2029 FİFA U-20 Dünya Kuboku — FİFA U-20 Dünya Kubokunun 26-cı turniri. Turnirin 2029-cu ildə Ermənistan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilməsi planlaşdırılır. Final turnirində 24 komandanın iştirakı nəzərdə tutulur. 2027-ci il turnirindən sonra bu, iki ölkənin birgə ev sahibliyi etdiyi ardıcıl ikinci U-20 Dünya Kuboku olacaq.

Ev sahibinin seçilməsi Ermənistan və Gürcüstan futbol federasiyaları turnirə ev sahibliyi üçün birgə müraciəti 2024-cü ilin iyununda təqdim etmişlər. FİFA Şurası 2026-cı ilin aprelində Vankuverdə (Kanada) FİFA-nın 76-cı Konqresi ərəfəsində keçirilən iclasında turnirin ev sahibliyini Ermənistan və Gürcüstana vermişdir. Gürcüstan Futbol Federasiyasının məlumatına görə, bu, müstəqillik dövründə Gürcüstanın FİFA-nın himayəsi altında keçirilən ilk dünya səviyyəli turnirə ev sahibliyi olacaq.

Şəhərlər və stadionlar Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasına görə, Ermənistanda oyunlar İrəvan, Vanadzor və İcevan şəhərlərində keçiriləcək; Vanadzordakı stadion yenidən qurulur, İcevanda yeni stadion tikiləcək, İrəvandakı Respublika stadionu isə modernləşdiriləcək. Gürcüstandakı ev sahibi şəhərlər və stadionlar barədə məlumat hələlik açıqlanmayıb.

Həmçinin bax FİFA U-20 Dünya Kuboku 2025 FİFA U-20 Dünya Kuboku 2027 FİFA U-20 Dünya Kuboku

İstinadlar

Kateqoriya:FİFA U-20 Dünya Çempionatı Kateqoriya:Ermənistanda futbol Kateqoriya:Gürcüstanda futbol Kateqoriya:Gürcüstanda keçirilmiş beynəlxalq idman yarışları