Yekaterina Viktorovna Qandzyuk (; ) — Ukraynalı siyasətçi və ictimai xadim, Xerson şəhərindəki korrupsiya hallarını ifşa edən ukraynalı insan hüquqları müdafiəçisi, korrupsiya əleyhinə fəal və siyasi məsləhətçi. O, V çağırış Xerson Vilayət Şurasının və VI çağırış Xerson Şəhər Şurasının deputatı, Xerson Şəhər Şurası İcraiyyə Komitəsinin işlər müdiri vəzifəsini icra edən, Xerson şəhər rəhbərinin müşaviri, BMT-nin milli könüllüsü, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının aspirantı, ictimai informasiyaya çıxış sahəsində ictimai fəal, Xerson vilayəti üzrə Siyasi Araşdırmalar və Analitika Mərkəzinin keçmiş koordinatoru olub. Qandzyuk 31 iyul 2018-ci ildə kükürd turşusu ilə hücuma məruz qalıb və aldığı xəsarətlərdən 4 noyabr 2018-ci ildə vəfat edib.

Həyatı Yekaterina Qandzyuk 17 iyun 1985-ci ildə Xersonda (o zaman SSRİ-nin tərkibindəki Ukrayna SSR-də, hazırda Ukrayna) anadan olub. 300px|thumb|left|Etirazçılar ukraynalı fəallara qarşı hücumların araşdırılmasını tələb edirlər. Plakatdakı mətndə ukrayna dili'ndə belə yazılıb: "Bağışlayın, bəs Qandzyuk qırğınını kim sifariş edib?" 2002–2006-cı illərdə Xerson Dövlət Universitetində təhsil alıb. 2008-ci ildə Kiyev Milli İqtisad Universitetini, 2016-cı ildə isə Kiyevdəki Milli Dövlət İdarəçilik Akademiyasını bitirib. Qandzyuk 2003-cü ildə "Batkivşina" (Vətən) siyasi partiyasına qoşulub və tez bir zamanda partiyanın yerli gənclər qanadının liderinə çevrilib. 2006-cı ildə o, "Batkivşina" partiyasından Xerson Vilayət Şurasının və Xerson Şəhər Şurasının deputatı, həmçinin Xerson şəhər rəhbərinin müşaviri seçilib. Narıncı inqilabda iştirak edib.

2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında könüllü kimi fəaliyyət göstərib. 2015-ci ildə "Batkivşina" partiyasından ayrılıb. 2015-ci ildə Xersonda keçirilən yerli seçkilər zamanı Qandzyuk fəal könüllü kimi Xerson şəhər rəhbəri vəzifəsini icra edən Volodimir Mikolayenkonun seçkilərdə qalib gəlməsinə kömək edib. 2016-cı ilin noyabrında Qandzyuk Xerson Şəhər Şurası İcraiyyə Komitəsinin işlər müdiri vəzifəsini icra edən şəxs təyin olunub.Assassination attempt against Handziuk: who is suspected and what is known about the crime? , OPINION UA (17 September 2018) Qandzyuk təhlükəsizlik orqanlarını tənqid edir, xüsusilə Daxili İşlər Nazirliyinin regional idarəsindəki korrupsiyanı pisləyirdi. O, polisin bir neçə korrupsiya işində iştirakını ictimailəşdirmişdi. 2016-cı ildən Krım sakinləri üçün nəzərdə tutulmuş Ukraynayönümlü xarici reklamların hazırlanması və yayılması ilə məşğul olan "Itchy Trigger Finger Ukrainians" könüllü qrupuna daxil idi. Fəal həyat mövqeyini nəzərə alaraq, Yekaterina Qandzyuk uzun müddət regionun rusyönümlü qüvvələri ilə, o cümlədən Viktor Medvedçukun "Ukrayna seçimi" təşkilatı, Ukrayna Kommunist Partiyası (UKP), KOB və Eksterritorial İcmalar Hərəkatı ilə sistemli münaqişədə olub. Lakin bu münaqişə barədə məlumatlar hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənməyib.

2017-ci ildən etibarən Yekaterina Qandzyukun regionun rusyönümlü qüvvələri ilə münaqişəsinə Xerson vilayətindəki separatçı hərəkatları açıq şəkildə dəstəkləyən, qoruyan və onlara təşkilati kömək göstərən hüquq-mühafizə orqanları da cəlb olunub. Xüsusilə, Katerina Handzyuk Xersonda "rus qaçışları"nın təşkilatçısı Kirill Stremousovun özbaşınalığı barədə dəfələrlə və açıq şəkildə bəyanatlar vermişdi. 2 dekabr 2017-ci ildə Xersondakı fəallar Nikolayev Vilayət Şurasının deputatı, həmçinin "Ukrayna seçimi" ictimai təşkilatının Nikolayev ərazi şurasının sədri Maksim Nevınçanının mühazirəsini pozublar. Küçə etirazçıları arasında Xerson polisinin hərəkətlərini tənqid edən Katerina Handzyuk da görülüb. Yekaterina Qandzyuk həmçinin Ukrayna Milli Polisinin İqtisadiyyatın Müdafiəsi Departamentinin Zaporojye vilayəti üzrə İdarəsinin rəisi Artem Antoşşuk ilə də münaqişəsi olub. 14 sentyabr 2017-ci ildə o, Antoşşuku korrupsiya və rüşvət tələb etməkdə ittiham edib. Antoşşuk Yekaterina Qandzyuk qarşı şərəf və ləyaqətin müdafiəsi barədə iddia qaldırıb və bu iddia qismən təmin olunub. Səs-küylü media qalmaqalı nəticəsində Antoşşuk vəzifəsini itirib.

2018-ci ilin aprelində Yekaterina Qandzyuk 2014–2018-ci illərdə vilayət polisinədən saxta vəsiqələrlə təxminən 200 "jurnalist"in travmatik və qaz silahına sahib olmaq üçün icazə alması barədə məlumat yayıb. Yekaterina Qandzyuk 2017-ci ildə peşəkar fəaliyyətini dayandıran Xersonun "Kristal" futbol klubunun yenidən dirçəlməsinə fəal şəkildə kömək edib. Öz səlahiyyətləri daxilində nəinki futbol komandasının, həmçinin şəhərdə "Kristal"ın fan-hərəkatının inkişafına dəstək göstərib.

Peşəkar fəaliyyəti 300px|thumb|right|2018-ci ilin avqust ayında 2018-19 mövsümündə UEFA Çempionlar Liqasında Kiyev "Dinamo"sunun futbol matçı zamanı Qandzyuka qarşı hücumunun araşdırılmasını tələb edən banner. Ukrayna dilində "Bağışlayın, Qandzyuka kim əmr etdi?" yazılıb. 2006 — "Eydos" İctimai Birliyi (Siyasi Studiyalar və Analitika Mərkəzi), layihə meneceri, Xerson regional bölməsinin sədri. 2008 — Xerson Dövlət Universitetinin Psixologiya, Sosiologiya və Tarix İnstitutu, təcrübə qrupunun rəhbəri. 2008–2012 — Xerson Vilayət Dövlət Administrasiyasının Gənclər və İdman İdarəsi yanında Gənclər Əmək Mərkəzinin mütəxəssisi. 2011–2012 — Vətəndaş Fəallığına Dəstək Fondunun layihə meneceri. 2012 — BMT-nin Əhali Fondunun (UNFPA) Ukraynadakı nümayəndəliyində gənclər arasında könüllülüyün inkişafı üzrə mütəxəssis. 2012–2016 — "Beynəlxalq İntibah Fondu"nun (Vozrojdeniye) "Demokratik praktika" proqram şurasının üzvü. 2014 — BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Xerson vilayətindəki İdarəsində hüquqi müdafiə məsələləri üzrə baş köməkçi. 2015 — Beynəlxalq Miqrasiya Təşkilatının Xersondakı layihəsinin məsləhətçisi. Noyabr 2016 — Xerson Şəhər Şurası İcraiyyə Komitəsinin işlər müdiri vəzifəsini icra edən təyin edilib.

Həyatına sui-qəsd 31 iyul 2018-ci ildə bir nəfər evinin qarşısında onun üzərinə kükürd turşusu tökərək qaçıb. O, bədəninin 30%-dən çox hissəsinin ağır yanığı xəsarətini alıb. Ukrayna hakimiyyəti beş şübhəlini həbs edib. Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han "Twitter" hesabında bu haqda belə yazıb: "Vətəndaş cəmiyyəti fəallarına hücumlar qəbulolunmazdır. Bu məkrli cinayətə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər". Qandzyuk əvvəlcə yerli xəstəxanada müalicə alsa da, qısa müddət sonra Kiyevdəki xüsusi tibb müəssisəsinə köçürülüb.I am submitting my resignation today — Prosecutor General Lutsenko , :en:Interfax-Ukraine (6 November 2018)

Qandzyuk 4 noyabr 2018-ci ildə vəfat edib. Ölümün ilkin səbəbi tromboz kimi göstərilib. Ukrayna Prezidenti Petro Poroşenko həmin gün axşam saatlarında Qandzyukun Kiyev xəstəxanasında vəfat etdiyini təsdiqləyib. O, polisi işin aydınlaşdırılması üçün hər şeyi etməyə çağırıb.

Onun ölüm xəbəri elan edildikdən sonra Ukrayna paytaxtında kortəbii yas aksiyası keçirilib, yüzlərlə nümayişçi Daxili İşlər Nazirliyinə doğru yürüş edərək qətlin tam şəkildə araşdırılmasını tələb edib.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviç 15 noyabr 2019-cu ildə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Seçmə Komitəsində Donald Trampa qarşı impiçment təhqiqatı zamanı verdiyi ifadədə qeyd edib ki, aprelin 25-də Yekaterina Qandzyuku anma mərasimində iştirak edərkən Vaşinqtondan Ukraynanı tərk etməsi barədə telefon zəngi alıb.

2023-cü ilin iyununda Xerson Vilayət Şurasının keçmiş rəhbəri Vladislav Manqer və onun köməkçisi Oleksi Levin onun qətlində təqsirli biliniblər. Onların hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib və Qandzyuk yaxınlarına kompensasiya olaraq 15 milyon qriven (406,000 ABŞ dolları) məbləğində cərimə olunublar.

Xatirəsi 2022-ci ilin noyabrında derusifikasiya kampaniyası çərçivəsində Kiyevdəki Belomorskaya küçəsinin adı dəyişdirilərək Yekaterina Qandzyuk küçəsi qoyulub.

İstinadlar

Xarici keçidlər

В Херсоне началась спецоперация СБУ с применением военной техники // Взгляд, 20 января 2020

Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:Sui-qəsd qurbanları