thumb|Bərbər sahillərinin XVII əsr xəritəsi thumb|Şimali Afrikada bərbər sahillərinin yeri
Bərbər sahili və ya Bərbəri sahili — XVI əsrdən XIX əsrə qədər Avropalılar tərəfindən Şimal-Qərbi Afrika sahilləri üçün istifadə olunan bir termin idi. Adını Bərbəri xalqından almışdır. Müasir dövrdə bu region üçün daha çox Məğrib anlayışı istifadə olunur.
Bərbər sahili Qərb dünyasında, adətən, Aralıq dənizi və Şimali Atlantikdəki gəmilərə, eləcə də sahilyanı yaşayış məntəqələrinə hücum edən, Avropa, Amerika və Qara Afrikadan gətirilən qulların və ya malların ticarəti ilə məşğul olan və nəticədə Bərbər müharibələrinə səbəb olan Bərbər dəniz quldurları və qul tacirlərini xatırladırdı. Qullar və qənimət mallar Osmanlı imperiyası və ya avropalılar tərəfindən ticarət predmeti edilir və satılırdı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bərbər sahili Kateqoriya:Məğrib Kateqoriya:Mərakeş tarixi Kateqoriya:Sahillər Kateqoriya:Tunis tarixi Kateqoriya:Əlcəzair tarixi Kateqoriya:Şimali Afrika tarixi Kateqoriya:Osmanlı Əlcəzairi Kateqoriya:Osmanlı Tunisi