmi-praktiki simpoziumun materialları. Bakı, 2004, s. 164-165 Погребальные памятники эпохи энеолита и их параллели, в сопредельных районах. Историко-культурные и экономические связи народов Кафказа: прошлое, настоящее, будущее. Материалы Международной Конференции. Махачгала, 2004, s. 7-8. "O, Şərqin yerdə doğan Günəşi idi" (Ulu Öndər H.Ə.Əliyev haqqında tarixi publisistik əsər). Bakı, 2004, 75 s. Azərbaycanın eneolit qəbirlərindən qeydə alınan daranmış keramika nümunələri və onların bəzi Ön Asiya paralelləri haqqında. 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2005, s. 18-20. Azərbaycanın eneolit mədəniyyətləri, onların topoqrafiyası və regional xüsüsiyyətləri. Elmi axtarışlar, Bakı, 2005, XIV cild, s. 425-429. Энеолитические культуры южных регионов Азербайджана. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Beynəlxalq Elmi Konfrans. Bakı, 2005, s. 125-126. Azərbaycanın eneolit qəbir abidələri və onların Ön Asiya parelelləri. Elmi axtarışlar, Bakı, 2006, XIX cild, s.120-127. B.e.ə. VI-IV minilliklərdə Azərbaycanın və Ön Asiya ölkələrinin qədim əkinçi maldar tayfalarının dəfn adətləri. Tarix İnstitutunun elmi əsərləri, Bakı, 2005, XX cild, s. 3-5. Azərbaycanın eneolit mədəniyyətləri və onların Ön Asiya ölkələrində analoqları. Tarix İnstitutunun elmi əsərləri, Bakı, 2006, XXI cild, s. 3-6. Azərbaycanın qədim əkinçi sakinləri qonşu tayfalarla əlaqələr sistemində və miqrasiya məsələləri haqqında. Azərbaycan arxeologiyası, 2006, 1-4, s.19-24. Azərbaycanın eneolit qəbr abidələrinin iqtisadi mədəni əlaqələrin öyrənilməsində rolu. Arxeologiya və etnoqrafiya jurnalı, 2005, № 2. Azərbaycanın eneolit qəbirlərindən qeydə alınan daranmış keramika nümunələri və onların bəzi Ön Asiya paralelləri haqqında / 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları /. Bakı, "Xəzər Universitetinin" nəşriyyatı, 2005, s.18-20.36. Azərbaycanın eneolit sakinlərinin dini dünya görüşündə it kultu. (Etnoarxeoloji tədqiqat). Arxeologiya və etnoqrafiya jurnalı, 2007, № 2. Захоронения в глиняных сосудах из енеолитических памятниках Азербайджана. АМЕА Məruzələri, LXIII cild № 6, s.176-185, Bakı, 2007. Azərbaycanın eneolit dövrü abidələrindən tapılmış dabanlı qablar və onların Ön Asiya paralelləri. AMEA Xəbərlər, № 9, s. 107-116, Bakı, 2008. Южный Кавказ в кавказско-переднеазиатских этнокультурных процессах IV тыс.до н.э. Bakı, 2008. Kitab. Ön Asiyanın eneolit yaşayış məskənlərinin Azərbaycanda iqtisadi mədəni əlaqələrdə yeri AMEA Tarix İnstitutu Elmi əsərlər 27-ci cild .Bakı, -2009, səh. 21-31 Eneolit dövründə Azərbaycanın Ön Asiya ölkələri ilə əlaqələrində yeni istiqamətlər. Pedoqoji Universitet Xəbərləri, № 6, Bakı, -2009, səh. 102-108 Muğanda neolit-eneolit dövrünün öyrənilməsi və Muğan neolit-eneolot ekspedisiyasının gördüyü işlər haqqında Azərbaycanda arxeoloji tədqiqatlar, Bakı, - 2009, səh. 38-45 Погребальный обряд раннеземледельческих племен Азербайджана Киевский НУ им.Г.Шевченко Литературознавчи студи выпуск 29, Киев, 2010, 79-83 Xələc B., 2010,13,75 ç.v (monoqrafiya) Muğan neolit-eneolot ekspedisiyasının 2010-cu ildə gördüyü tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar, B., 2010, 46-52 Металлопроизводство и металлические предметы в древних памятниках Азербайджана (VI-IV тыся. до н.э Науковы записки Историчны науки, выпуск 14 Кировоград, 2011,16-24 Muğanda neolit-eneolit dövrünün öyrənilməsi və Muğan neolit-eneolot ekspedisiyasının gördüyü işlər haqqında Azərbaycanda arxeoloji tədqiqatlar, B., 2012,38-45 Этпокультурная принадлежность и хронология памятников культуры Лейлатепе Азербайджана Науучернальная академии наук Украины, Институт филология, Центр памяткознавства, Кiev, 2012 Trepanasiyalı kəllə: tibbi müdaxilə və ya dini ayin (Azərbaucanın arxeoloji materialları əsasında etno-arxeoloji tədqiqat) “Azərbaycan Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” Beynəlxalq elmi konfrans. Bakı, -2013, səh.131-133 Muganın neolit-eneolit abidələrində tədqiqatlarAbout the bone objects recorded from paşatepe monument (Jalilabad district of the republic of Azerbaijan) “Eurasia international congress of language, history and culture” held on april 7-8, 2023/ Sanlıurfa ,Türkiyə. Богиня покровительница очага ( о статуэтке, найденной в поселении Пашатепе Джалилабадского района Республики Азербаиджан) XXXII Международном конгрессе по источниковедению и историографии стран Азии и Африка "Россия и Восток. К 300- летию СПБГУ" , 26- 27 апреля 2023 Поселения Пашатепе новая страница в изучении эпохи раннеземледельческой культуры Азербайджана. Материалы Международной научной конференции по археологии Северного Кавказа XXXIII Крупновские чтения «Достижения и перспективы изучения археологии Северного Кавказа в XX – первой четверти XXI века», посвященную 120-летию со дня рождения Е.И.Крупнова (22-26 апреля 2024 г., г. Москва). Moskva, 2024, s. 87-95 "Paşatəpə yaşayış yerindən qeydə alınan qəbir abidələri", "Heydər Əliyev-100. Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri" məqalələr toplusu, Bakı, 2023, səh. 368-372. Cənubi Qafqazda ( Azərbaycanda) neolit dövründən tunc dövrünə qədər məskunlaşma tarixində baş vermiş transformasiyalar və məskunlaşma prosesinə dair. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda keçiriləcək II beynəlxalq konfransın materialları, 7-8 iyul 2022-ci il. İlk Şuşa Ekspedisiyası. "Şuşa-270: arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası" Respublika elmi konfransının tezisləri. Bakı, 18 fevral 2022-ci il, s.17-18. Nizami Gəncəvinin əsərlərində daş kultu."Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında" // AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun N.Gəncəvinin 880 illiyinə həsr olunan elmi Konfransın materialları. Bakı:- 23 dekabr,- 2021. - Bakı, Afpoliqraf,- 2022,- s.11-15. Azərbaycanın erkən əkinçilik mədəniyyəti abidələrindən qeydə alınmış qadın fiqurları. V Beynəlxalq Həmzə Nigari simpoziumu, Ağdam, 17-19 may 2022-ci il.Bakı, "Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi, 2022, səh.135-139. Şuşa tarixinin tədqiqində yeni səhifələr. Tarixi yerlər və abidələr IV Beynəlxalq Şuşa simpoziumu. Şuşa, 22 noyabr 2022. Bakı, 2022, səh. 132-139. "Paşatəpə yaşayış yerindən qeydə alınan qəbir abidələri", "Heydər Əliyev-100. Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri" məqalələr toplusu, Bakı, 2023, səh. 368-372.