Beyləqan Mərkəzi Şəhər Stadionu — Azərbaycanın Beyləqan şəhərində yerləşən 3.000 tamaşaçı tutumuna malik stadionu.

Tarixi Stadion Beyləqan Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir olunmuşdur. 28 avqust 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində yenidən qurulmuş stadionda yaradılan şəraitlə tanış olmuş və obyekti rəsmi olaraq istifadəyə vermişdir. Açılışdan sonra güclü qar yağışları səbəbindən yığılan qarın ağırlığı nəticəsində stadionun birinci korpusunun dam örtüyünün bir hissəsi çökmüş, daha sonra ərazidə bərpa işləri aparılmışdır.

Stadion regional futbol turnirlərinə də ev sahibliyi etmişdir. Azərbaycan Region Liqasında çıxış edən "Füzuli" futbol klubu pley-off çərçivəsində "Qusar" komandası ilə matçını bu stadionda keçirmiş və müəyyən müddət stadionu ev oyunları üçün icarəyə götürmüşdür. Lakin stadion I Divizion standartlarına cavab vermədiyi üçün komanda sonradan buradan imtina etməli olmuşdur.

İnfrastrukturu Mərkəzi stadion müasir idman kompleksləri standartlarına uyğun olaraq aşağıdakı infrastruktura malikdir: Əsas meydança: Ölçüləri 100 × 50 metr təşkil edir. Tribunalar və otaqlar: 3.000 yerlik üstüörtülü tribuna, 2 mərtəbəli (240 m²) qonaq lojası, komandaların soyunub-geyinmə və duş otaqları, məşqçi, mətbuat və tibb otaqları. Texniki təchizat: 4 ədəd projektor dirəyi (işıqlandırma sistemi), elektron monitor və ehtiyat oyunçular skamyası. Yüngül atletika və köməkçi idman sahələri: Rezin örtüklü 6 zolaqlı qaçış cığırı; Uzunluğa tullanma və hündürlüyə tullanma zonaları; 11 ədəd çöl tipli fitnes qurğusu; Ölçüləri 20 × 35 metr olan basketbol, voleybol və mini-futbol meydançası.

İstinadlar

Kateqoriya:Azərbaycan futbol stadionları Kateqoriya:Azərbaycan stadionları