Viktor Nikolayeviç Mujenko (; ) — Ukrayna hərbi xadimi, Ukrayna ordu generalı. O, 3 iyul 2014-cü ildən 21 may 2019-cu ilə qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Baş komandanı vəzifəsini icra etmişdir.
Həyatı Viktor Mujenko 10 oktyabr 1961-ci ildə Ukrayna SSR-nin Jitomir vilayətinin Ovruç rayonunun Vıstupoviçi kəndində anadan olmuşdur. O, 1983-cü ildə SSRİ Silahlı Qüvvələrinin Leninqrad Ali Ümumqoşun Komandanlıq Məktəbini (hazırda Sankt-Peterburq Ali Ümumqoşun Komandanlıq Məktəbi) bitirmiş və xidmətinə Zaqafqaziya Hərbi Dairəsində başlamışdır. 1984–1986-cı illərdə Zaqafqaziya Hərbi Dairəsində motoatıcı taqım komandiri və motoatıcı bölük komandiri vəzifələrində çalışmışdır.
1986-cı ildən 1991-ci ilə qədər Qərb Qoşun Qrupunun 6-cı əlahiddə qvardiya motoatıcı briqadasının 178-ci əlahiddə motoatıcı batalyonunun 2-ci motoatıcı bölüyünün komandiri olmuşdur.
1991–1992-ci illərdə motoatıcı batalyon komandiri vəzifəsini icra etmişdir. 1992-ci ildən etibarən Karpatyanı Hərbi Dairəsinin tank ordusunun döyüş və mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti, daha sonra isə baş zabiti vəzifəsinə təyin edilmişdir. 1993–1994-cü illərdə həmin hərbi dairənin tank ordusunun döyüş hazırlığı şöbəsinin taktik hazırlıq bölməsində baş zabit kimi xidmət etmişdir. Viktor Mujenko 1996-cı ildə Ukrayna Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Təhsilini başa vurduqdan sonra Karpatyanı Hərbi Dairəsinin tank ordusunun alay komandirinin müavini — qərargah rəisi vəzifəsinə təyin olunmuşdur.
1996-cı ildən alay komandiri, 2000-ci ildən isə Şimal Əməliyyat Komandanlığının diviziya komandirinin müavini — qərargah rəisi vəzifələrində çalışmışdır. 2003-cü ilin aprel ayından 2004-cü ilin iyul ayına qədər İraqda çoxmillətli qüvvələrin tərkibində fəaliyyət göstərən Ukrayna sülhməramlı kontingentinin mexanikləşdirilmiş briqadasının komandirinin birinci müavini — qərargah rəisi vəzifəsini tutmuşdur.
Viktor Mujenko 2005-ci ildə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının ordu korpusunun qərargah rəisinin müavini vəzifəsinə təyin edilmiş, daha sonra korpus komandirinin müavini və korpus komandirinin birinci müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir. Həmin il o, Ukrayna Milli Müdafiə Akademiyasının operativ-strateji səviyyəli mütəxəssislərin hazırlığı fakültəsini bitirmişdir. 2010-cu ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci ordu korpusunun komandiri vəzifəsində çalışmışdır. 10 may 2012-ci il tarixində Ukrayna müdafiə nazirinin əmri ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 24 avqust 2012-ci il tarixində Ukrayna Prezidenti Viktor Yanukoviçin fərmanı ilə V. Mujenkoya "general-leytenant" ali hərbi rütbəsi verilmişdir.
Siyasi fəaliyyəti çərçivəsində "Regionlar Partiyası"ndan Jitomir Vilayət Şurasının deputatı seçilmiş, lakin 2014-cü ilin fevral ayında baş vermiş "Avromaydan" hadisələrindən sonra partiya sıralarını tərk etmişdir. 20 may 2014-cü il tarixində Ukrayna Prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun fərmanı ilə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) nəzdindəki Antiterror Mərkəzi rəhbərinin birinci müavini təyin edilmişdir. 26 may tarixində UTX sədri Valentin Nalivayçenkonun qərarı ilə Donbass müharibəsi zamanı Antiterror Əməliyyatının (ATƏ) komandanı təyin olunmuşdur. 3 iyul 2014-cü il tarixində Ukrayna Prezidenti Petro Poroşenkonun fərmanı ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Baş komandanı vəzifəsinə gətirilmişdir.
24 avqust 2014-cü il tarixində Petro Poroşenkonun müvafiq fərmanı ilə ona "general-polkovnik", 14 oktyabr 2015-ci il tarixində isə "Ukrayna ordu generalı" rütbəsi verilmişdir.
Viktor Mujenko 21 may 2019-cu il tarixində vəzifəsindən azad edilmişdir. O, Ukraynanın şərqindəki silahlı münaqişəyə dair bir sıra memuarların müəllifidir. 2 sentyabr 2019-cu il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur.
Rusiya ilə müharibə General Mujenko Ukrayna ordusunun ölkənin şərqində həyata keçirdiyi əməliyyatların faktiki rəhbəri olmuşdur. 2014-cü ilin avqust ayının əvvəllərində o, hərbi əməliyyatların aktiv fazasının bir aydan çox çəkməyəcəyi barədə fikirlərini ifadə etmişdir.
Ukrayna ordusunda aparılan islahatlardan bəhs edərkən general zərurət yarandığı təqdirdə qısa müddətdə ordu sıralarına qoşulmağa hazır olan hazırlıqlı ehtiyatda olan hərbçilər korpusunun yaradılmasının vacibliyini qeyd etmişdir. 2015-ci ilin yanvar ayında Mujenko Ukrayna qoşunlarının fəaliyyətinə şəxsən rəhbərlik etmək məqsədilə döyüş bölgəsinə gəlmişdir.
29 yanvar 2015-ci il tarixində keçirilən mətbuat konfransında o, ayrı-ayrı Rusiya hərbçilərinin və Rusiya Federasiyası vətəndaşlarının Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası silahlı birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirakı faktlarından xəbərdar olduğunu bildirmişdir.Украинские вооружённые силы не сражаются с регулярными частями ВС России — глава Генштаба ВСУ // Интерфакс, 29.01.2015
18 aprel 2015-ci il tarixində Mujenko Donbasdakı döyüşlərdə iştirak edən Rusiya ordusunun konkret bölmələrinin adlarını açıqlamışdır. Onun sözlərinə görə, yanvar ayında Rusiya hərbi hissələri ilə birbaşa toqquşmalara dair hələ sənədli sübutlar olmamışdır, lakin artıq fevral ayında Rusiya Silahlı Qüvvələrinin nizami bölmələri Debaltsevo, Çernuxino və Loqvinovo yaxınlığındakı döyüşlərdə bilavasitə iştirak etmişdir. Bundan əlavə, o, bəzi hərbi hissələrin — 98-ci və 106-cı qvardiya hava-desant diviziyalarının Moskvada 9 May Qələbə paradına cəlb edilməsinin planlaşdırıldığını xəbər vermişdir.
Rusiyada təqib olunması 1 noyabr 2018-ci il tarixində Viktor Mujenko da daxil olmaqla, 322 Ukrayna vətəndaşına qarşı Rusiya sanksiyaları tətbiq edilmişdir.
2014-cü ilin oktyabr ayında Rusiya Federasiyası İstintaq Komitəsinin Viktor Mujenko və Ukraynanın müdafiə naziri Valeri Geleteyə qarşı cinayət işi başlatdığı məlum olmuşdur. 2015-ci ilin sentyabr ayında həmin komitə Mujenkonu müharibənin aparılmasında qadağan olunmuş vasitə və üsulların tətbiqi, habelə soyqırım törətməkdə ittiham edərək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsinin 1-ci hissəsi və 357-ci maddəsi) ona qarşı yeni cinayət işi açmışdır. 2016-cı ildə daha bir cinayət işi başlanılmış və Rusiya Mujenkonun İnterpol xətti ilə axtarışa verilməsi üçün sorğu göndərmişdir, lakin İnterpol öz nizamnaməsinin 3-cü maddəsinə əsaslanaraq Rusiyanın bu müraciətini rədd etmişdir.
Təltifləri Viktor Mujenko xidməti fəaliyyəti dövründə aşağıdakı dövlət təltiflərinə layiq görülmüşdür:
III dərəcəli "Boqdan Xmelnitski" ordeni (4 iyul 2016-cı il) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində nümayiş etdirdiyi şəxsi şücaət, yüksək peşəkarlıq və hərbi anda sədaqətinə görə təltif edilmişdir.Указ Президента України № 583/2004 від 4 липня 2016 року № 293/2016 «Про відзначення державними нагородами України» "Danilo Qalitski" ordeni (27 may 2004-cü il) — hərbi borcun yerinə yetirilməsi zamanı göstərdiyi cəsarət və fədakarlığa, habelə dünyanın müxtəlif bölgələrində sülhün və sabitliyin qorunmasına verdiyi mühüm töhfələrə görə verilmişdir.Указ Президента України від 27 травня 2004 року № 583/2004 «Про відзначення державними нагородами України з нагоди Міжнародного дня миротворців Організації Об'єднаних Націй» III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (14 sentyabr 2001-ci il) — Ukraynanın müdafiə qabiliyyətinin təmin olunmasında verdiyi mühüm şəxsi töhfələrə, yüksək peşəkarlığına görə və Şimal Əməliyyat Komandanlığının 8-ci ordu korpusunun 30-cu qvardiya tank diviziyasının yaradılmasının 60 illiyi münasibətilə təltif olunmuşdur.Указ Президента України від 14 вересня 2001 року № 840/2001 «Про нагородження військовослужбовців Збройних Сил України» "Vətən müdafiəçisinə görə" medalı. "Ukrayna Silahlı Qüvvələrinin 10 illiyi" medalı. "Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi" medalı. Ukrayna Müdafiə Nazirliyinin "Döyüşçü-sülhməramlı" xatirə döş nişanı. Digər dövlət və idarə təltifləri.
İstinadlar
Xarici keçidlər Муженко Виктор Николаевич на сайте Министерства обороны Украины Муженко про Зеленського: для нього загроза від РФ відходить на другий план // Украинская служба Би-би-си, 15.06.2019
Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:Ukrayna siyasətçiləri