Valualı Janna (; ) — Valua qrafı Karlın qızı, Eno qrafinyası.

1294-cü ildə dünyaya gəldi. Atası Fransa kralı III Filippin oğlu Valua qrafı Karl, anası isə Neapol kralı II Karlın qızı Anjulu Marqaritdir. Hələ 5 yaşında ikən anası vəfat etdi və atası onun ardından 2 dəfə daha evləndi. 1302-ci ildə Eno qrafı I Vilyamla nişanlandı və cütlüyün toy mərasimi 23 may 1305-ci ildə baş tutdu. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

II Vilyam (1307-1345), Eno qrafı Con (ö. 1316) II Marqarita (1311-1356), Eno qrafinyası Filippa (1310-1369), İngiltərə kraliçası Aqnessiya (ö. 1327) Yuanna (1315-1374) İzabella (1323-1361) Lüdovik (1325-1328)

1337-ci ildə ərinin vəfatından sonra rahibə olmağı seçdi. Buna baxmayaraq siyasi həyatdan uzaqlaşmadı. Kürəkəni olan İngiltərə kralı III Eduardla qardaşı olan Fransa kralı VI Karl arasında vasitəçilik edərək sülhü təmin etdi. 1352-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar