thumb|İsveç masası İsveç masası — çoxsaylı yeməklərin bir-birinin yanında təqdim edildiyi və qonaqların özləri tərəfindən boşqablara götürüldüyü yemək təqdimetmə üsuludur (məsələn, furşet zamanı). Bir çox ölkələrdə bu cür xidmət üsulu bufet xidməti adlanır.
Skandinaviya ölkələrində soyuq qəlyanaltılardan ibarət «smorqosburdet» (, sendviç stolu, qəlyanaltı stolu) adlı süfrənin ayrıca bir otaqda hazırlanması ənənəsi mövcuddur. Qonaqlar burada yemək yedikdən sonra nahar otağına keçirlər və burada artıq ənənəvi nahar edirlər. Rus dilində «İsveç stolu» () adlandırılan üsul bir çox başqa dillərdə bufet adlanır.
Xüsusiyyətləri İsveç stolu zaman keçdikcə bütün dünyada qəbul edilmiş Skandinaviya ənənəsidir. Onun tarixi qədim keçmişə gedib çıxır. Əsrlər əvvəl skandinavlar uzun müddət saxlanıla bilən məhsullardan — duzlu balıqdan, kök tərəvəzlərdən və digər tərəvəzlərdən, hisə verilmiş ətdən — əvvəlcədən tədarük görürdülər. Qonaqlar gəldikdə bütün yeməklər böyük qablarda eyni vaxtda təqdim edilirdi. Bununla da ev sahibləri artıq mərasimlərdən azad olur, ünsiyyət üçün daha çox vaxt əldə edirdilər. XX əsrdə bu kollektiv süfrə üsulu bütün dünyada tətbiq olunmağa başladı.
İsveç stolu prinsipi ilə özünəxidmət zamanı zalda bir və ya bir neçə piştaxta yerləşir və onların üzərində qəlyanaltılar, birinci və ikinci xörəklər, balıq və ət yeməkləri, tərəvəzlər, meyvələr, pendirlər və desertlər ardıcıllıqla düzülür. Qonaq piştaxta boyunca hərəkət edərək daha çox xoşladığı yeməkləri seçə bilər. O, yeməyi boşqablara özü çəkir və ya bunu ofisiant edir.
Bəzi otellərdə piştaxtanın arxasında həmçinin qonaqların sifarişi əsasında yerindəcə əlavələrlə omlet, balıq və s. hazırlayan aşpazlar da olur.
Növləri Yeməyin ödənişi baxımından İsveç stolunun təşkilinin iki əsas növü mövcuddur. Birincisi, ən demokratik variantdır: bu halda istənilən ölçüdə boşqab seçmək və paylama masasının yanına dəfələrlə yaxınlaşmaq mümkündür. Bu zaman qiymət əvvəlcədən müəyyən edilir və götürülən məhsulların miqdarından asılı olmur. İkinci variantda isə ödəniş hazır yeməklərin yerləşdirildiyi boşqabın ölçüsündən asılı olaraq həyata keçirilir (sözdə boşqab sistemi): kiçik, orta və ya böyük boşqab. Bundan əlavə, hər bir yaxınlaşma üçün ayrıca ödəniş edilir.
İstinadlar
Kateqoriya:Qidalanma mədəniyyəti Kateqoriya:Servis və yemək