thumb|Norveç azarkeşləri 2026 FİFA Dünya Kubokunda Fransaya qarşı oyunda vikinq avarını ifa edərkən. Vikinq avarı () – şişirdilmiş avarçəkmə hərəkətləri ifa etməklə və norveç dilində "avar" mənasına gələn "ro" sözünü hayqırmaqla yerinə yetirilən futbol nəğməsi. Adətən qyallarhorn adlı ənənəvi Skandinaviya musiqi aləti ilə başlayır və ritmi nağara zərbələri ilə tənzimlənir.

Vikinq avarı vikinq gəmilərindəki avarçəkmə səhnəsini əks etdirir və digər futbol nəğməsi olan vikinq alqışı ilə müqayisə olunur. Vikinq avarı, xüsusilə, 2026-cı ildə baş tutmuş FİFA Dünya Kubokunda Norveç azarkeşləri və futbolçuları tərəfindən ifa olunduqdan sonra məşhurluq qazanmışdır.

Tarixi Avar nəğməsi konsepsiyası internetdə "Mr. Row Row" kimi tanınan Ole Froystad adlı şəxs tərəfindən ortaya atılmışdır. O, bu ideyanı 2025-ci ilin sonunda Norveç azarkeş klubu "Olyeberget"ə təqdim etmişdir.‘Bigger than football’: Norway fans’ Viking row makes waves at World Cup, The Guardian, 3 July, 2026 Azarkeşlər bu nəğməni ilk dəfə 2026-cı ilin martında İsveçrəyə qarşı yoldaşlıq oynunda istifadə etmişlər.How Norway's 'Viking Row' was made, and then took over the World Cup , ESPN, June 30, 2026 1 iyun 2026-cı ildə İsveçə qarşı yoldaşlıq oynundan'Viking Row' powering Norway's World Cup progress , FIFA, 4 July, 2026 və 2026 FİFA Dünya Kuboku oyunlarından sonra populyar olmuşdur.

2026-cı ildə Norveç azarkeşləri tərəfindən qəbul olunmazdan öncə koordinasiyalı avarçəkmə hərəkəti uzun müddət ağır metal konsertlərində, xüsusilə, İsveçin "Amon Amarth" vikinq-metal qrupunun çıxışlarında yerinə yetirilən ritual olmuşdur. Fanatlar "Put Your Back Into the Oar" mahnısının ifası zamanı yerə oturaraq vikinq gəmisində avarçəkmə hərəkətini təqlid edirdilər.

İfalar 2026 FİFA Dünya Kubokunda Norveçin Seneqal və Kot-d'İvuar üzərisindəki qələbələrdən sonra Martin Edeqor azarkeşlərə qoşularaq vikinq avarı nəğməsinə başçılıq etmişdir. Braziliya üzərində qələbədən sonra nəğməyə Erlinq Holann başçılıq etmişdir. Norveç şahzadəsi Hokon da bu nəğməyə qoşulmuşdur.

Stortinq Norveç parlamentində vikinq avarı ifa etmişdir. Norveç Silahlı Qüvvələri vikinq avarı ifa edən F-35 pilotunun videosunu yayımlamışdır.

Qəbul Vikinq avarı Norveçdə pozitiv qarşılanan nəğməyə çevrilmişdir. İsveçli futbolçular Qustav Lagerbilke və Elliot Strud vikinq avarının vikinq alqışının təkrarı olduğunu və həddən çox istifadə olunduğunu bildirmişlər.

İstinadlar

Kateqoriya:Norveç mədəniyyəti Kateqoriya:Norveçdə futbol Kateqoriya:2026 FİFA Dünya Kuboku Kateqoriya:Futbol mahnıları və nəğmələri