Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən, sənaye, mühəndislik, informasiya texnologiyaları və xidmət sahələri üzrə ixtisaslaşmış dövlət peşə təhsil müəssisəsidir.
Veb mənbəsi
Tarixi Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin peşə təhsilinin rasionallaşdırılması və strukturunun optimallaşdırılması ilə bağlı müvafiq qərarlarına əsasən 2020-ci ildə yaradılmışdır.
Mərkəz Bakı şəhərində fəaliyyət göstərən və uzunillik malik olan bir neçə ilk peşə-ixtisas təhsili müəssisənin vahid rəhbərlik altında birləşdirilməsi nəticəsində formalaşdırılıb. Belə ki, müəssisə keçmiş 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi və 12 nömrəli Bakı Peşə Məktəbinin bazasında təşkil olunmuşdur.
Mərkəzin əsasını təşkil edən korpusların hər biri sovet dövründən etibarən Bakı şəhərinin sənaye, elektrotexnika və yüngül sənaye sahələri üçün ixtisaslı fəhlə kadrlarının hazırlanmasında mühüm rol oynamışdır.
2020-ci ildə aparılan struktur islahatlarndan sonra bu müəssisələr müasir standartlara uyğunlaşdırılaraq Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində birləşdirilmiş və infrastruktur yenilənmişdir.
Müəssisə hazırda iki fərqli ərazidə yerləşən korpusla fəaliyyətini davam etdirir:
Əsas korpus (1-ci korpus): Nizami rayonu, İsmayılov Məmmədov 148 ünvanında yerləşir (keçmiş 4 nömrəli Bakı Peşə Liseyinin binası).
2-ci korpus: Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında fəaliyyət göstərir (keçmiş 14 nömrəli Bakı Peşə Liseyinin binası).
İxtisaslar Mərkəzdə müasir əmək bazarının tələblərinə uyğun olaraq aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:
• Kompüter sistemlərində proqram təminatı – kompüter proqramların yazılması və sazlanması.
• Kompüter sistemləri və şəbəkələrinin operatoru – şəbəkələrin idarə edilməsi və texniki dəstək.
• Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru – sənaye və yaşayış binalarında elektrik sistemlərinin quraşdırılması.
• Alternativ enerji sistemlərinin quraşdırılması və istismarı – günəş və külək enerjisi qurğularının təmiri və idarə olunması.
• Əməliyyatçı-mühasib – maliyyə və mühasibat əməliyyatlarının aparılması.
• Geyim üzrə dizayner (və ya Dərzi) – geyimlərin eskizlərinin hazırlanması və tikilməsi.
• Aşpazlıq sənəti – iaşə obyektləri üçün peşəkar mətbəx mütəxəssislərinin hazırlanması.
• Bərbər-vizajist – gözəlik və estetik xidmətlər sahəsi.
Xarici keçidlər Mərkəzin – Facebook səhifəsi
Mərkəzin – Instagram səhifəsi
Mərkəzin – YouTube səhifəsi
Həmçinin bax Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi.
Peşə Təhsili üzrə Dövlət Agentliyi.
Peşə Təhsil Mərkəzləri.