Sezər Atəş Ayvaz (; ) — türk sosioloq və alimi.

Həyat və fəaliyyəti Sezər Atəş 1956-cı ildə Hatay ilinin Antakya ilçəsində anadan olub. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya mühəndisliyi/ixtisasından məzun olub. Həmin universitetdə "Qadınlara yönəlmiş Dövri nəşrlər (1928-1938)" mövzusunda magistr, "Türk Romanında dəyişən Paradigma: Siyasi roman" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

Beynəlxalq PEN-in dəstəyi ilə təşkil olunmuş hekayə emalatxanasında "Bədii təxəyyülün dili, hekayəsi" başlıqlı araşdırma aparıb.

2014-cü il Səlcuq Baran hekayə mükafatı, 2016-cı il Türkan Saylan Sənət və Elm mükafatları və 2017-ci il Yunus Nadi mükafatlarının münsiflər heyətində yer alıb.

2005-ci ildə "Tamirisin gecə cinayətləri" adlı hekayə kitabı ilə Yunus Nadi hekayə mükafatına layiq görülüb. 2016-cı ildə PEN Türkiyə, PEN Norveç və "Kırmızı Kedi" nəşriyyatının əməkdaşlığı ilə işıq üzü görən, 25 yazıçının hekayələrinin yer aldığı "Canımı yandırma!" adlı kitaba öz töhfəsini verib.

23 aprel 2016-cı ildə vəfat edən yazıçı Ülkü Ayvaz ilə evliliyindən bir övladı dünyaya gəlib. İstanbul Gəlişim Universitetinin Siyasət Elmi və Beynəlxalq Əlaqələr kafedrasının müəllimidir.

Əsərləri Güzgülərdə yaz (1988) (və ya Aynalarda Yaz) Yer üzü Taksim (2000) Tomrisin gecə cinayətləri (2005) Güzgülərdə yaz (2008) (və ya Aynalarda yaz) Külə dönmüş quşu yaxalamaq (2015)

Mükafatları 1986 - Abdi İpəkçi İncəsənət Müsabiqəsi Film Tənqidi mükafatı (Qaşıq düşməni) 1987 - Akademiya Kitab evi Hekayə Uğur mükafatı (Bütün otellər İstanbul Palas) 2006 - Yunus Nadi hekayə mükafatı (Tomrisin gecə cinayətləri)

İstinadlar

Kateqoriya:Türkiyə sosioloqları