Avstriyalı Karl (; ) — Avstriya hersoqu II Karlın oğlu, katolik rahib.

1590-cı ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Atasının vəfatından 1 ay sonra dünyaya gəldi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Karl olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.

Uşaqlığından bəri dini karyera qurmaq niyyətində idi. Bu səbəblə, heç vaxt evlənmədi və varisi olmadı. 1602-ci ildə Zalsburq kafedralına, 1605-ci ildə Passau kilsəsinə, 1606-cı ildə Trento və Brixen, 1618-ci ildə isə Köln kafedralına təyin edildi. 1619-cu ilədək kilsə daxilində fərqli vəzifələr yerinə yetirdi. 1619-cu ildə Tevton ordenin baş ustadı seçildi.

1624-cü ildə bacısı oğlu olan İspaniya kralı IV Filippin istəyilə, Portuqaliya naibi oldu və beləcə, Madridə yollandı. Ancaq hələ yolda ikən səhhəti pisləşdi və Madridə çatdığı dekabr ayında vəfat etdi.

Mənbə

Ədəbiyyat

Friedrich Emanuel von Hurter, Geschichte kaiser Ferdinands II und seiner eltern bis zu dessen krönung in Frankfurt, Hurter Bookstore, 1850, p. 230 Academy of Sciences in Vienna. Historical Commission: Archiv für österreichische Geschichte, vol. XV, 1856, p. 116

İstinadlar

Kateqoriya:Habsburqlar