Karolina Matilda (; ; ) — Britaniya və İrlandiya kralı II Georqun nəvəsi, Danimarka və Norveç kraliçası.

1751-ci ildə Londonda dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı II Georqun oğlu Uels şahzadəsi Şahzadə Frederik Lüdovik, anası isə Saksen-Qota-Altenburq hersoqu II Frederikin qızı Şahzadə Avqustadır. Atasının ölümündən 4 ay sonra dünyaya gəldi və bu səbəblə digər bacı-qardaşlarıyla birlikdə babası II Georqun himayəsində böyüdü. Ancaq 1760-cı ildə babasının da vəfat etməsiylə böyük qardaşı III Georq adıyla taxta çıxdı. İngilis, fransız, alman və italyan dillərində təhsil aldı.

10 yanvar 1765-ci ildə Danimarka-Norveç kralı V Fridrixin yeganə oğlu vəliəhd Şahzadə Kristianla nişanlandı. Seçilən bəy namizədi eyni zamanda onun bibisi Kraliça Luizanın oğlu idi. Ancaq toy hazırlıqları davam edərkən Danimarka-Norveç kralı vəfat etdi və bəy namizədi VII Kristian adıyla taxta çıxdı. Bu səbəblə, planlanan mərasim bir neçə ay gecikdi. Cütlüyün formal nigahı 1 oktyabr 1766-cı ildə Sent-Ceyms sarayında bağlandı. 2 gün sonra Karolina Matilda Rotterdama yola düşdü və 8 noyabrda Kopenhagendə rəsmi mərasimlə qarşılandı. Həmin gün Kopenhagendəki Kral sarayında toy mərasimi baş tutdu. 1 ay davam edən şənliklərin ardından 1 may 1767-ci ildə cütlüyün tacqoyma mərasimi baş tutdu.

İradəsiz, eqoist və əqli cəhətdən zəif olan VII Kristian xanımına qarşı çox soyuq idi və nigahdan kənar münasibətləri vardı. Buna baxmayaraq cütlüyün bu nigahdan 2 övladı doğuldu.

VI Fridrix Luiza Avqusta (1771-1843)

1768-ci ilin mayında ərinin çıxdığı Avropa səyahəti boyunca Kopenhagendə qaldı və sərbəstcə ölkənin fərqli yerlərində övladlarıyla birlikdə gəzdi. 1770-ci ilin əvvəllərində kralın şəxsi həkimi İohann Fridrix Struenslə eşq yaşamağa başladı. Bu münasibət onun sürətlə sarayda güc qazanmasına səbəb oldu. Hətta, kraliçanın ikinci övladı Şahzadə Luiza Avqustanın atasının kral olub-olmaması şübhə altına düşdü. Ancaq bütün bunlar, başda ögey qaynanası olan dul Danimarka-Norveç kraliçası Braunşveyqli Yulianna Mariya olmaqla, digər saray mənsublarının narazılığına səbəb oldu. Nəticədə, ögey anasının təzyiqləriylə VII Kristian xanımı və ən yaxın adamı İohann Fridrix Struens haqqında araşdırma başlatdı. 6 aprel 1772-ci ildə məhkəmə kraliça ilə kralın nigahını ləğv etdi. 2 gün sonra bu qərar göz həbsində tutulan Karolina Matildaya bildirildi. 28 apreldə İohann Fridrix Struens edam edildi. bacısının həbs olunması xəbərini şiddətlə qarşılayan Britaniya və İrlandiya kralı III Georq rəsmi yazışmalar aparsa da, onun bu cəhdləri uğursuz oldu. Övladları Kopenhagendə saxlanıldı və Karolina Matilda Hannoverdəki Selle qəsrinə ömürlük həbs olundu.

10 may 1775-ci ildə skarlatin səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri