Polşada feminizm ideyaları nümunələri mövcud olsa da — bunlardan ən barizləri dövlət sosializmi dövründə qadın hüquqlarının genişləndirilməsi, kommunizmin süqutunda qadınların rolu və 1989-cu ildən sonrakı mühafizəkar inqilabdır. Konsepsiya kimi feminizm, bir qayda olaraq, ya individualist Qərb idealı, ya da kommunist ideologiyasının bir hissəsi kimi qəbul edilərək rədd edilir.

Feminizm adətən dövrlərə və dalğalara bölünür. Lakin Polşa feminizmi Qərb feminizmi ilə əlaqələndirilən tipik dalğa strukturundan kənarda inkişaf etmişdir. Polşa feminizmi feminizmin ikinci və üçüncü dalğalarının idealları ilə bağlana bilər, lakin paradoksal olaraq, bu dalğaların arasında mövcuddur. Məsələn, polşalı feministlər, bərabər əmək haqqı və reproduktiv ədalət kimi ikinci dalğa ilə əlaqələndirilən hüquqlar uğrunda mübarizə aparmaq üçün üçüncü dalğanın strategiyalarından istifadə ediblər.

Katolik kilsəsinin artan rolu və feminizmin kommunist rejimi ilə mürəkkəb əlaqəsi səbəbindən Polşa unikal bir mövqedə dayanır. Polşanın mədəni dəyərləri ənənəvi ideallara üstünlük verir və bu da feminizmi köklü inanclara çağırış kimi mövqeləndirir.

XIX əsr Yevgeniya Lokun sözlərinə görə, Polşa XIX əsrdə bir-birinin ardınca gələn üç feminizm dalğası yaşayıb; bunlardan birincisi və ən zəifi 1830-cu il Noyabr üsyanından əvvələ təsadüf edir. Məhz həmin dövrdə Klementina Tanska Hofmanova "feminist" xüsusiyyətlərə malik ilk polyak mətni olan "Yaxşı ananın xatirəsi" (1819) əsərini yazıb. Müəllif polyak qadınları üçün ənənəvi həyat yoldaşı və ana rollarını təsdiqləsə də, qadınlar üçün təhsilin zəruriliyini də müdafiə edib.

Üsyan dövrü Noyabr 1830 və Yanvar 186-cü illər üsyanları arasında daha güclü ikinci dalğa baş verdi. Polşadakı bu dövr Fransanın "proto-feminist" ideyalarının: Jorj Sandın yazılarının və "Qadınların qəzeti" nəşrinin təsiri altında idi.

Feminizmi müdafiə edən aparıcı Polşa jurnalı, digərləri ilə yanaşı, qadınların "emansipasiyası" və təhsilini müdafiə edən Nartsiza Jmixovskanın məqalələrini də dərc edən "Elmi icmal" idi. Jmixovska həmçinin qadınların problemləri adından çıxış edən aktiv bir natiq idi.

"Qadınların tərbiyəsi haqqında düşüncələr" (1843) əsərini yazan ilk polyak filosof qadın Eleonora Zemyentskaya, burada qadın təhsilinin ən mühüm məqsədinin ilk növbədə onların insan təbiətinin, yalnız bundan sonra isə qadınlığının formalaşdırılması olduğunu irəli sürüb.in: Łoch, 2001:46

Pozitivizm dövrü Polşa 1870-ci ildən sonra əsas Qərb təsirinin altında özünün üçüncü və ən güclü feminist dalğasını yaşadı. Bu dalğada feminist hərəkatının əsas müdafiəçiləri kişilər idi. 1870-ci ildə Adam Visliçki "Przegląd Naukowy" qəzetində təhsil və peşə sahələrində cinslərin bərabərliyinə dair radikal tələblərdən bəhs edən "Qadın müstəqilliyi" adlı məqaləsini dərc etdirdi. Eyni qəzetdə Aleksander Svyentoxovski, Hoffmanovanın kitablarını tənqid edərək, onların "qadınları qula çevirdiyini" bildirmişdi. "Niwa" qəzeti isə qadınların təhsil və işdə bərabərliyini müdafiə edirdi. Ən radikal feminist tələblər isə, Edvard Prondzinskinin 1873-cü ildə işıq üzü görən və hər bir sahədə cinslərin tam bərabərliyini müdafiə edən "Qadın hüquqları haqqında" kitabında yer almışdı.

Qadınların emansipasiyası (azadlığı) məsələsi İvan Franko adına Lvov Milli Universitetində xüsusilə mühüm əhəmiyyət kəsb edirdi. 1874-cü ildə universitet mühazirəçisi Leon Bilinski "İqtisadi baxımdan qadın əməyi" haqqında silsilə mühazirələr oxuyub. O, qadınların intellektual və iqtisadi azadlığını, həmçinin onların ali təhsilə sərbəst çıxışını güclü şəkildə dəstəkləyirdi. Onun səyləri sonradan öz bəhrəsini: 1897-ci ildə ilk qadın tələbələrin Lvov Universitetindən məzun olması ilə verdi.

Eliza Orjeşkovanın ədəbi yaradıcılığında qadın azadlığı xüsusi önəm kəsb edir. O, 1871-ci ildə işıq üzü görən "Qadınlar haqqında bir neçə söz" kitabında cəmiyyət tərəfindən daxili aləmi korlanmış hər bir qadının təməl insanlıq təbiətinə üstünlük verib.

Bu dövrdə və sonralar Polyak feminizminin əsas simalarından biri də yaradıcılığına "Kati Kariatida" (1885–86) romanı kimi klassik əsərlər daxil olan Qabriela Zapolska idi.

1889-cu ildə Rusiyanın "Pravda" qəzetində dərc edilən Lüdvik Kjivitskinin "Qadın məsələsi" adlı məqaləsində qadınların azad olunmasının kapitalist iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olduğu əks olunub.in: Łoch, 2001:47

XX əsr Feminizmin dördüncü – modernizm dalğası Polşada təxminən 1900-cü ildə yayıdı. Kişi yazıçılar qadınların "sirli və mistik" təbiətinə diqqət yetirdikləri halda, qadın müəlliflər (məsələn, Mariya Konopnika, Eliza Orjeşkova) qadınlığın daha rasional aspektləri ilə məşğul oldular. Zofiya Nalkovska Polşa qadın hərəkatında xüsusilə fəal idi. Onun 1907-ci ildə Varşavada keçirilən Qadınlar Konqresindəki "Qadın hərəkatının etik vəzifələri haqqında qeydlər" adlı çıxışı qadın fahişəliyini, çoxarvadlılığın bir forması kimi pisləyirdi. Nalkovskanın ilk "Qadınlar" (1906) romanı və digər Narçiza (1910) romanı, onun kişi hökmranlığı kimi qəbul etdiyi şeylər qarşısında qadın passivliyini ifşa edirdi.in: Łoch, 2001:48

Müharibələrarası dövr

Polşa feminizminin beşinci dalğası müharibələr arası dövrə (1920-ci və 1930-cu illər) təsadüf edir. Həmin dövrün feminist diskursları (həm Polşada, həm də digər ölkələrdə) feminizmin yeni təriflərini axtarır və yeni hədəfləri müəyyənləşdirməyə çalışırdı. Demək olar ki, hər bir feminist (hətta radikallar belə) qadınların öz azadlıqlarını əldə etdiklərinə inanırdı.Poland granted to women the right to vote in 1918. Roja Meltserova, bu hissləri belə ifadə ediri: "Feminizm (...) de-yure öz məqsədinə: sosial və siyasi bərabərliyə nail olduğu xalqlar arasında, əslində, başa çatıb".in Łoch 2001: 59

1921-ci il Polşa konstitusiyasının 96-cı maddəsi bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu nəzərdə tutsa da, bu, evli qadınlara şamil edilmirdi 1 iyul 1921-ci ildə evli qadınlar üçün qeyri-bərabərlikləri aradan qaldırmaq məqsədilə Seym tərəfindən "Mülki hüququn Qadın hüquqlarına dair bəzi müddəalarının dəyişdirilməsi haqqında Qanun" qəbul edildi. Qanunun müddəaları qadınlara öz əmlaklarına nəzarət etmək, hüquqi sənədlərdə şahid qismində çıxış etmək, əri fəaliyyət qabiliyyətini itirdikdə uşaqlarının qəyyumu olmaq və həyat yoldaşından ayrı yaşamaq hüququ verirdi. Bu qanun, həmçinin qadının həyat yoldaşına tabe olması tələbini ləğv etdi və qadının azad hərəkəti üçün ərindən icazə almaq məcburiyyətinə son qoydu.

1932-ci ildə Polşa, nikahdaxili təcavüzü qanunsuz hesab etdi. Qadın məsələlərini təhlil edən Nalkovska: "Tereza Hennertin əlaqəsi" (1923) və "Renata Slujanska" (1935) romanlarında o, ənənəvi cəmiyyətdə qadın azadlığının sərhədlərindən bəhs edirdi.

1920-ci illər Polşada radikal feminizmin meydana gəldi. Onun nümayəndələri – İrena Kşivitskayavə Mariya Morozoviç-Şepkovska qadınların, fərdi müstəqilliyə nail olmağın yeganə vasitəsi kimi onların kişilərlə olan emosional münasibətlərdən xilas olmasını müdafiə edirdilər. Kşivitskaya və Tadeuş Jelenski, cinsi təhsili, boşanma və abort hüquqlarını, həmçinin cinslərin tam bərabərliyini təbliğ edirdilər. Kjivitskaya "Ədəbiyyat xəbərləri" qəzetində bir sıra məqalələrini dərc etdirib. Polşa feminizminin fərqli tərəfi isə Mariya Pavlikovska-Yasnojevskanın poeziyasında və dramaturgiyasında "Sürücü Arçibald" (1924) və "Misir buğdası"dır (1932). Müəllif qadının sosial baxışlardan uzaq, erotik özünüetirafını və azadlığını müdafiə edib.

Kommunizmin hakimiyyəti altında Sovet İttifaqı dövründə Polşada feminizm həm inkişaf etdi, həm də geridə qaldı. İkinci Dünya müharibəsi bütövlükdə Polşanın inkişafına böyük təsir göstərərək, müharibənin dağıntılarından sonra ölkəni yenidən qurmaq və yeni kommunist ideallarını genişləndirmək üçün dönüş nöqtəsi oldu.

Müharibədən sonra kommunist hərəkatı gücləndi və dövlət qısa müddətə işçi qüvvəsinə daha çox qadıların cəlb edilməsi və qadınlar üçün sosial rifah proqramlarının genişləndirilməsi təşəbbüslərini dəstəklədi. Polşa Sosialist və Polşa Fəhlə Partiyalarının daxilində Qadın şöbələrini yaradıldı.

Kişilər müharibəyə yollandığı və zəruri malları almağın çətin olduğu iqtisadi dövrdə, qadınların işçi qüvvəsindəki rolu daha məqbul görülməyə başlandı. Qadınlar işçi qüvvəsinə inteqrasiya olundular, bəzən kəskin reaksiyalarla da qarşılaşdılar. Onlar işçi qüvvəsindəki rollarını ən yaxşı halda "ailəni dolandıran qadın" kimi əsaslandıra bilirdilər. Polşa mədəniyyəti qadın işçiləri qəbul etməyə hazır idi, bir şərtlə ki, onların əməyi ailə ilə bağlı iqtisadi ehtiyaclara yönəlsin. Bu, qadınları həm məişət əməyindən azad edir, həm də eyni zamanda onları "Polyak anası" kimliyinə bağlayırdı.

1950-ci illərdəki Stalinsizləşdirmə dövründə ənənəvi gender idealları geri qayıtdı. Hətta ondan əvvəlki kommunizm illərində belə, qadınların işçi qüvvəsinə cəlb olunmasının genişlənməsi daha çox məcburiyyətdən irəli gəlirdi, çünki bir çox kişi müharibədə həlak olmuşdu və daha çox işçi qüvvəsi tələb edən sürətli sənayeləşmə planları mövcud idi. Dövlət evdə və işdəki ikiqat yükü yüngülləşdirmək üçün qadınları ödənişli məzuniyyət və pulsuz uşaq bağçaları ilə təmin edərək, sosial dövlətin qurulması vasitəsilə onların rolunu genişləndirdi. Stalinin ölümündən sonra qadının ana obrazı idealına geri dönüldü və kişilər qadınların ailəni dolandırmasını kişiliyə təhdid kimi qəbul etdilər.

Kommunizm dövründə muzdlu əmək, qadınların azad olunmasının əsas üsulu kimi görülürdü. Stalinizmdən sonra rəsmi kommunist ideologiyasından uzaqlaşıldı. Beləliklə, onun ölümündən sonra daha çox azadlıq yaransa da, qadınlar daha "kişi" işlərindən uzaqlaşdırılaraq, yenidən evə qayıtmağa məcbur edildikləri üçün gender iyerarxiyasının yenidən güclənməsi ilə məhdudlaşdırıldılar. Qadın məşğulluğunun artmağa davam etməsi səbəbindən dövlət müharibədən əvvəlki gender rollarına tamamilə qayıtmağa nail ola bilmədi. 1980-ci illərə qədər işləyən yaşda olan qadınların 90%-dən çoxu işlə təmin olunmuşdu.

İkinci dalğa feminizm

Feminizmin fəallıq dövrü kimi səciyyələndirilən ikinci dalğa feminizm, 1960-cı illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarında başlayıb. Eyni dalğa Polşada artıq 1956-cı ildə abortun qanuniləşdirilməsi ilə öz pik nöqtəsinə çatdı. Sonradan feminist səslər demək olar ki, susduruldu (1989-cu ilə qədər). Dövlət feminist tələblərin yerinə yetirildiyini bildirsə də, qadın problemləri barədə hər hansı açıq müzakirə qadağan olunmuşdu. "Qərb" feminizmi rəsmi olaraq qadağan edilmişdi və 1989-cu ilə qədər Polşanın ictimai həyatında demək olar ki, mövcud deyildi.in: Śleczka, Kazimierz, 1997. "Feminizm czy feminizmy". In: Zofia Gorczyńska, Sabina Kruszyńska, Irena Zakidalska (eds.). Płeć, kobieta, feminizm. Gdańsk: Wydawnictwo Uniwersytetu Gdańskiego: p.17

Polşada 1940–1989-cu illərdə ümumilikdə feminizm, xüsusilə də ikinci dalğa feminizm praktiki olaraq mövcud deyildi. 1950-ci illərdə və ondan sonra feminizm yönümlü yazılar yazılsa da, onlar adətən Kommunist dövləti tərəfindən idarə olunurdu. Əslində, hər hansı real və açıq feminist müzakirə, demək olar ki, boğulmuşdu. Rəsmi olaraq, Kommunist dövlətində "Qərb tipli" hər hansı bir feminizmin mövcudluğundan söhbət getmirdi.

Formallıq baxımından abort Polşada ABŞ və Fransadan demək olar ki, 20 il əvvəl (lakin Skandinaviya ölkələrindən gec) qanuniləşdirilmişdi, cinslərin bərabərliyi təmin edilmişdi, cinsi təhsil tədricən məktəblərə daxil edilirdi, kontraseptivlər isə qanuni idi və dövlət tərəfindən subsidiyalaşdırılırdı. Reallıqda isə, cinslərin bərabərliyi heç vaxt reallaşmadı və kontraseptivlər o qədər aşağı keyfiyyətdə idi ki, abort ailə planlamasının mühüm metoduna çevrilmişdi. Bu real problemlər heç vaxt rəsmi olaraq qəbul edilmədi və onların hər hansı bir şəkildə müzakirəsi qadağan idi.

Beynəlxalq Qadınlar Günü