Kastiliya və Leonlu Elvira (; ) — Kastiliya və Leon kralı VI Alfonsonun nigahdan kənar qızı, Tuluza qrafinyası.

Həyatı Təxminən 1081-ci ildə dünyaya gəldi. Atası Kastiliya və Leon kralı VI Alfonso, anası isə onun məşuqələrindən Jimena Munozdur.

1094-cü ildə Tuluza qrafı IV Raymondla evləndirildi. Cütlüyün bu nigahdan bir oğlu doğuldu.

Alfonso İordan (1103-1148)

1096-cı ildə başlayan Birinci Səlib yürüşündə ərini müşayiət etdi. Tripoli mühasirəsində iştirak etdi və oğlunu burada dünyaya gətirdi. Ancaq cütlük sonradan bilinməyən səbəblə boşandı və Elvira Kastiliyaya döndü. 1105-ci ildə keçmiş ərinin vəfatından sonra körpə oğlu ata qohumlarının himayəsində qaldı və böyüdüldü.

Onun ikinci evliliyi yerli əsilzadələrdən Fernando Fernandez de Karion ilə baş tutdu. Evliliyin dəqiq tarixi bilinməsə də, 1117-ci ildən öncə olduğu güman edilir. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Dieqo Fernandez Qarsiya Fernandez Tereza Fernandez

1157-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Ricardo del Arco y Garay (1954). Instituto Jerónimo Zurita. Sepulcros de la Casa Real de Castilla. Madrid. OCLC 11366237 The World of El Cid: Chronicles of the Spanish Reconquest, transl. Simon Barton, Richard Fletcher, (Manchester University Press, 2000), 88 note91