İbn əs-Sikkit (; ) — Kufə dilçilik məktəbinə mənsub ədib və dilçi alim.
Bioqrafiyası Onun tam adı Əbu Yusif Yaqub ibn İshaq əs-Sikkitdir. O, Bağdad şəhərində anadan olmuşdur. "Əs-Sikkit" (çok sakit) atasının ləqəbi olduğundan "İbn əs-Sikkit" (Əs-Sikkitin oğlu) nisbəsi ilə məşhurlaşmışdır.
İbn əs-Sikkit Yəhya ibn Ziyad ə-Fərra, əl-Əsmai, Əbu Abdullah ibn əl-Ərəbi, Əbu Əmr əş-Şeybani və başqalarına tələbəlik etmiş, onlardan dilçilik sahəsində bəhrələnmişdir. O, həmçinin dil biliklərini inkişaf etdirmək bir müddət üçün köçəri ərəblər arasında yaşamışdır.
Təhsilini başa vurduqdan sonra Bağdad şəhərinə köçən İbn əs-Sikkit, burada nüfuzlı şəxslərin övladlarına dərs demişdir. Onu dərs dediyi şəxslər arasında Dinəvəri, Əbu Səid əs-Sükkəri, Müfəddəl ibn Sələmə, Abbasi xəlifəsi Mütəvəkkilin oğulları Müəyyəd və Mötəz də var idi.
Söhbətlərin birində İbn əs-Sikkitin Əlioğulları tərəfdarlığına meyil etdiyi məlum olmuşdur. Xəlifənin ünvanladığı suala cavab olaraq Məhəmmədin nəslinə olan sevgisini hər şeydən üstün tutduğunu və bu yolda güzəştə getməyəcəyini bildirmişdi. Bu cavab isə xəlifənin xoşuna gəlməmiş və İbn əs-Sikkit qətlə yetirilmişdir. Mənbələr bu hadisənin 14 və ya 17 oktyabr 858-ci il tarixndə baş verdiyini bildirirlər. Mənbələr İbn əs-Sikkit ilə xəlifə arasında keçmiş dialoqun və ölüm səbəbinin başqa versiyalarını da qeyd edirlər.
İbn əs-Sikkit "İslah əl-məntiq", "əl-Əzdad" və başqa əsərlərin müəllifdir.
İstinadlar Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:Ərəbşünaslar Kateqoriya:IX əsr filosofları Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:IX əsr yazıçıları Kateqoriya:İraqlı şiə müsəlmanları