Rusiyanın kölgə donanması — Rusiya-Ukraynaya müjharibəsi ilə əlaqədar Avropa Birliyi və G7 ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan yayınmaq üçün Rusiyadan neft, neft məhsulları və maye qaz daşımaq üçün istifadə edilən gəmi və tankerlər qrupu.

Beynəlxalq sanksiyaları aşmaq üçün şirkətlərin mürəkkəb mülkiyyət və idarəetmə sxemlərindən istifadə edərək bu gəmilər rahat bayraqları tətbiq edir və tez-tez adlarını dəyişdirirlər. Bu donanmada yüklərinin mənşəyini gizlətmək üçün müxtəlif taktikalardan da istifadə olunur, o cümlədən: aşırma (gəmidən); transponderləri söndürmək; yalan məlumatların ötürülməsi və digər aldadıcı və hətta qanunsuz üsullar.

Tarixi Rusiyanın Ukraynaya qarşı 2022-ci il tammiqyaslı sihalı basqını başlayandan sonra Qərb hökumətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiyanın neft ixracını və dəniz ticarətini məhdudlaşdırmaq məqsədilə 2022-ci ilin dekabr ayında Avropa Birliyi və G7 ölkələri Rusiya neftinin yuxarı satınalma həddi kimi bir barel üçün 60 dollar müəyyən ediblər. Məhdudiyyətin tərkib hissəsi olaraq, Qərb sığorta və gəmiçilik şirkətlərinə Rusiyadan dəyəri qeyd olunan yuxarı həddi aşan neft ixracında iştirak etmək qadağan edilib. RF xam neftinə tam qadağa əvəzinə, qiymət həddinin tətbiqi dünya qiymətlərinin kəskin şəkildə artmasının qarşısını almaq məqsədi daşıyıb. Buna cavab olaraq RF kölgə donanması yaradıb, tez bir zamanda vəziyyətdən çıxmağa can atıb .

Norveç Sahil Administrasiyasının təhlilinə görə, 2020-ci ildən 2022-ci ilin sonuna qədər Baltik dənizindən xam neft daşıyan tankerlər əsasən Avropa və Amerika limanlarına yan alıblar. 2022-ci ildən sonra isə bu gəmilərin təyinat ölkələri əsasən Mərakeş, Çin, Hindistan və Yunanıstana olub. Statistikaya görə, hər gün Norveç sularından 12 kölgə donanmasının gəmisi keçib.

"Kölgə donanması" ideyası RF ixtirası deyil. Bu sxem uzun müddət İran və Şimali Koreya, eləcə də narkotik kartelləri tərəfindən istifadə olunub, lakin RF ilə bağlı yenilik bu donanmanın iqyası olub. RF öz kölgə donanmasını qurmağa başladıqdan sonra okeanları qət edən bu donanmaya aid gəmilərinin sayı yüzlərlə artıb və 2026-cı ilə dünyanın ümumi neft tankerləri donanmasının 17%-ni təşkil edib .

"The Economist" jurnalının yazdığına görə, "Rusiya kölgə donanması" gəmilərinin sayı 2022-ci ildəki 200-dən 2025-ci ildə təxminən minə çatıb.

Kölgə Donanmasının İstismarı Rusiya Federasiyasının Avropa İttifaqı və G7 ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan uğurla dəf edilməsi qismən kölgə donanması gəmilərinin, çox vaxt düzgün sığortalanmayan və şübhəli sahiblərinə qeydiyyatdan keçirilməyən köhnə gəmilərin geniş istifadəsi ilə əlaqələndirilir. Bu cür gəmilər həm neft, həm də maye qazın daşınması üçün istifadə olunur. Kölgə donanması ilə əlaqəli bir neçə hadisə də baş verib. Kölgə donanmasının istifadəsi RF neftinin sanksiyalarla müəyyən edilmiş yuxarı qiymət həddindən baha satılmasına imkanı yaradıb .

Kölgə donanması əsasən standart sığorta olmadan üzən, tez-tez adlarını və qeydiyyatlarını dəyişən və sahiblərini müəyyən etmək çətin olan köhnə gəmilərdən ibarətdir. Bir qayda olaraq, bu cür gəmilər dəniz qanunlarını pozaraq fəaliyyət göstərir. Venesuela, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi ilə kölgə donanması kütləvi şəkildə peyda olmağa başladı. Kölgə donanması sanksiyalar altında olan dövlətlərin maraqlarını təmin edir .

Kölgə gəmilərində sənaye üçün standart olan, lakin məcburi olmayan P&I sığortası olmayıb. 2023-cü ilin oktyabr ayına qədər Rusiyadan xam neft daşıyan gəmilərin üçdə ikisi naməlum şirkətlər tərəfindən sığortalanıb. Gəminin lazımi qaydada sığortalanmadığı hallarda, bu cür gəmilərlə bağlı hadisələrdən irəli gələn problemlərin həlli xərcləri hadisənin baş verdiyi ölkələrin vergi ödəyiciləri tərəfindən ödənilir . Kölgə donanmasının gəmilərinin sahibləri Qərbdən kənar ölkələrdə yerləşirlər və şəxsi məlumatlarını gizlədirlər. Çox vaxt gəmilər ünvanı olmayan yeni şirkətlərə məxsusdur. Kölgə donanmasının gəmilərinin çoxu köhnədir və müntəzəm texniki yoxlamalardan keçmir. Naviqasiya zamanı kölgə donanmasının gəmiləri çox vaxt gəmi-təsbit sistemi olam AIS sistemini söndürür .

İstifadəsi Rusiya-Ukrayna mühasibarəsi başlayandan sonra RF kölgə donanması gəmilərinin sayı təxminən 1400, təkcə ilk ildə 600 ədəd artıb. Kölgə donanmasından zərər çəkən ölkələrin kölgə donanmasının gəmilərini öz sularından çıxarmaq üçün kifayət qədər resursu olmayıb, çünki bu, RF ilə münasibətlərin gərginləşməsinə səbəb ola bilərmiş. Kölgə donanması bir və ya iki tankerlik yüzlərlə şirkət vasitəsilə idarə olunub. RF Kölgə donanmasının gəmiləri sorğulama zamanı Rusiya neft terminallarına daxil olduqlarını gizlətməyiblər.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin açıqlamasına görə, RF kölgə donanmasının yaradılmasına 8 milyard dollardan çox pul xərcləyib. Bunun yaradılması səbəblərindən biri G7 ölkələrinin tətbiq olunan yuxarı qiymət həddi və donanma gəmilərinin sıöortalanmasına qoyulan məhdudiyyətlər səbəb olub. Kiyev İqtisadiyyat Məktəbi 2024-cü ilin fevral ayından bəri kölgə donanmasına Rusiya investisiyalarının həcmini 10 milyard dollar kimi qiymətləndirib .

"Trafigura" treyderinin sözlərinə görə, 2023-cü ilin fevral ayına qədər təxminən 600 kölgə donanması tankeri Rusiya nefti və neft məhsullarını daşıyıb və "Votrexa"nın məlumatına görə, həmin ilin dekabr ayına qədər belə gəmilərin sayı 1089-a çatmışdı. 2023-cü ildə dünyanın kölgə donanmasının 75%-i Rusiya neftini daşıyıb.

Bloomberg-in 2023-cü ilin dekabr ayına olan hesablamalarına görə, Rusiya neftinin 45%-i kölgə donanması gəmiləri vasitəsilə daşınıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Rusiyanın Hindistana neft tədarükü gündə 88.000 barel idi; 2024-cü ilin iyun ayına qədər bu rəqəm gündə 1,8 milyon barelə çatmışdı. Tətbiq edilən sanksiyalar Rusiya neftinin Hindistana çatdırılmasını çətinləşdirib və bu da kölgə donanmasının aktiv istifadəsinə səbəb olub .

Trafigura şirkətinin hesablamalarına görə, kölgə donanmasına qlobal bazarın 20%-ni təşkil edən 400 xam neft tankeri daxildir. Bundan əlavə, "boz donanma"nı daha 900 gəmi təşkil edir — bu gəmiləri kölgə donanması kimi təsnif etmək olmaz, lakin onların sahiblərini müəyyən etmək çətindir, sanksiya qanunvericiliyinə riayət etmələri də çətindir. Kölgə donanması bütün maye daşıyan gəmilərin 10%-ni təşkil edir .

2023-cü ilin dekabr ayında Vortexa hesablamışdır ki, 2021-ci ilin yanvar ayı etibarilə qlobal kölgə donanmasında Rusiya neftinin daşınması ilə məşğul olan 1649 gəmi, o cümlədən 1089 tanker var idi .

Norveç Sahil Administrasiyasının məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri Baltik dənizindəki Rusiya limanlarından tankerlərin hərəkəti sxemləri dəyişib. Nəql olunan xam neftin həcmi artdı və neftin daşındığı məsafələr də artdı. Norveç Sahil Administrasiyasının məlumatına görə, neftin bir hissəsi son təyinat yerinə çatdırılmazdan əvvəl tankerdən tankerə ötürülür. Nəzarət edilən bəzi gəmilər Ərəbistan və Aralıq dənizlərində əsassız dayanacaqlar edir ki, bu da neftin gəmidən gəmiyə daşındığını göstərir .

Bəzi ölkələr fərdi gəmilərə sanksiyalar tətbiq etsələr də, bu, kölgə donanmalarının istifadəsini dayandıra bilməyib. Gəminin Rusiyanın kölgə donanmasına məxsus olduğunu sübut etmək üçün lazımi miqdarda dəlil toplamaq xeyli vaxt tələb edir. Və bir gəmi istifadə edilə bilmədikdə, onun əvəzedicisi tez bir zamanda tapılır .

Kölgə donanması vasitəsilə daşınan Rusiya neftinin əsas hissəsi ya yenidən satılır, ya da emal olunur, daha sonra neft məhsulları kimi digər ölkələrə, o cümlədən Avropa ölkələrinə satılır. 2023-cü ildə Rusiyadan Hindistana neft idxalı 140% artmış, Hindistandan Avropa Birliyinə neft məhsullarının ixracı isə 115% artmışdır .

2024-cü ilin mart ayından etibarən Rusiya mayeləşdirilmiş təbii qaz daşıyan kölgə donanması yaratmaq cəhdlərinə başlayıb . 2024-cü ilin iyun ayında Bloomberg Rusiyanın mayeləşdirilmiş təbii qaz daşıya bilən bir sıra tankerlər üzərində nəzarəti ələ keçirdiyini bildirdi . 2024-cü ilin avqust ayından bəri, kölgə donanması vasitəsilə Arctic LNG 2 — dən 8 tədarükün həyata keçirildiyi iddia edilir . 2024-cü ilin iyul ayında Rusiyanın mayeləşdirilmiş təbii qazın daşınması üçün 50-dən çox tanker aldığı barədə məlumatlar ortaya çıxdı. Gəmilər BƏƏ-də qeydiyyatdan keçib. BƏƏ-nin White Fox Ship şirkətinə qeydiyyatdan keçmiş bəzi tankerlər Yamal LNG zavodundan qazın daşındığı Şimal Dəniz Yolunun sularında üzmək üçün icazə alıblar .

14 oktyabr 2024-cü il tarixinə olan məlumata görə, Rusiya neftinin dəniz yolu ilə daşınmasının 70%-ə qədəri kölgə donanması tərəfindən həyata keçirilib. Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, 2024-cü ilin iyun ayına qədər Rusiyadan kölgə donanması tankerlərindən istifadə edərək dəniz yolu ilə neft daşınmasının həcmi bir ildə təxminən iki dəfə artaraq gündə 4,1 milyon barel təşkil etmişdir .

Bloomberg-in məlumatına görə, təhlükəli marşrutlarla Hindistana neft ixrac edən Rusiya kölgə donanmasının gəmiləri, silahları Böyük Britaniyada qeydiyyatdan keçmiş Sinbad Navigation şirkətinin arsenal gəmilərindən qorunmaq üçün istifadə edir. Təhlükəli sulara girməzdən əvvəl Rusiya gəmiləri 3–4 silahlı mühafizəçi ilə təchiz olunur (əsasən Nepal, Hindistan və ya Şri-Lanka vətəndaşları). Təhlükəli hissəni keçdikdən sonra gəmini tərk edirlər. Bu, artıq üç belə gəminin — Genesis, Siam və Antarctic Dream lisenziyalarının ləğvinə səbəb olub.

BBC Verify tərəfindən 2026-cı ilin yanvar ayında dərc edilmiş Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, kölgə donanması gəmiləri ilə daşınan neftin həcmi ildə 87–100 milyard ABŞ dollarına bərabərdir .

Çeşidlər Winwart təsnifatına görə, kölgə donanması "tünd" və "boz" gəmilərə bölünür. "Qaranlıq" donanmaya məxsus gəmilər yerlərini gizlədir və ya saxtalaşdırır, eləcə də qanunsuz mallar daşınarkən identifikasiya sistemlərini sıradan çıxarır və tez-tez adlarını və qeydiyyat ölkələrini dəyişdirirlər. "Boz" donanma, əsl sahiblərinin kimliyini gizlətmək və qanuna riayət illüziyası yaratmaq üçün yaradılmış, gəmiqayırma şirkətlərinə qeydiyyatdan keçmiş gəmilər qrupudur. "Boz" donanma Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra meydana çıxdı .

Sanksiyalar Sentyabr ayında Böyük Britaniya sanksiya qanunvericiliyini pozaraq Rusiyadan neft və qaz daşıyan 10 tankerə qarşı sanksiyalar tətbiq etdi. Bu gəmilərin limanlara daxil olması və Böyük Britaniya Gəmiçilik Reyestrində qeydiyyata alınması qadağandır .

2023-cü ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) BƏƏ və Türkiyədə yerləşən iki kölgə donanması operatoruna, eləcə də onların idarə etdiyi iki gəmiyə qarşı sanksiyalar tətbiq etdi. 2023-cü ilin dekabr ayının əvvəlində OFAC üç əlavə operatora və üç gəmiyə sanksiyalar tətbiq etdi. Böyük Britaniya 21 gəmiyə sanksiya tətbiq etdi . 2024-cü ilin fevral ayına qədər ABŞ Rusiya neftini daşıyan təxminən 50 gəmiyə sanksiya tətbiq etmişdi, onların yarısı sonradan bunu dayandırdı və digər gəmilərlə əvəz olundu .

2025-ci ilin yanvar ayında ABŞ Maliyyə Nazirliyi 183 Rusiya gəmisinə sanksiya tətbiq etdi ki, bunlardan bəziləri kölgə donanması kimi təsnif edilir .

2025-ci ilin may ayına olan məlumata görə, Rusiyanın kölgə donanmasının AB-nin qara siyahısına təxminən 350 gəmi daxil idi .

12 sentyabr 2025-ci ildə Böyük Britaniya Rusiyanın kölgə donanmasına məxsus daha 70 gəmiyə sanksiya tətbiq etdi .

Qanunvericilik Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ haqqında Konvensiyasına (UNCLOS) əsasən, gəmilərə ölkə sahillərinə bitişik 12 dəniz mili də daxil olmaqla ərazi sularından sərbəst keçid hüququ verilir . Konvensiyada həmçinin ətraf mühit üçün ciddi təhlükə yaradan gəmiçiliyin məhdudlaşdırılması yollarını nəzərdə tutan maddələr də var .

Kölgə donanması keçid üçün Danimarka boğazlarından istifadə edir. 1857-ci il Kopenhagen Konvensiyasına əsasən, ticarət gəmilərinin Danimarka boğazlarından dinc keçid hüququ təmin edilir .