Əbu Abdillah Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəm ibn Əyən əl-Maliki (; ) — fəqih və mühəddis.

Həyatı O, hicri 182-ci (799) ildə anadan olmuşdur.

İbn Vəhb, əş-Şafii, Abdullah ibn Əbdülhəkəm (atası) və başqa alimlərdən təhsil almışdır.

Ondan hədis rəvayət etmiş şəxslər arasında Nəsai, İbn Xuzeymə, İbn əl-Məvvaz, Tahavi, Əbu Hətim ər-Razi, İbn Əbu Hətim ər-Razi, Təbəri və başqaları olmuşdur.

Özünü qiraətdə də inkişaf etdirən İbn Abdullah, bu elmi əş-Şafiidən öyrənmiş, Əhməd ibn Məsud əz-Zübeyriyə, Təbəriyə və başqalarına öyrətmişdir.

O, hicri 268-ci və 269-cu (882 və ya 883) ildə Qahirə vəfat etmiş və atası Abdullah ibn Əbdülhəkəmin məzarının yanında dəfn edilmişdir.

Əsərləri Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəmin mənbələrdə adı çəkilən bəzi əsərləri bunlardır: "Əhkamül-Quran", "əl-Vəsaiq vəş-şürut", "əd-Dəva vəl-bəyyinat", "əs-Səbk vər-rəmy", "İxtisaru kütubi-Əşhəb", "ər-Rəd alə Bişr əl-Mərisi", "ən-Nücum", "Ziyadətü xilafiş-Şafii və Əbi Hənifə fil-Muxtəsəris-səğir li-Abdillah ibn Abdilhəkəm".

İstinadlar

Kateqoriya:Müctəhidlər