16 iyul 2008-ci ildə Hizbullah iki İsrail əsgərinin tabutlarını İsrail tərəfindən saxlanılan 5 livanlı döyüşçü ilə yanaşı, Livanda və ya İsraildə əsir götürülmüş 199 döyüşçünün cəsədi ilə mübadilə etdi.

Mübadilə thumb|İsrail-Hizbullah əsir mübadiləsi thumb|General-leytenant Qabi Aşkenazi Ehud Qoldvasserin tabutunu salamlayır Hizbullah əsir götürülmüş iki İsrail əsgəri Ehud Qoldvasser və Eldad Regevin cəsədlərini təhvil verdi. Bunun müqabilində İsrail çoxsaylı qətllərdə ittiham olunan Fələstin Azadlıq Cəbhəsinin döyüşçüsü Samir Kuntar, doğma Livandan İsrailə mühacirət etmiş və Hizbullah üçün casusluq etmiş yəhudi əsilli Nəsim Nisr və 2006-cı il Livan müharibəsində İsrail tərəfindən əsir götürülmüş dörd Hizbullah döyüşçüsü Mahir Kurani, Məhəmməd Surur, Hüseyn Süleyman və Xadr Zeydanı geri qaytardı. İsrail həmçinin öldürülən və cəsədləri İsrailə gətirilərək orada dəfn edilmiş təxminən 200 livanlı və fələstinli döyüşçünün qalıqlarını geri qaytardı. Onların səkkizi 2006-cı il müharibəsində öldürülən Hizbullah döyüşçüləri idi.

İsrailin uzun müddət tətbiq etdiyi ümumi siyasəti "düşmən terror fəaliyyəti" ilə məşğul olan öldürülmüş yaraqlıların qalıqlarını dəfn olunmaq üçün ailələrinə qaytarmamaqdan ibarət idi. Mübadilə sövdələşməsi Qırmızı Xaç və BMT müşahidəçilərinin razılığı ilə həyata keçirildi. 1 iyun 2008-ci ildə İsrail, ilkin Hizbullah hücumu zamanı öldürülən iki İsrail əsgərinin cəsədinin qalıqları müqabilində Livanda anadan olan israilli məhkum Nəsim Nisri təhvil verdi.

2007-ci ilin oktyabr ayında İsrail və Hizbullah, 2006-cı ildə qaçırılan bir mülki Hizbullah üzvünün və öldürülərək İsrailə gətirilən iki Hizbullah döyüşçüsünün qalıqlarının Livanda boğulub cəsədi sahilə çıxan İsrail sakini Qabriel Dvaitin qalıqları ilə dəyişdirilməsi barədə razılığa gəldilər. Azadlığa buraxılan məhbus, İkinci Livan müharibəsində döyüşməmiş keçmiş Hizbullah partizanı 50 yaşlı Həsən Naim Agil idi.

Reaksiyalar Kuntarın azadlığa buraxılması xəbəri Livanın Beyrut şəhərində keçirilən Hizbullah mitinqində sevinclə qarşılansa da, İsrail ekspertləri hesab edirlər ki, Livan xalqının əksəriyyəti bu mübadilə ilə məmnun deyil. Bunun səbəbi, onların bu hadisəni düşmən hesab etdikləri Hizbullahın qələbəsi kimi görmələridir. Qəzza şəhərində bir çox fələstinli şirniyyat paylayaraq mübadilə xəbərini qeyd etmişdir.

İsrail xarici işlər nazirinin müavini Maqall Vəhaba Beyrutdakı şənlikləri "rüsvayçı" adlandıraraq bildirib ki, "Kuntarın tərəfdarları uşaqların kəlləsini sındırmaqla öyünən bir insanı şöhrətləndirilər". Xarici İşlər Nazirliyi həmçinin İsrailin mübadilədə mənəvi qələbəsini təsvir edən ərəb dilində ictimai diplomatiya videosu yayımlamışdır. Hadisəyə dünya miqyasında qarışıq reaksiyalar verildi, bir çox amerikan xəbər agentlikləri Kuntarın azad edilməsini tənqid etmiş və Livanda onun təriflənməsini pisləmişdir.

Həmçinin bax

Girov diplomatiyası

İstinadlar

Kateqoriya:İkinci Livan müharibəsi Kateqoriya:2008-ci ildə İsrail Kateqoriya:2008-ci ildə Livan Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:Hizbullah–İsrail münaqişəsi Kateqoriya:İsrail–Livan münaqişəsi