Avstriyalı Konstansa (; ; ) — Avstriya hersoqu II Karlın qızı, Polşa kraliçası, Böyük Litva knyaginyası.
1588-ci ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Konstansa olmaqla, digər bacı-qardaşları 1 yaşında etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi. Bundan baçqa ispan və italyan dillərində təhsil aldı.
Polşa kralı və Böyük Litva knyazı III Sigizmund Vaza ilə evli olan böyük bacısı Annanın vəfatından sonra, ittifaqı davam etdirmək məqsədilə 11 dekabr 1605-ci ildə Konstansa dul kralla evləndirildi. Onun həyatda qalan yeganə övladı Vladislavı öz himayəsinə götürdü. Bundan başqa özünün də kraldan 7 övladı doğuldu. Ancaq bunlardan ikisi körpə ikən vəfat etdi.
Yan Kazimir (1607-1608) Yan Kazimir (1609-1672) İohann Albert (1612-1634) Karl Ferdinand (1613-1655) Aleksandr Karl (1614-1634) Anna Konstansa (1616-1616) Anna Yekaterina Konstansa (1619-1651)
Siyasi həyatda aktiv rol oynadı. Ən yaxın xidmətçi və nədimələrini yerli əyanlarla evləndirərək özünə dəstəkçi qrupu yaratdı. Evliliyinin ardından polyak dilini öyrənsə də, çox nadir hallarda bu dildən istifadə etdi. Polşada Habsburq ailəsinin maraqlarını güddü və həm kilsə daxilində, həm də hökumətdəki təyinat məsələlərində söz sahibi oldu. Din xadimlərinə, rəssam və memarlara hamilik etdi. 1626-cı ildə yəhudilərin şəhərlərdə məskunlaşmasını qadağan edən qərar qəbul etdi.
Ərindən sonra taxta bacısının (yəni kralın ilk xanımının) oğlunun deyil, öz oğlunun taxta çıxması üçün saray intriqaları çevirsə də, buna nail ola bilmədi. Belə ki, kraldan 1 il öncə - 1631-ci ildə gün vurması səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Storey, Gabrielle (2021-11-22). Memorialising Premodern Monarchs: Medias of Commemoration and Remembrance. Springer Nature. ISBN 978-3-030-84130-0 Kjaer, Lars; Strenga, Gustavs (2022-09-08). Gift-Giving and Materiality in Europe, 1300-1600: Gifts as Objects. Bloomsbury Publishing. ISBN 978-1-350-18370-4 Skrzypietz, Aleksandra (2021-11-15). Queens within Networks of Family and Court Connections. Böhlau Köln. ISBN 978-3-412-52391-6
İstinadlar
Kateqoriya:Habsburqlar