Nikolae Redesku (; ) — rumın hərbçi və siyasətçisi, kommunizmdən əvvəlki dövrün sonuncu Rumıniya baş naziri. İkinci Dünya müharibəsindən əvvəl "Dəmir Qvardiya"dan ayrılmış ifrat sağçı "Rumınlığın Səlib Yürüşü" () partiyasına rəhbərlik etmişdir.
Bioqrafiyası
1942-ci ildə, Antonesku diktaturası dövründə Almaniya səfiri baron M. fon Killingerin Rumıniyanın daxili işlərinə qarışmasına qarşı tənqidi məqalə dərc etdirmişdir. Buna görə həbs olunaraq Tırqu-Jiu həbs düşərgəsinə göndərilmişdir. 23 avqust 1944-cü ildə, Antoneskunun devrilməsindən dərhal sonra azad edilmiş və Rumıniya ordusunun Baş Qərargah rəisi təyin olunmuşdur.
7 dekabrda baş nazir vəzifəsinə gətirilmişdir. Yunanıstan nümunəsində antikommunist siyasət yürütməyə çalışmışdır. 1945-ci ilin fevral ayının sonlarında kommunistlər onun istefası tələbi ilə kütləvi nümayişlər təşkil etmişdilər. Naməlum təxribatçıların kütləyə atəş açması nəticəsində 10-a yaxın insan həlak olmuşdur. SSRİ və Rumıniya Kommunist Partiyasının təzyiqi ilə 1 mart 1945-ci ildə istefa verməyə məcbur olmuşdur; Stalinin nümayəndəsi Vışinskinin, Redesku vəzifəsində qalacağı təqdirdə SSRİ-nin Şimali Transilvaniyanı Rumıniyaya təhvil verməyəcəyini bəyan etdiyi iddia edilir. Onu baş nazir postunda Petru Qroza əvəz etmişdir və o, SSRİ-nin dəstəyi ilə Transilvaniya problemini qısa müddətdə Rumıniyanın xeyrinə həll etmişdir.
1946-cı ildə Redesku Böyük Britaniya səfirliyindən siyasi sığınacaq istəmiş, daha sonra ABŞ-yə köçərək orada rumın mühacirlərindən ibarət antikommunist qrup formalaşdırmışdır.
23 noyabr 2000-ci ildə Redeskunun nəşi təntənəli şəkildə Buxarestə gətirilərək Bellu qəbiristanlığında yenidən dəfn edilmişdir.
İstinadlar
Biblioqrafiya
Arhiva Consiliului Național pentru Studierea Arhivelor Securității, fond Informativ, dosar nr. 121; fond Penal, dosar nr. 18; fond S.I.E., dosar nr. 21.
Alesandru Duțu, Florica Dobre, «Drama generalilor români (1944—1964)», București, Editura Enciclopedică, 1997; Nicolae Rădescu, «Munca forțată în România», cuvânt înainte de Mihail Fărcășanu, traducere din engleză de Ruxandra Mihăilă, București, Editura Jurnalul Literar, 2000; «Generalul Nicolae Rădescu în corespondența secretă a exilului românesc», ediție îngrijită de Nicolae Florescu, București, Editura Jurnalul Literar, vol. I—III, 2000—2002; Teofil Oroian, Gheorghe Nicolescu (coordonatori), «Șefii Statului Major General Român (1859—2000)», București, Editura Europa Nova, 2001; «Un sfert de veac de urmărire: documente din dosarele secrete ale generalului Nicolae Rădescu», documente selectate și editate de Monica Grigore, Oana Ionel, Dragoș Marcu, studiu introductiv de Gheorghe Onișoru, București, Editura Enciclopedică, 2004.
Xarici keçidlər
Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları