Müzəffər Ələsgər oğlu Pirizadə — Azərbaycan hərbçisi, general-leytenant (2022), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunlarının komandanı (2026-cı ildən).
Həyatı Müzəffər Pirizadə 2013-cü ildə polkovnik-leytenant hərbi rütbəsində Dövlət Sərhəd Xidməti Akademiyası rəisinin müavini vəzifəsində xidmət etmişdir. 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin rəisi olmuşdur.
16 avqust 2019-cu ildə Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri təyin edilmişdir. 17 iyul 2021-ci ildə həmin vəzifədən azad edilərək Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi təyin edilmişdir. 14 avqust 2026-cı ildə Sahil Mühafizəsinin rəisi vəzifəsindən azad olunaraq Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunlarının komandanı təyin edilmişdir.
Müzəffər Pirizadəyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 17 avqust 2020-ci ildə general-mayor, 17 avqust 2022-ci ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 14 avqust 2012 "Vətən uğrunda" medalı — 17 avqust 2015 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 24 iyun 2021 "İgidliyə görə" medalı — 16 avqust 2025
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri