Hinduizm Hindistandakı ən böyük dindir. 2011-ci il Hindistan əhalinin siyahıyaalınması məlumatlarına görə, 966,3 milyon nəfər özünü hindu kimi təyin edir ki, bu da ölkə əhalisinin 79,8%-ni təşkil edir. Hindistan, qlobal hindu əhalisinin 94%-nə ev sahibliyi etməklə dünyada ən böyük hindu cəmiyyətinə malik ölkədir. Ölkə əhalisinin 14,2%-i İslam dininə sitayiş edir; yerdə qalan 6%-lik hissə isə digər dinlərin (Xristianlıq, Sihizm, Buddizm, Caynizm, müxtəlif yerli etnik inanclar, Ateizm) ardıcılları və ya dinsizlərdir. Hindistandakı hinduların böyük əksəriyyəti şivayizm və vayşnavizm cərəyanlarına mənsubdurlar. Hindistan, hinduizmin dominant din olduğu dünyadakı üç ölkədən biridir (digər ikisi Nepal və Mavrikidir).

Demoqrafik məlumatlar

Ştatlar və ittifaq əraziləri üzrə demoqrafiya Hindistanın 28 ştatından hindular, Pəncab (siqh çoxluğu), Meqhalaya, Arunaçal-Pradeş, Naqalend və Mizoram (xristian çoxluğu) istisns olmaqla, 22-sində mütləq əksəriyyəti təşkil edirlər. Manipur ştatında isə hinduizm nisbi çoxluğa sahib dindir; burada hindular əhalinin 41,39%-ni, xristianlar isə 41,29%-ni təşkil edirlər. Ölkənin doqquz ittifaq ərazisindən altısında hindular çoxluqdadır; Cammu və Kəşmir və Lakşadvip ştatlarında müsəlmanlar üstünlük təşkil etdiyi halda, Ladax regionunda İslam (45%) və Buddizm (40%) əsas dinlərdir.

Hindistanın şimal-şərqindəki səkkiz ştatdan Tripura, Sikkim və Assamda hindular əksəriyyətdə olduğu halda, digər dörd ştatda azlıq təşkil edir, birində isə bərabər nisbətdə mövcuddurlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistanda hinduizm Kateqoriya:Hinduizm tarixi Kateqoriya:Cənubi Asiyada hinduizm Kateqoriya:Hindistanda din tarixi