Badenli Frederika Doroteya Vilhelmina (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, İsveç kraliçası.
12 mart 1781-ci ildə Lübekdə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır. Fransız və İsveçrəli mürəbbiyələrin nəzarətində saray təlim-tərbiyəsi aldı. Uşaqlıq illərində gözəlliyi ilə məşhurlaşsa da, 2 yaşında yaşadığı revmatizmin ardından səhhəti həssaslaşdı.
Rusiya imperatriçası Böyük Yekaterina nəvəsi olan çareviç Aleksandr üçün gəlin namizədi axtarmaqda idi. İlk namizədləri isə məhz Frederika və bacısı Luiza oldu. Bu münasibətlə çariça 1792-ci ilin payızında hər iki qızı analarıyla birgə Sankt-Peterburqa dəvət etdi. Nəticədə bacısı Luiza çareviçlə evləndirildi.
1797-ci ilin avqustunda İsveç kralı IV Qustav Adolfun ziyarətindən sonra kral onunla evlənmək istədi. Cütlüyün nişanı dərhal elan olundu və 6 oktyabr 1797-ci ildə formal olaraq nigahlandılar. Ardından İsveçə doğru yola düşdü və burada kral tərəfindən şəxsən qarşılandı. Cütlüyün toy mərasimi burada 31 oktyabr 1797-ci ildə baş tutdu. Bu əsnada Frederika 16, kral isə 19 yaşında idi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Qustav (1799-1877) Sofiya Vilhelmina (1801-1865) Karl Qustav (1802-1805) Amaliya (1805-1853) Sesilya (1807-1844)
3 aprel 1800-cü ildə Norçöpinqdə cütlüyün tacqoyma mərasimi baş tutdu. Ancaq siyasətdən və dövlət işlərindən uzaq qalan cütlük günlərini səyahət və övladlarıyla vaxt keçirərək keçirirdi. Döyüş meydanındakı məğlubiyyətlət kralın bu rəftarıyla əlaqələndirildi.
Nəticədə 1809-cu ilin martında baş tutan saray çevrilişi ilə IV Qustav Adolf taxtdan endirildi və əmiis XIII Karl taxta çıxarıldı. O əsnada Haqa sarayında olan Frederika və övladları dərhal göz həbsinə alındılar. İl sonunadək burada qaldılar və 6 dekabrda İsveçdən ayrıldılar. Britaniyaya səyahət etmələri qadağan edildiyi üçün səyahətin istiqaməti dəyişdirildi və 10 fevral 1810-cu ildə Badenə gəldilər. Ancaq sürgündə ikən cütlüyün münasibətləri pisləşdi və ayrı-ayrı şəhərlərdə yaşamağa başladılar. Nəhayət, 1812-ci ildə boşandılar. O əsnada həyatda olan 4 övladı isə 1814-cü ildən etibarən bacısının əri olan rus çarı I Aleksandrın himayəsinə verildi.
25 sentyabr 1826-cı ildə Lozannada ürək çatışmazlığı səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Bergamini, John. The Tragic Dynasty: A History of The Romanovs. Konecky&Konecky. ISBN 1-56852-160-X Lincoln, W. Bruce. The Romanovs: Autocrats of All the Russias. Anchor. ISBN 0-385-27908-6 Rey, Marie-Pierre. Alexander I: The Tsar Who Defeated Napoleon. Northern Illinois University Press. ISBN 0875804667 Troyat, Henri. Alexander of Russia. E.P Dutton, Inc. ISBN 0-525-24144-2 Troyat, Henri. Catherine the Great. Plume. ISBN 0-452-01120-5
İstinadlar
Kateqoriya:XVIII əsr monarxları