Nəriman Cahid (; )https://www.kibrisgenctv.com/neriman-cahit-hayatini-kaybetti — Kipr türkü olan şair və yazıçı. O, Kipr türk poeziyasının aparıcı simalarından biri və qadın hüquqlarının fəal müdafiəçisi kimi tanınır.Turan, Metin. Çağdaş Kıbrıs Türk Şiirinde Eğilimler/ Yönelimler (Çukurova University) Retrieved on 26 January 2015. Həyatı Nəriman Cahid 1937-ci ildə Kiprin Krini kəndində anadan olub. Üç bacının ən böyüyü olan Nəriman, üç il doğma kəndində ibtidai təhsilini alıb. Qızlarının təhsili üçün narahat olan valideynləri onu Lefkoşadakı Atatürk İbtidai Məktəbinə köçürüblər və o, ömrünün qalan hissəsini burada yaşayıb. Düşüncələrini qələmə almağa hələ 5-ci sinifdə oxuyarkən başlayıb.

Viktoriya Qızlar Liseyində təhsil almış Nəriman Cahid, fəlsəfə müəlliminin köməyi ilə klassikləri öyrənməyə başlayır və bu onun yazılarında öz əksi ilə getdikcə daha çox səs gətirməyə başladı. Müəllimlər Kollecində təhsilini davam etdirsə də, 1957-ci ildə başlayan icmalararası münaqişələr səbəbindən yeni yaradılmış Kıbrıs Türk Müəllimlər Kollecinə köçmək məcburiyyətində qalıb. Bu dövrdəki poeziya nümunələri daha çox təbiət və romantik mövzulara yönəlsə də, getdikcə sosial məsələlərə meyillənməyə başladı. O, şeirlərini sərbəst üslubda yazırdı.

Nəriman Cahid məzun olduqdan sonra, təyinatla Klavdiya kəndinə göndərilir. Müəllimlik fəaliyyətini 33 il boyu, ucqar kəndlərdə davam etdirmiş Cahid deyirdi: "Bu, sanki müxalif mövqeyinə görə sürgün edilmək" kimi bir şey idi. Karyerası ərzində Kıbrıs Türk Müəllimlər Peşə Birliyinin (KTÖS) fəal üzvü olub, qadın hüquqlarını, azad mətbuatı və həmkarlar ittifaqlarını müdafiə edib.

O, ailəsinin qoyduğu qadağalara görə 1960-cı illərdə ilk əsərlərini kişi təxəllüsü ilə nəşr etdirib. Həmin dövrdə təxəllüsünə qarşı bəzi məhkəmə iddiaları qaldırılmışdı. İşlədiyi kəndlərdəki Kıbrıs türk qadınlarının vəziyyətini müşahidə edərək, onların üzləşdiyi çətinlikləri öz yaradıcılığında əks etdirib. Müəllimlik fəaliyyəti boyunca məqalələri, şeirləri, araşdırmaları və müsahibələri Kıbrıs türk qəzetlərində işıq üzü görüb. O, qadın hüquqlarının ən öndər müdafiəçilərindən biri hesab olunur.

Onun ilk kitabı — "K.T.Ö.S. Mücadele Tarihi" ("KTÖS Mübarizə tarixi") 1987-ci ildə, ilk şeir kitabı olan "Sıkıntıya Vurulan Düğüm" isə 1988-ci ildə işıq üzü görüb. Tamamilə qadın mövzusuna həsr olunmuş ilk kitabı olan "Konu: Kadın" ("Mövzu: Qadın") 1989-cu ildə nəşr edilib. O vaxtdan bəri müəllifin şeirlərindən, müsahibələrindən, araşdırma və məqalələrindən ibarət çox sayda kitab çapdan çıxıb. Onun yaradıcılığında araşdırılan əsas mövzulardan bəziləri Kiprdə qadın olmaqdır. O, Nikosiyaya olan ehtirasını, bu şəhərin onun ruhuna nə qədər dərindən həkk olunduğunu və şəhərin bölünməsinin ona verdiyi ağrını hər zaman ifadə edib.

O, ədəbiyyat sahəsində 15-dən çox mükafatın, o cümlədən Türkiyənin "Nokta" jurnalının, Beynəlxalq Humanistlər Birliyinin və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mükafatlarının laureatıdır. O, həmçinin Qadın Araşdırmaları Mərkəzinin təsisçisi olub və Şimali Kiprin "Yeni Düzen" qəzetində mütəmadi olaraq köşə yazıları yazıb.

İstinadlar

Kateqoriya:Türk dilində yazan şairlər Kateqoriya:Kipr yazıçıları