2026 Azərbaycan Qran-prisi (rəsmi adı ilə "Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2026") — 26 sentyabr 2026-cı ildə Azərbaycanın Bakı şəhərində, Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 yarışı. Azərbaycan Qran-prisi, 2026-cı il Formula Bir Dünya Çempionatının on beşinci mərhələsi idi. Corc Rassell (Mercedes) yarışa poul mövqeyindən başlayıb və qələbə qazanaraq karyerasında ilk "Böyük dəbilqə"ni qazanıb. İkinci və üçüncü yeri "Red Bull" komandasının iki pilotu, Maks Ferstappen və İzak Hacar tutub.
Arxa fon Yarış Bakı Şəhər Halqasında keçirilmiş onuncu Formula 1 Qran-prisi idi. 2026 Azərbaycan Qran-prisi əvvəlcə 27 sentyabr tarixinə planlaşdırılsa da, təşkilatçının və aidiyyəti dövlət qurumlarının müraciətindən sonra Anım Günü ilə əlaqədar bir gün əvvələ keçirilmişdir.
Yarışdan əvvəlki Çempionat sıralaması Həftəsonuna daxil olarkən Kimi Antonelli 292 xalla pilotlar üzrə sıralamada lider idi. O, ikinci yerdə qərarlaşan komanda yoldaşı Corc Rasseli 81 xal, üçüncü yerdəki Lyuis Hemiltonu isə 101 xal qabaqlayırdı. Komandalar üzrə sıralamada isə birinci yeri 503 xalla "Mersedes", ikinci yeri 358 xalla "Ferrari", üçüncü yeri isə 306 xalla "McLaren" komandası tuturdu.
İştirakçılar Pilotlar və komandalar mövsümün iştirakçı siyahısındakılar ilə eyni idi və yarış üçün heç bir əvəzedici pilot əlavə olunmamışdı. Niderland Qran-prisindən əvvəl biləyini zədələmiş İzak Hacar (Red Bull) bu yarış üçün geri qayıtmışdı. Daha əvəl onun son üç Qran-pridəki yerini Liam Louson ("Racing Bulls") tutmuşdu, Lousonu isə "Red Bull"un ehtiyat pilotu Yuki Tsunoda əvəz etmişdi.
Təkər seçimi Təkər təchizatçısı Pirelli bu yarış üçün öz çeşidindəki ən yumşaq tərkiblər olan C3, C4 və C5 birləşmələrini seçərək onları müvafiq olaraq bərk, orta və yumşaq kimi təyin etmişdir.
Məşq Yarış üçün üç azad məşq sessiyası keçirilmişdir. Birinci azad məşq sessiyası 24 sentyabr 2026-cı il tarixində, yerli vaxtla saat 12:30-da (UTC+4) baş tutmuş və Corc Rassellin ("Mercedes") liderliyi ilə başa çatmış, Maks Ferstappen ("Red Bull") ikinci, Şarl Lekler ("Ferrari") isə üçüncü olmuşdur. İkinci sessiya eyni gündə, yerli vaxtla saat 16:00-da keçirilmiş və Rassell komanda yoldaşı Kimi Antonelli və Ferstappeni qabaqlayaraq yenidən birinci olmuşdur. Arvid Lindbladın ("Racing Bulls") 8-ci döngədə maneələrə çırpılması səbəbindən qırmızı bayraq qaldırılmışdır. Üçüncü məşq sessiyası 25 sentyabr 2026-cı il tarixində, yerli vaxtla saat 12:30-da keçirilmiş və Ferstappen Rassel ilə Lyuis Hemiltonu ("Ferrari") üstələyərək birinci yeri tutmuşdur.
Seçim mərhələsi Seçim mərhələsinin yarışları 25 sentyabr 2026-cı il tarixində keçirilmişdir. Təxirə salınaraq yerli vaxtla 16:04-də (UTC+4) başlayan sessiyanın əslində 16:00-da başlaması planlaşdırılmışdı. Bu sessiya əsas yarış üçün start düzülüşü sırasını müəyyən etmişdir. Bu mərhələnin birinci sessiyasında Kimi Antonelli ("Mercedes") birinci döngədə daxili divara çırpılaraq ön-sol asqısını zədələyib. Bu səbəbdən o, sonrakı sessiyalarda iştirak edə bilməmiş və 16-cı yeri tutmuşdur.
Seçim mərhələsinin nəticələri PilotKomandaQ1Q2Q3163 Corc Rassell Mercedes 1:43.615 1:43.462 1:42.5261216 Şarl Lekler Ferrari 1:44.360 1:43.780 1:43.3632381 Oskar Piastri McLaren-Mercedes 1:45.014 1:43.814 1:43.364346 İzak HacarRacing Bulls-Red Bull Ford 1:44.161 1:43.880 1:43.500451 Lando Norris McLaren-Mercedes 1:44.571 1:44.020 1:43.6725644 Lyuis Hemilton Ferrari 1:44.260 1:44.037 1:43.8586710 Pyer Qasli Alpine-Mercedes 1:44.489 1:44.106 1:44.047783 Maks Ferstappen 1:44.041 1:43.706 1:44.0818955 Karlos Sayns Atlassian Williams-Mercedes 1:45.104 1.44.629 1:44.566141043 Alpine-Mercedes 1:45.106 1:44.683 1:44.96391187 Oliver Berman Haas-Ferrari 1:45.288 1:44.775N/A101230 Liam Louson Racing Bulls-Red Bull Ford 1:45.535 1:44.860N/A111323 Aleksander Albon Atlassian Williams-Mercedes 1:45.031 1:45.001N/A121431 Esteban Okon Haas-Ferrari 1:45.039 1:45.016N/A131541 Arvid Lindblad Racing Bulls-Red Bull Ford 1:45.381 1:45.106N/A151612 Kimi Antonelli Mercedes 1:45.504 No timeN/A16175 Qabriel Bortoleto Audi 1:45.799N/AN/A171827 Nkco Hülkenberq Audi 1:45.920N/AN/A181914 Fernando Alonso 1:46.593N/AN/A212011 Serxio Perez Cadillac-Ferrari 1:46.658N/AN/A202118 Lens Stroll 1:47.337N/AN/A222277 Valtteri Bottas Cadillac-Ferrari 1:48.290N/AN/A19107% müddəti: 1:50.868Mənbə: Qeydlər – Karlos Sayns Q3-də sarı bayraqlar zamanı sürəti azaltmadığı üçün cəza alaraq start düzülüşündə 5 mövqe itirdi. – Fernando Alonso mühərrik hissələrini icazə verilən limitdən çox dəyişdirdiyinə görə cəza alaraq start düzülüşündə 30 mövqe itirdi. – Serxio Perez Q1-də Oskar Piastriyə mane olduğu üçün cəza alaraq üç mövqe itirdi. – Lens Stroll mühərrik hissələrini icazə verilən limitdən çox dəyişdirdiyinə görə cəza alaraq start düzülüşündə 30 mövqe itirdi.
Əsas yarış thumb|298x298px|2026 Azərbaycan Qran-prisinin əsas yarışı Yarış 26 sentyabr 2026-cı il tarixində, yerli vaxtla saat 15:00-da (UTC+4) keçirilmiş və 51 dövrədən ibarət olmuşdur.
Əsas yarışın nəticələri PilotKomandaMüddət/ Yarışı tərk etdiXal163 Corc RassellMercedes511:38:02.14312523 Maks FerstappenRed Bull Racing-Red Bull Ford51 +0.19681836 İzak Hacar51 +10.704415416 Şarl LeklerFerrari51 +14.136212512 Kimi AntonelliMercedes51 +14.5121610644 Lyuis HemiltonFerrari51 +22.38268741 Arvid LindbladRacing Bulls-Red Bull Ford51 +31.159156831 Esteban OkonHaas-Ferrari51 +31.189134987 Oliver BermanHaas-Ferrari51 +31.9291021055 Karlos SaynsAtlassian Williams-Mercedes51 +32.4161411127 Niko HülkenberqAudi51 +33.231181230 Liam LousonRacing Bulls-Red Bull Ford51 +34.013111381 Oskar PiastriMcLaren-Mercedes51 +36.40131411 Serxio Perez Cadillac-Ferrari51 +41.40020155 Qabriel BortoletoAudi51 +44.230171677 Valtteri BottasCadillac-Ferrari49Qəza1943Alpine-Mercedes36910 Pyer QasliAlpine-Mercedes35Toqquşma71 Lando NorrisMcLaren-Mercedes35Toqquşma523 Aleksandr AlbonAtlassian Williams-Mercedes29Qəza1214 Fernando AlonsoAston Martin-Honda20Su təyziqi2118 Lens StrollAston Martin-Honda7Su təyziqi22Mənbə: Qeydlər – Qabriel Bortoleto yarışı 13-cü pillədə başa vursa da, sarı bayraqlar altında ötmə əməliyyatı etdiyi üçün yarışdan sonra 10 saniyəlik vaxt cəzası aldı. – Valtteri Bottas yarış məsafəsinin 90%-dən çoxunu qət etdiyi üçün təsnifata daxil edildi.
Yarışdan sonra çempionatda sıralama
Pilotların Çempionat sıralaması Pilot Xal1 Kimi Antonelli3022 Corc Rassell2363 Lyuis Hemilton1994 Lando Norris1865 Şarl Lekler179Mənbə:
Komandaların Çempionat sıralaması Komanda Xal1 Mercedes5382 Ferrari3783 McLaren-Mercedes3064 Racing Bulls-Red Bull Ford2635 Racing Bulls-Red Bull Ford83Mənbə:
İstinadlar
Kateqoriya:Azərbaycan Qran Prisi Kateqoriya:2026-cı ildə Azərbaycanda idman