Yeraltı Serialı (tr. Yeraltı Dizi) - Türk prodüser Fatih Aksoyun sahibi olduğu "Medyapım" tərəfindən istehsal olunmuş, rejissorluğunu Murad Öztürk etdiyi, ssenarisi Berna Aruz tərəfindən yazılan Türkiyə istehsalı televiziya serialıdır. Layihə ilk dəfə 28 yanvar 2026-cı ildə tamaşaçılara təqdim olunmuşdur.
Aksiyon, kriminal və dram janrlarını özündə birləşdirən serialın baş rollarında Deniz Can Aktaş, Uraz Kaygılaroğlu və Devrim Özkan yer alır.
Mövzusu Ailəsinə qarşı törədilən qətliamın qisasını alaraq günahkarları cəzalandıran Haydar Əli (Deniz Can Aktaş) bu hadisədən sonra həbsə düşür və taleyi onu ölkənin ən təhlükəli kriminal şəbəkələrindən birinin içinə sürükləyir. Amma onun həyatındakı ən çətin və təhlükəli qarşılaşma azadlığa buraxıldıqdan üç il sonra baş verir: yaddaşından silə bilmədiyi qadın yəni Ceylan (Devrim Özkan) artıq ən güvəndiyi insanın yəni Bozonun (Uraz Kaygılaroğlu) həyat yoldaşıdır.
Aktyorlar +AktyorPersonaj BölümTəsvirDeniz Can AktaşHaydar Ali Aslan 1-Ailəsini itirdikdən sonra uşaq yaşlarında xaricə getdi və illərini Avropada keçirdi. Yaxın döyüş təlimi aldı. Ağıllı, qətiyyətli və vasvası; sevdiklərinə qarşı saf və təmiz qəlblidir. Ən böyük zəifliyi bacısı Mələk, qəlbi isə Ceylandır. Bozo onun üçün həm dost, həm də rəqibdir.Uraz KaygılaroğluBozqurt Hanoğlu (Bozo)Güclü və prinsipləri olan mafiya lideridir. Həbsdən çıxdıqdan sonra kartelin başına keçir və hər şeyi nəzarətdə saxlamağa çalışır.Devrim ÖzkanHalide CeylanKeçmişdə Haydar Ali ilə münasibətdə olub. Sonradan Bozo ilə evlənir və gizli keçmişi onun həyatına təsir etməyə davam edir.Sümeyye AydoğanSultan Hanoğlu Bozo'nun bacısıdır. Ailəyə sadiq və güclü xarakterlidir. Sonradan Haydar Ali ilə nişanlanır.Mehmet Yılmaz AkYılmaz DoğanYeraltı aləminə qarşı mübarizə aparan kəşfiyyat rəhbəridir. Haydar Ali-ni gizli missiyaya yönləndirir.Burak SevinçMerdan Hanoğlu Bozo'nun əmisi oğlu, hiyləgər və siyasətli biridir. Tam etibar qazanmasa da ailədə önəmlidir.Ülkü Hilal ÇiftçiMelek AslanHaydar Ali-nin bacısıdır. Onun ən zəif nöqtəsidir.Koray ŞahinbaşEfraim GüneyBozo'nun ən yaxın adamı və qoruyucusudur.Hülya GülşenÜmmü Gülsüm MertAilənin ağsaqqal qadınıdır, Bozo üçün mühüm fiqurdur.Ekin Mert DaymazFerhat Hanoğlu Merdanın qardaşıdır, daha sərt və emosional xarakterlidir.Emir BenderlioğluYavuz MertAilənin silahlı qüvvələrindən biridir.Hakan ÇelebiPaşa HanoğluBozo'nun qardaşıdır, impulsiv və təhlükəli xarakterə malikdir.Nilay ErdönmezAslı KartalKəşfiyyatçı olub, gizli şəkildə ailəyə sızır.Ceren KaçarYıldız MertAiləyə yaxın gənc qadındır.Sunay KurtuluşAdnan YolcuKeçmiş məhbus, sonradan Haydar Ali-nin tərəfdarı olur.Ece ÇeşmioğluHülya Habban3-Merdan ilə gizli münasibəti olan qadındır.Sevil Akı SanerAzize HabbanBozo'nun düşmənidir.Beyza GümülcineHandeAslı-nın iş yoldaşıdır.İlayda UzunAyşen Ev işçisi kimi çalışır.
Yayım qrafiki Mövsüm Yayım günüvə saatı Mövsümbaşlanğıcı Mövsümfinalı Çəkilənbölümsayı Bölümaralığı Yayımili TVkanalı 1-ci mövsüm Çərşənbə 21:00 28 yanvar 2026 20 may 2026 16 1–16 2026 NOW (televiziya kanalı)
Serialda səsləndirilən mahnılar Serialda səsləndirilən mahnılar bunlardır: “Yeraltı” (Eypio, 2:50), “Haydar Haydar” (Sertaç Özgümüş, 2:12), “Gafil Gezme Şaşkın” (Hüseyin Ay, 5:34), “Sana Rağmen” (Eypio, 2:51), “Ömrüm” (Eypio, 2:54), “Kırmızı” (Ayla Çelik, 3:26) və “Hani” (Derya Uluğ, 2:34).
Mənbələr