Apple Arcade — Apple tərəfindən təqdim edilən videooyun abunə xidmətidir. Bu, iOS 13, tvOS 13, iPadOS 13, macOS Catalina və daha sonrakı versiyalarda işləyən cihazlarda xüsusi App Store vərəqəsi vasitəsilə mövcuddur. Xidmət 19 sentyabr 2019-cu ildə istifadəyə verilib.

Apple Arcade proqram təminatı klienti quraşdırma və müntəzəm oyun yeniləmələri, eləcə də bulud əsaslı oyun saxlama xidmətlərini təmin edir və abunəçilərə bir cihazda oyun prosesini dayandırmağa və istənilən vaxt digər cihazda davam etdirməyə imkan verir. Apple Arcade həmçinin müəllif hüquqlarının qorunması vasitəsi, çoxoyunçulu oyun platforması və oyunçular üçün yayım platforması kimi də xidmət göstərir. Kateqoriya:2019-cu ildə tanıdılanlar Kateqoriya:Abunəlik xidmətlər Kateqoriya:Apple proqram təminatı Kateqoriya:Xüsusi proqram təminatı Kateqoriya:MacOS proqram təminatı Kateqoriya:Onlayn oyun xidmətləri Kateqoriya:Proqram təminatının yayılma platformaları