Brahma-sutralar və ya Vedanta-sutralar () — Vedanta fəlsəfəsinin "Üçlük qanununa" (Prasthanatrayi) daxil olan, Nyaya (məntiq və idrak) prinsiplərinə əsaslanan və Upanişadların təlimlərini sistemli şəkildə şərh edən fundamental sutralar məcmusu. Əsərin müəllifliyi ənənəvi olaraq Vyasadevaya (Badarayanaya) aid edilir.
Müəllifi və yazılma tarixi Badarayana, çox güman ki, bir neçə tarixi şəxsiyyəti özündə birləşdirən əfsanəvi bir addır. Hind ənənəsində Badarayana adətən əfsanəvi müdrik Vyasadeva ilə eyniləşdirilir. Buna əsas səbəb kimi Vyasanın doğulduğu adanın yuyuba (yerli dildə badari) ağacları ilə örtülü olması və onun adlarından birinin də məhz Badarayana olması göstərilir. Brahma-sutraların bizim eranın əvvəllərində (təqribən e.ə. II əsrlə b.e. II əsrləri arasında) sistemləşdirildiyi ehtimal olunur.
Struktur və mətn xüsusiyyətləri Brahma-sutralar olduqca yığcam bir əsərdir. Buradakı cümlələr əsasən hal şəkilçiləri ilə bir-birinə bağlanan iki-üç isimdən ibarətdir. Bu cür ifrat qısalıq əlavə izahatlar olmadan Brahma-sutraları birbaşa anlamağı qeyri-mümkün edir. Məhz bu səbəbdən hinduizmin demək olar ki, bütün əsas cərəyanlarının rəhbərləri bu mətnə geniş şərhlər (bhaşyalar) yazmışlar. Hər bir hind şərhçisi (məsələn, Şankara, Ramanuca, Madhva) öz fəlsəfi baxışlarının məhz Brahma-sutraların müəllifinin həqiqi fikirlərini əks etdirdiyini və digər şərhlərin yanlış olduğunu iddia edirdi.
Mətn ümumilikdə dörd fəsildən (adhyaya) və buraya daxil olan 555 aofrizmdən (sutradan) ibarətdir: Samanvaya ("harmoniya" və ya "vəhdət") — Veda və Vedanta mətnlərinin mütləq reallıq olan və həyatın ali məqsədini təşkil edən Brahman haqqında bəhs etdiyini izah edir. Avirodha ("ziddiyyətlərin olmaması") — Vedik biliklərə qarşı irəli sürülən fəlsəfi etirazları müzakirə edir və onları təkzib edir. Sadhana ("vasitələr") — mənəvi xilasa (azadlığa) nail olmağın yollarını və mənəvi təcrübələri təsvir edir. Phala ("bəhrə" və ya "meyvə") — mənəvi nicat zamanı ruhun əldə etdiyi ali xeyir və nemətlərdən bəhs edir.
Təlimi Vedanta fəlsəfəsində hər bir mətni özünəməxsus funksiyası vardır. Upanişadlar vəhyə (Şruti-prasthana) əsaslanan ilahi təməli, "Bhaqavat Gita" mənəvi ənənənin yaddaşda saxlanılan təməlini (Smriti-prasthana) təşkil edir. Brahma-sutralar isə bu sistemdə məntiqi-epistemoloji (Nyaya) mülahizələrin və rasionallığın təməli kimi çıxış edir.
İstinadlar
Mənbələr
Çap edilmiş mənbələr
Veb-mənbələr
Xarici keçidlər
Tərcümələr və transliterasiya The Vedanta Sutras Part 1, Translated by George Thibaut (English, 1890, Adi Shankara Exegesis, Theistic interpretation) The Vedanta Sutras Part 2, Translated by George Thibaut (English, 1890, Adi Shankara Exegesis, Theistic interpretation) The Vedanta Sutras Translated by George Thibaut (English, 1890, Ramanuja Exegesis, Theistic interpretation) Comparative analysis of traditional commentaries on Brahma Sutras. https://archive.org/download/in.ernet.dli.2015.283844/2015.283844.The-Vedanta.pdf Brahma Sutra, The Philosophy of Spiritual Life (English) Translated by Sarvepalli Radhakrishnan (English, Multiple scholars includes monist and theistic interpretation), - at archive.org Brahma sutra in 10 Indian languages and Roman Transliteration IIT Kanpur
Şərhlər
Sri Bhashya - Brahma Sutra Bhashya by Ramanujacharya (Sanskrit) - at archive.org Brahma Sutra Bhashya by Adi Shankaracharya (Sanskrit) - at archive.org Brahmasutra Sankara Bhashya, with Ratna-Prabha of Govindananda, Bhamati of Vachaspati Misra and Nyaya-Nirnaya of Anandagari (Sanskrit) - at archive.org Brahmasutra Sankara Bhashya, with Bhamati of Vachaspati Misra, Kalpataru of Amalananda and Parimala of Appaya Dikshita (Sanskrit) - at archive.org Anubhashya on the Brahma Sutra by Vallabhacharya with Commentaries (4 Volumes Combined) (Sanskrit) - at archive.org Brahmasutra Bhasya of Sri Madhvacharya with Glosses (Sanskrit) - at archive.org Vedanta-Parijata-Saurabha of Nimbarka and Vedanta-Kaustubha of Srinivasa (English) - at archive.org or Proofread edition including glossary
Kateqoriya:Qədim Hindistan ədəbiyyatı Kateqoriya:Sanskrit mətnləri Kateqoriya:Sutralar (Hinduizm) Kateqoriya:Vedanta Kateqoriya:Advayta-vedanta mətnləri