Bəsus müharibəsi () — Bənu Bəkr ilə Bənu Təğlib qəbilələri arasında baş vermiş qəbilə döyüşlərinin ümumi adı.
Adlanması Cahiliyyə dövrü və İslamın ilk illərində ərəb qəbilələri arasında baş vermiş döyüşlərə "Əyyamül-Ərəb" () deyilmişdir. Əyyamül-Ərəbin ən mühüm döyüşlərindən biri hesab olunan Bəsus müharibəsi, qohum qəbilələr olan Bənu Bəkr ilə Bənu Təğlib arasında baş vermiş və təxminən 40 il davam etmişdir. Bəsus müharibəsi isə 40 illik dövrdəki müxtəlif döyüşləri ehtiva etməkdədir. Müharibənin adı ərəb kultunda "Bəsusdan daha uğusuz" () şəklində zərbi-məsəl olan Bəsus adlı qadından götürülmüşdür. Belə ki, Bəsus ilə Küleyb Vail (Mühəlhilin qardaşı) arasındakı problem, iki qəbiləni qarşı-qarşıya gətirmiş və bu müharibəyə səbəb olmuşdur.
Səbəbi Rəvayətə görə Sərab adlı dəvə Bənu Təğlib qəbiləsinin otlaq sahəsinə girmiş və orada digər dəvələrlə birlikdə otlamağa başlamışdır. Bunu görən Bənu Təğlib qəbiləsindən Küleyb (Cəssas ibn Mürrəin bacısı Cəlilə bint Mürrə həyat yoldaşı) dəvəni yaralamış, dəvə isə yaralı halda sahibinin — Səd əl-Cərminin yanına qaçmışdır. Səd əl-Cərmi də vəziyyəti Bəsusa (Cəssas ibn Mürrənin xalası) danışmışdır. Bəsus da fəryad edərək bu haqda şeirlər söyləmişdir. Bundan xəbər tutan Cəssas qisas almaq məqsədilə Küleybi öldürmüş və bundan sonra Bənu Bəkr ilə Bənu Təğlib qəbilələri arasında təxminən 40 il davam etmiş Bəsus müharibəsi başlamışdır.
Müharibə Bəsus müharibəsində tərəflər arasında müxtəlif döyüşləri baş vermişdir.
Yəvmün-Nihy Nihy döyüşü tərəflər arasında baş vermiş ilk döyüşdür. Bu döyüşdə Bənu Təğlibin komandanı Mühəlhil, Bənu Bəkrin isə əl-Haris ibn Mürrədir. Çoxsaylı insan tələfatı ilə nəticələnmiş bu döyüşdə Bənu Təğlib qələbə qazanmış, lakin Mürrəoğullarından heç kim ölməmişdir.
Yəvmüz-Zənaib Bu döyüş ikinci və ən böyük döyüşdür. Bu döyüşdə Cəssas ibn Mürrənin qardaşı Şürahilin də daxil olduğu bir çox Bənu Bəkrli qətlə yetirlimişdir.
Yəvmül-Varidat Bu döyüşdə də Bənu Təğlibin qələbəsi ilə nəticələnmiş, Cəssasın qardaşı və eyni zamanda Mühəlhilin yaxın dostu olan Həmmam ibn Mürrə, Cassasın dayısının oğlu Büceyr ibn əl-Haris öldürülmüşdür. Mühəlhil, Həmmam ibn Mürrənin cəsədinin yanına gələrək belə demişdir:
Yəvmu Uneyzə Bu döyüş də Bənu Təğlibin qələbəsi ilə nəticələnmişdir.
Yəvmu Qizzə Bu döyüş iki qəbilə arasında baş vermiş sonuncu döyüşdür. Bu döyüşdə Bənu Bəkr qələbə çalmışdır. Yəvmu Qizzədə Cəssasın dayısı əl-Haris ibn Ubəd əl-Bəkri Mühəlhili əsir götürmüş, lakin onu tanıya bilməmişdir.
Əl-Haris ibn Ubəd əl-Bəkri Mühəlhilə söz verir ki, əgər ona Ədi ibn Rəbiə əl-Mühəlhilin yerini desə, onu azad edəcək. Mühəlhil isə Ədinin məhz özü olduğunu bildirir. Bundan sonra əl-Haris verdiyi sözə əməl edərək Mühəlhili azad edir.
Döyüşlərdə Bənu Təğlib qəbiləsi üstünlüyü əlində saxlasa da, Mühəlhil Cəssası öldürmək qərarına gəlir. Cəssas isə atasının istəyi ilə Dəməşqə yollanır, bunu eşidən Mühəlhil onu öldürmək üçün adamlarını göndərir və Cəssas bu qrup tərəfindən qətlə yetirilir.
Cəssas ibn Mürrənin qətlə yetirilməsindən sonra Mürrə (Cəssasın atası) Mühəlhilə xəbər göndərərək, Cəssası öldürüb qisasını aldığını bildirir və artıq müharibədən əl çəkməsini istəyir. Lakin Mühəlhil bunu qəbul etmir. Təxminən miladi 525-ci (və ya 530–531) ildə Mühəlhil Bənu Bəkr qəbiləsindən olan əl-Haris ibn Ubəd əl-Bəkri tərəfindən ikinci dəfə əsir alınır və bu əsirlik zamanı öldürülür.
Nəticəsi Təxminən 40 il davam etmiş bu müharibədə döyüşlər Bəni Təğlibin üstünlüyü ilə yekunlaşsa da, tərəflərdən heç biri qəti qələbə qazana bilmir. Çoxsaylı insan tələfatına səbəb olan bu müharibə, Hirə hökmdarı III Munzirin tərəfləri barışdırması ilə sona çatır.
İrsi və mirası Bəsus müharibəsi boyunca hər iki qəbilədən çoxsaylı insan həlak olmuş, bir çox şair də çoxlu şeir və mərsiyələr söyləmişdir. Bundan əlavə, bu müharibə Mühəlhilə klassik ərəb poeziyasının mühüm növlərindən biri olan qəsidəni yaratmaq (və ya onun əsasını qoymaq) imkanı vermişdir.
Həmçinin bax
Zi Qar döyüşü
İstinadlar
Kateqoriya:İslamdan əvvəlki Ərəbistan Kateqoriya:490-cı illərdəki münaqişələr Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:VI əsrdəki münaqişələr Kateqoriya:Himyər dövləti