I Ernest Frederik (; ) — Saksen-Hildburqhauzen hersoqu.

Həyatı 21 avqust 1681-ci ildə Qotada dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu Ernest, anası isə Valdekli Sofiya Henrettadır. 1700-cü ildə Hollandiya birliklərində atasıyla birgə fransızlara qarşı vuruşmağa başladı. Daha sonra Müqəddəs Roma imperatoru I Leopoldun birliklərinə qatıldı və İspaniya mirası uğrunda müharibədə iştirak etdi.

4 fevral 1704-cü ildə Erbaxlı Sofiya Albertina ilə evləndi. Cütlüyün bu nigahdan 14 övladı doğulsa da, bunlardan yalnız üçü yetkinlik yaşına çatdı.

Ernest Lüdovik (1704), yaşı tamam olmadan öldü. Sofiya Amaliya Yelizaveta (1705-1708) Ernest Lüdovik (1707), yaşı tamam olmadan öldü. II Ernest Frederik (1707-1745) Frederik Avqust (1709-1710) Lüdovik Frederik (1710-1759) Ölü doğulan qız uşağı (1711) Ölü doğulan qız uşağı (1712) Yelizaveta Albertina (1713-1761) Emanuel Frederik (1715-1718) Yelizaveta Sofiya (1717), yaşı tamam olmadan öldü. Ölü doğulan qız uşağı (1719) Georq Frederik (1720-1721) Ölü doğulan oğlan uşağı (1721)

Atasının vəfatının ardından 1715-ci ildə ordudakı fəaliyyətini dayandırdı və taxt-taca sahibləndi. Digər bir çox alman əsilzadələri kimi, o da öz sarayında Fransa kralı XIV Lüdovikin dəbdəbəli saray həyatını təkrar etmək istəyirdi. Ancaq bu onun xeyli borclanmasına səbəb oldu. Hətta borclarını ödəmək üçün taxt-taca bağlı bəzi torpaq və qəsəbələri satmağa başladı. Digər yandan artırdığı vergilər səbəbilə 1717-ci ildə kəndli üsyanı başladı.

9 mart 1724-cü ildə Hildburqhauzendə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992

İstinadlar

Kateqoriya:Almaniyanın dövlət başçıları