Hessen-Darmştadtlı Amaliya (; ) — Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı, Baden şahzadəsi.
20 iyun 1754-cü ildə doğuldu. Atası Hessen-Darmştadt landqrafı VIII Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdviq, anası isə Çvaybrükgenli Karolinadır.
Rusiya imperatriçası Böyük Yekaterina yeganə varisi çareviç Pavel üçün gəlin namizədi axtarmaqda idi. İlk namizədləri isə məhz Amaliya və bacısı Vilhelmina oldu. Bu münasibətlə çariça 1772-ci ildə hər iki qızı analarıyla birgə Sankt-Peterburqa dəvət etdi. Ancaq çareviç onu yox, bacısı Vilhelminanı seçdi.
15 iyul 1774-cü ildə bibisi oğlu olan Böyük Baden hersoquluğunun vəliəhd-şahzadəsi Karl Lüdoviklə evləndi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.
Amaliya Kristina (1776-1823)
Karolina (1776-1841) Luiza (1779-1826) Frederika (1781-1826) Mariya (1782-1808) Karl Frederik (1784-1785) I Karl (1786-1818) Vilhelmina (1788-1836)
Tez-tez qızlarının evləndiyi isveç və Rusiyaya səyahətlər etdi. Ancaq bu səyahətlərin birində 16 dekabr 1801-ci ildə İsveç kraliçası olan qızı Frederikanı ziyarətdən dönərkən əri Karl Lüdovik arabası buz üzərində sürüşərək qəzaya uğradı. Nəticədə əri vəfat etdi və onun taxt hüququ yeganə oğlu vəliəhd-şahzadə Karla keçdi.
21 iyun 1832-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (= Arbeiten der Hessischen Historischen Kommission N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD 53, S. 324–325 (Eckhart G. Franz). Ilona Scheidle: "Einziger Mann Badens" in Auseinandersetzung mit Napoleon. Markgräfin Amalie von Baden (1754–1832). In: Heidelbergerinnen, die Geschichte schrieben. München 2006, S. 51–63 Günther Schiwy: Eichendorff, S. 242 Edelgard Spaude: Eigenwillige Frauen in Baden, Rombach, 1999.
İstinadlar
Kateqoriya:Almanlar