Venesiya İncəsənət Biennalesi () — Venesiya şəhərində keçirilən dünya incəsənəti üçün ən məşhur forumlardan biri. O, hər iki ildən bir beynəlxalq münsiflər heyəti ilə keçirilən beynəlxalq incəsənət sərgisidir. Festival, İncəsənət Biennalesi (la Biennale d'Arte di Venezia) və Memarlıq Biennalesi (la Biennale d'Architettura di Venezia) kimi tanınan iki əsas hissədən ibarətdir və bunlar növbə ilə keçirilir (adını da buna görə alıb).
Biennal 1895-ci ildən bəri keçirilir və bu da onu öz növünün ən qədimidir. 2021-ci ildən bəri İncəsənət Biennalesi cüt illərdə, Memarlıq Biennalesi isə tək illərdə keçirilir. Tarixi Venesiya Biennalı ideyası 1893-cü ildə Venesiya konsulu Rikkardo Selvatikoda yaranıb.Свегун А. Сады современного искусства // Коммерсантъ. — 2005. — 31 марта. Bunun üçün 1887-ci ildə Venesiyada birdəfəlik keçirilmiş Milli İncəsənət Sərgisinin (Esposizione nazionale artistica) uğuru əsas olub.Материалы Национальной художественной выставки в городском архиве Венеции
Venesiya Biennalı 1895-ci ildə "Venesiya şəhərinin Beynəlxalq İncəsənət Sərgisi" kimi təsis edilib. İlk biennalda 16 ölkədən olan rəssamların əsərləri təqdim olunub. Biennalın nüfuzu tezliklə beynəlxalq miqyas alıb. İkinci Dünya müharibəsindən sonra, 1948-ci ildə onun müntəzəm keçirilməsi bərpa edildikdə isə o, ümumi qəbul olunmuş beynəlxalq avanqardın platformasına çevrilib. 1930-cu illərdə biennal çərçivəsində beynəlxalq musiqi, teatr və kino festivallarının, 1975-ci ildə isə Beynəlxalq Arxitektura Sərgisinin əsası qoyulub.
XX əsrin ikinci yarısında Venesiya Biennalı müasir incəsənətin formalaşmasında həlledici rol oynayıb. İştirakçı ölkələr tərəfindən təqdim edilən və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilən incəsənət hadisələri dünya incəsənət tarixinə daxil olur və onun inkişaf istiqamətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Münsiflər heyəti ən yaxşı milli pavilyona görə mükafat təqdim edir, həmçinin bir və ya bir neçə rəssamı xüsusi qeyd edir. Belə ki, 1964-cü ildə mükafatın Robert Rauşenberqə verilməsi pop-artın beynəlxalq miqyasda tanınmasının mühüm epizodlarından birinə çevrilib.
1968-ci ildə Venesiya Biennalının açılışı zamanı tələbələr "Kapitalistlərin biennalı: Pavilyonlarınızı yandıracağıq" və "Ağalara xidmət edən biyennala yox" şüarları ilə ona qarşı etiraz ediblər. Polislə toqquşmalardan sonra Cüzeppe Unqaretti və Emilio Vedova da daxil olmaqla bir sıra tanınmış mədəniyyət xadimləri San-Marko meydanında tələbələri dəstəkləyən çıxışlar ediblər. Bəzi rəssamlar əsərlərini geri götürüb, digərləri isə tablolarını divara tərəf çevirərək üzərinə "Biennal faşistdir" yazmaqla etirazlarını bildiriblər. İğtişaşlar açılış mərasiminə təsir göstərib və 1968-ci il biennalının sönük atmosferdə keçməsinə səbəb olub.
İştirakçı ölkələrin incəsənəti XX əsr boyunca görkəmli milli memarlar tərəfindən bu məqsəd üçün xüsusi olaraq tikilmiş milli pavilyonlarda təqdim olunur. Bundan əlavə, biennal zamanı ayrı-ayrı rəssamların və incəsənət təsisatlarının sərgilərindən ibarət Paralel Proqram (eventi collaterali) keçirilir. Hər bir növbəti biennalın mövzusunu mərkəzi pavilyonun kuratoru müəyyən edir. Bu mövzu incəsənətin müasir vəziyyətini əks etdirməlidir. Bütün biennal iştirakçılarına bu və ya digər şəkildə kurator tərəfindən müəyyən edilmiş mövzuya əməl etmək təklif olunur. Bununla əlaqədar olaraq, peşəkarların xüsusi diqqəti baş kuratorun seçiminə yönəlir.
Biennalın memarlıq layihələrinə legitimlik qazandırması və müəlliflərə şəhərdə gəlirli sifarişlər almaq imkanı yaratması barədə çoxlu sübutlar mövcuddur. Nümunəvi hallardan biri kimi 2010-cu ili qeyd etmək olar; həmin il XVI əsrə aid Fonteqo-dei-Tedeski binasının bərpası və onun Rem Kolhasın layihəsi üzrə elitar ticarət mərkəzinə çevrilməsi layihəsi təqdim edilmişdi (Rem Kolhas sonradan, 2014-cü ildə Biyennalın direktoru olub).
1998-ci ildə Biennalın nizamnaməsinə özəl təşkilatların idarə heyətinə üzv olmasına imkan verən düzəlişlər edilib. Keçmiş özəlləşdirmə naziri və keçmiş xarici ticarət naziri Paolo Baratta prezident təyin olunub.
2014-cü ildən itibaren "Rolex" Venesiya Arxitektura Biennalının eksklüziv tərəfdaşıdır ki, bu da təsirin özəl sektora ötürülməsi prosesinin zirvəsi olub. Dəvət olunmuş memarlar arasında "Rolex" ilə əməkdaşlıq edənlər — Kadzuyo Sedzima (2010-cu ildə biyennalın direktoru) və Devid Çipperfild (2012-ci ildə direktor) daim yer alır. 2023-cü ildə "Rolex" biennal ərazisində öz xüsusi pavilyonunu tikib ki, bu da şirkətin milli dövlətlərlə müqayisə oluna biləcək təsirini simvolizə edir. "Rolex"in "Rolex heç vaxt dünyanı dəyişməyəcək, biz bunu onu daşıyan insanlara həvalə edirik" reklam şüarı iri korporasiyaların yaradıcılıq prosesi üzərində qurduğu nəzarəti nümayiş etdirir.
2020-ci ildən Venesiya Biennalının prezidenti Roberto Çikuttodur.
İstinadlar
Ədəbiyyat
Sophie Bowness and Clive Phillpot (ed), Britain at the Venice Biennale 1895–1996, The British Council, 1995. Martino, Enzo Di. The History of the Venice Biennale, Venezia, Papiro Arte, 2007. Sarah Thornton. Seven Days in the Art World. New York: WW Norton, 2008.
52nd Venice Biennale and Documenta 12 in Kassel, vol. 20, July 2007, n.paradoxa: international feminist art journal, pp. 88–92. Vittorio Sgarbi, Lo Stato dell'Arte: 54 Esposizione internazionale d'Arte della Biennale di Venezia. Iniziativa speciale per il 150°, :en:Anniversario dell'Unità d'Italia, Moncalieri (Torino), Istituto Nazionale di Cultura, 2012.
Xarici keçidlər
Official history 54-я Венецианская биеннале. Украинская экспозиция Украина на 54 Венецианской Биеннале — история знаменитого Гентского алтаря на www.ghent-altarpiece.com історія Гентського вівтаря history of Ghent altar
Венецианская биеннале 2008 года Российский павильон на биеннале 2009
Российское представительство на 53-й Биеннале в Венеции Московский поэтический клуб на 53-й Биеннале в Венеции (фото, видео, тексты) Венецианская денонсация — арт-критик Константин Дорошенко, специально для :ru:kievreport.com
Kateqoriya:1895-ci ildə yarananlar Kateqoriya:1893-cü ildə yarananlar Kateqoriya:İncəsənət festivalları Kateqoriya:İncəsənət sərgiləri Kateqoriya:İtaliya film festivalları Kateqoriya:İtaliya memarlığı Kateqoriya:İtaliyada sənət Kateqoriya:Müasir incəsənət Kateqoriya:Sənət tədbirləri Kateqoriya:Ukrayna incəsənəti Kateqoriya:Venesiyada incəsənət Kateqoriya:Venesiyanın görməli yerləri Kateqoriya:Avropa mədəniyyət təşkilatları Kateqoriya:Fotoqrafiya festivalları Kateqoriya:İtaliyadakı hadisələr Kateqoriya:Mədəniyyət festivalları Kateqoriya:Venesiya