thumb|250px Taal Bazilikası — Filippindəki ən böyük kilsə binası və ən böyük Avqustin kilsəsi hesab olunur, uzunluğu 88,6 metr (291 fut) və eni 48 metr (157 fut)-dur.

Tarixi

1575-ci ildə, Taal gölünün sahili yaxınlığındakı köhnə yerində Taal şəhərinin təməlinin qoyulmasından üç il sonra, Dieqo Espinar tərəfindən Martin Turun himayədarı olduğu ilk kilsənin inşasına başlanıldı. Kilsə 1642-ci ildə daha möhkəm materiallardan istifadə edilərək yenidən quruldu, lakin 1754-cü ildə Taal vulkanının ən böyük qeydə alınmış püskürməsi nəticəsində Taal şəhəri ilə birlikdə dağıdıldı. Bu hadisə şəhərin və kilsənin vulkandan daha uzaqda, Balayan körfəzinə baxan yüksək bir təpənin üstündəki indiki yerinə köçürülməsinə səbəb oldu. Əvvəlki kilsənin xarabalıqlarını hələ də indiki San Nikolas şəhərində görmək mümkündür.

Martin Agirre torpağı bağışladı və 1755-ci ildə yeni kilsənin tikintisinə başladı. Tikinti 1777-ci ildə Qabriel Rodrigez və 1782-ci ildə Xose Viktoriya tərəfindən davam etdirildi. Ramon del Marko kilsəni bəzədi, monastır tikdi və kilsə binasının atriumunun ətrafındakı kərpiclərlə "prosessional" yolu döşədi.

Bu kilsə 16 sentyabr 1852-ci ildə Taal vulkanının yaxınlığında baş verən güclü zəlzələ nəticəsində zərər görmüşdür.

1856-cı ildə Markos Anton tərəfindən yeni kilsənin tikintisini layihələndirmək və idarə etmək üçün təyin olunmuş ispan memarı Luciano Oliver ilə birlikdə başlanılmıdır. Tikintisi yarımçıq qalsa da, 1865-ci ildə açılışı olumdur. Nəhəng kilsə 1878-ci ildə Agapito Aparicio tərəfindən tamamlanmışdır.

Kilsə 1953-cü ildə Caysasay Müqəddəs Məryəminin kanonik tacqoyma mərasiminə hazırlıq məqsədilə bərpa edilmişdir. Növbəti il, 8 dekabr 1954-cü ildə isə bu kilsə ölkədə bu şərəfə layiq görülən üçüncü kiçik bazilika elan edilmişdir.

Kilsə 1972-ci ildə şəhərin qurulmasının 400 illiyi münasibətilə Taalın Dörd yüz illik yubiley Şurası tərəfindən yenidən bərpa edilmişdir. 14 yanvar 1974-cü il tarixli 375 nömrəli Prezident Fərmanı ilə kilsə milli tarixi abidə elan edildi.

1990-cı ildə Milli Tarix İnstitutunun nəzarəti altında köhnə zəng qülləsi daha sonra yenidən quruldu.

Həmçinin bax

Müqəddəs Amvrosiya bazilikası San Karlo al Korso kilsəsi (Millan) San Qaudensio bazilkası