Nikolay Yusifoviç Burçak-Abramoviç (; ) — Sovet paleontoloq alimi, professor, biologiya elmləri doktoru (1955); gec kaynozoy dövrünün məməlilərinin və quşlarının tədqiqi ilə məşğul olmuşdur.
Həyatı 26 oktyabr (8 noyabr) 1902-ci ildə Volın quberniyasının Jitomir qəzası, Pulinski volostu, Martınovka kəndində anadan olmuşdur. 1925-ci ildə Jitomir Pedaqoji İnstitutunun təbiət-coğrafiya fakültəsini, 1928-ci ildə isə Draxomanov adına Kiyev Xalq Təhsili İnstitutunun geoloji-coğrafiya fakültəsini bitirmişdir.
Böyük Vətən müharibəsi illərində QazaxıstandaБоев, З. 2008. Политика на глада. — Усури, 4 (50): 82-85. (Turqayda), Uralda xüsusi təyinatlı ekspedisiyalarda (EON), Qafqazda və Orta Asiyada çalışmışdır. 1943–1946-cı illərdə Rus Paleontologiya İnstitutunun doktorantı olmuşdur. Gürcüstan SSR Elmlər Akademiyasının Tbilisidə yerləşən Paleobiologiya İnstitutunda fəaliyyət göstərmişdir. 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Tarix Muzeyinin əməkdaşı olmuşdur.
1951-ci ildə namizədlik dissertasiyasını, 1955-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
600-dən çox nəşrin müəllifi olmuşdur, o cümlədən iki monoqrafiyanın — "Qafqaz və Cənubi Ukraynanın fosil dəvəquşuları" (1953, Bakı) və "Köhnə Dünyanın fosil öküzləri. C. 1" (1957, Bakı). Fosil quşlar və məməlilərdən əlavə, təbiətin mühafizəsi məsələləri, relikt hominidlər, Turan pələngi və təbiətşünaslıq tarixi ilə də maraqlanmışdır.Боев, З. 1997. In memoriam. Почина проф. д-р Николай Бурчак-Абрамович. — Природа, БАН, 3-4: 163—166.Боев, З. 1997. Проф. д-р Николай Йосифович Бурчак-Абрамович (26.09.1900 — 15.10.1997). — Historia naturalis bulgarica, 8: 126.
Binəqədi gölündən tapılmış gec pleystosen dövrünə aid fosil quşların böyük paleornitoloji kolleksiyasını saxlamışdır.Boev, Z. 2010. Prof. Nikolay Burchak-Abramovich’s private collection of Late Pleistocene birds from Binagada (Azerbaijan) — a lost treasure of avian paleontology: general review of the exploration of the site and its scientific value. — Proc. 5th Int. Meet. Europ. Bird Curators. — Nat. Hist. Mus. Vienna, Vienna, January 2010: 169—198. Əfsanəvi abxaz vəhşi qadını Zananın oğlu Xvitanın qəbrinin açılması zamanı orada olmuşdur.
1997-ci il 15 oktyabrda Tbilisidə vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat Бодылевская И. В. — Академик А. А. Борисяк и Палеонтологический институт в годы войны, 1941—1943 гг.
Xarici keçidlər
Kateqoriya:Paleontoloqlar Kateqoriya:SSRİ alimləri Kateqoriya:SSRİ paleontoloqları Kateqoriya:Zoologiya taksonlarının müəllifləri