Lüsi-Semplis-Kamil-Benua Demulen (; ) — Fransa vəkili, jurnalisti və inqilabçısı. O, 14 iyul 1789-cu ildə Fransa inqilabının başlanğıcını qoyan Bastiliya qalasına hücumun təşəbbüskarı və Kordelyerlər klubunun liderlərindən biri kimi tanınmışdır. Terror dövründə edam edilmişdir.
Həyatı Təhsilini Parisin Böyük Lüdovik liseyində almış, burada Maksimilian Robespyer ilə sinif yoldaşı və dost olmuş, həmçinin antik respublikaçılıq ruhuna dərindən rəğbət bəsləmişdir.
1785-ci ildə parlament yanında vəkil kimi fəaliyyətə başlamışdır. Aşkar kəkələməsinə baxmayaraq, yüksək natiqlik və yazı qabiliyyətinə sahib olmuşdur.
12 iyul 1789-cu ildə Jak Nekkerin istefası barədə xəbər Parisdə iğtişaşlara səbəb olduğu zaman, Demulen Pale-Royalda toplaşan kütləyə müraciət edərək onları silaha sarılmağa çağırmışdır. O, ağacdan qopardığı yaşıl yarpağı (ümid rəmzi olaraq) kokarda şəklində papağına sancan ilk şəxs olmuşdur. Bu çağırış inqilabın başlanğıcı sayılan Bastiliyanın alınmasına təkan vermişdir.
1789-cu ilin iyul ayının ikinci yarısında nəşr olunan və "azadlığın birinci ili" kimi qeyd edilən "La France libre" ("Azad Fransa") adlı traktatında Demulen respublikanın elan olunmasını tələb etmişdir.
1789-cu ilin payızından 1791-ci ilin iyuluna qədər Demulen "Les Révolutions de France et de Brabant" ("Fransa və Brabant inqilabları") başlığı altında kəskin məzmunlu pamfletlər məcmunəsi nəşr etdirmişdir.
Demulen mason idi. O, "Les Neuf Sœurs" mason lojasının üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa jurnalistləri Kateqoriya:Fransa memuarçıları Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Masonlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri