Məmməd bəy Əliyev (tam adı: Məmmədqasım Hüseyn oğlu Əliyev; ) — Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında ilk hərbi attaşesi, Azərbaycanın geodeziya-topoqrafiya üzrə ilk professoru (1931), Azərbaycan SSR əməkdar elm xadimi (1945).ƏЛИЈЕВ Məммəдгасым Һүсејн оғлу // Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə,cild-4, E-İ. ASE Baş redaksiyası. Bakı.-1980.-592 s.Səh.174-175.
Həyatı
1882–1918-ci illərdə Məmməd Hüseyn oğlu Əliyev 10 fevral 1882-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Atası Hüseyn bəy kənd məktəbində iki sinif təhsilə malik olaraq, Azərbaycan sovetləşənə qədər qəza divanxanasında tərcüməçi və dəftərxana qulluqçusu, sovetləşmədən sonra Gəncədə torpaq ölçən kimi xidmət etmiş, 1926-cı ildə vəfat etmişdir. Anası Məmməd bəy 8 yaşında olarkən vəfat etmişdir.
Gəncə şəhər məktəbində 8-illik təhsilini (1890–1898) bitirdikdən sonra iki il Yelizavetpol mərzçəkmə dairəsində çertyojçu kimi xidmət etmiş, daha sonra isə 1899-cu ildə müsabiqə imtahanı ilə Tiflis yerölçmə məktəbinə daxil olmuş və burada yoxsulluq və uğurlarına görə ona ayda 10 rubl təqaüd təyin edilmişdir. 1902-ci ildə 1-ci dərəcəli yerölçən ixtisası ilə məktəbin 3-illik tam kursunu bitirmiş (fərqlənmə ilə) və elə həmin il müsabiqə imtahanı ilə Sankt-Peterburq Hərbi Topoqrafiya Məktəbinə daxil olaraq, professorlar N. D. Artamonov, İ. İ. Pomeransev, V. V. Vitkovskinin rəhbərliyi altında təhsil almışdır. Məktəbi 1905-ci ildə 1-ci dərəcə ixtisasla (fərqlənmə ilə) bitirmişdir.
Təhsilini bitirdikdən sonra Peterburq şəhərində Finlandiya və Sankt-Peterburq quberniyasının Topoqrafik çəkiliş idarəsinə göndərilərək, Hərbi topoqraflar korpusunda topoqrafik işlər icraçısı vəzifəsində xidmətə başlamışdır. 1905-ci ilin yayında Məmməd bəy Əliyev Baltıkyanı diyarına ezam edilərək, burada Riqa körfəzi sahillərində Liflyandiya quberniyasında instrumental topoqrafik çəkiliş aparmışdır. Yaponiya ilə müharibə sona çatdıqdan sonra Məmməd bəy Əliyev 1906-cı ildə Peterburq çəkiliş idarəsinin tərkibində 2-ölçülü çəkiliş üzrə topoqrafiya-geodeziya işlərinin yerinə yetirilməsi üçün geodeziyaçı Şulginin rəhbərlik etdiyi 3-cü Mancuriya topoqrafiya-geodeziya çəkiliş dəstəsində Uzaq Şərqə, Şimali Mancuriyaya ezam olunmuşdur.M. Mərdanov, Ə. Tahirzadə. “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (Ensiklopedik soraq kitabı), II cild, B-Ə. Bakı.-“Təhsil”, 2019. 552 s,. Səh. 400-403. Bu işlər başa çatdıqdan sonra 16 may 1907-ci il tarixindən Çəkiliş idarəsi ilə birlikdə Riqa şəhərinə keçirilmiş və Şimal-Qərb diyarı, Qrodnı, Volınski və Kiyev quberniyalarının topoqrafiya işlərinin icraçısı təyin edilmişdir. Öz topoqrafiya-geodeziya işlərini tanınmış hərbi geodeziyaçılar, professorlar Savitski, Şulgin və Koverskinin bilavasitə rəhbərliyi altında aparmışdır.
29 mart 1908-ci il tarixindən öz təkidli xahişi ilə Vətəninə, Qafqaza, Tiflis şəhərində (hazırkı Tbilisi) yerləşən Qafqaz hərbi-topoqrafiya şöbəsinə təyin edilmiş və burada topoqrafiya, xəritəçəkmə işlərinin icraçısı və geodeziya işləri icraçısının köməkçisi vəzifələrində çalışaraq, trianqulyasiya, topoqrafik çəkiliş və xəritəçəkmə işləri aparmışdır. 1913-cü ildə məşhur astronomgeodeziyaçı P. N. Kremlyakovla birlikdə topoqrafik partiyanın tərkibində Məmməd bəy Əliyev Türkiyə-İran sərhədlərinin müəyyən edilməsi üzrə beynəlxalq sərhəd komissiyasına daxil olan geodeziya komissiyasına ezam edilmişdir. Komissiya ilə İstanbulda görüşmüş Məmməd bəy Əliyev Fars körfəzinə yollanmışdır. Həmin beynəlxalq komissiyanın tərkibinə bu diyarın flora və faunasını öyrənmək üçün müxtəlif ölkələrin və elmi peşələrin (zoologiya, tibb, botanika və s.) nümayəndələri daxil idi. Məmməd bəy Əliyev komissiya nümayəndələri ilə birlikdə dəqiq geodeziya işlərinin aparıldığı Babil və Şuştər şəhərinin qazıntı işləri üzrə fransız və alman ekspedisiyalarında oldu. M. Əliyev qeyd edirdi ki, fransız və alman geodeziyaçı və mühəndislərinin sərəncamlarında olan əla avadanlıq sayəsində apardıqları iş metodları ilə ətraflı tanış olub və onları öyrənərək, faydalı çox şey əldə etmişdir. Geodeziya komissiyasının vəzifəsi Fars körfəzində Şəttül-Ərəb çayının mənsəbindən Ararat dağındakı birinci dərəcəli triqonometrik nöqtəyə qədər I–II sinif üçbucaqların trianqulyasiya zəncirinin çəkilməsi, bazislərin Yederin cihazları ilə ölçülməsi, ölçülmüş bazislərin uclarının coğrafi koordinatlarının müəyyən edilməsi, Hind-İngilis trianqulyasiyasının Zaqafqaziya trianqulyasiyası ilə birləşdirilməsi məqsədilə trianqulyasiya zəncirinin müstəqil çəkilməsi işlərinin yerinə yetirilməsindən ibarət idi. Geodeziyada trianqulyasiya sahənin üçbucaqlarla örtülməsi və onların bəzi tərəf və bucaqlarının bilavasitə ölçülməsi, digər parametrlərinin isə hesablanmasını nəzərdə tutan dəqiq ölçü metodudur. Bu komissiya iki il ərzində (1913–1914-cü illər) 8000 kilometrdən artıq qət edərək, trianqulyasiya şəbəkəsi qurmuşdur.M.Mərdanov,Ə.Tahirzadə.“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ( Ensiklopedik soraq kitabı),VII cild,S.Bakı.-“Təhsil”,2022. 520 s.,Səh.293.
Bu işlər sona çatdıqdan sonra 1914-cü ilin sentyabr ayında Rusiya altkomissiyası Tiflisə qayıtmışdır. Bu möhtəşəm iş güclü isti, tamamilə tədqiq olunmamış ərazilərdə nəqliyyatın olmaması və zəhərli ilanların dişləməsi nəticəsində insan qurbanları və s. ilə ağırlaşan inanılmaz çətin şəraitdə yerinə yetirilmişdir. Bir dəfə M. Əliyevi ilan sancmış və o zəhəri sovura bilmiş denşik (zabitə xidmət edən əsgər) tərəfindən xilas olunmuş, ilan öldürülmüş və sonradan Peterburqda bu ekspedisiyaya həsr olunmuş sərgidə nümayiş etdirilmişdir. Geodeziya işləri komissiya üzvləri arasında bölüşdürülmüşdü və Məmməd bəy Əliyevə trianqulyasiyanın müstəqil şəkildə aparılması və Kürdüstan və Luristanda aralıq bazisinin birgə ölçülməsi imkanı yaranmışdır. Beynəlxalq ekspedisiyanın apardığı işlərin nəticələri böyük beynəlxalq və dövlətlərarası əhəmiyyətə malik olmuş və Rusiya elmi ədəbiyyatında dərc olunmuşdur. Məmməd bəy Əliyevin iştirakı ilə tərtib edilmiş xəritələr bu günədək də aktuallığını qoruyub saxlayır və istifadə olunur. 1914-cü ilin sentyabrında ekspedisiyadan Tiflisə qayıtdıqdan sonra M. Əliyev işini Qafqaz Hərbi-topoqrafiya şöbəsində davam etdirmişdir. 6 dekabr 1914-cü il tarixində ona kapitan rütbəsi verilmiş və 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti zamanı (1918–1920-ci illərdə) 1918-ci ildə Qafqaz Hərbi-topoqrafiya şöbəsi Zaqafqaziya Hərbi-topoqrafiya şöbəsinə çevrilmiş və Məmməd bəy Əliyev mütəşəkkil Azərbaycan Bölməsinin rəisi təyin edilmişdir. Qafqazda baş verən inqilabi hadisələrlə əlaqədar olaraq 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdurАзербайджанская Демократическая Республика (1918-1920). Армия. Документы и материалы). Баку. 1998. стр-87. Издательство «Азербайджан», 440 стр.. Zaqafqaziya Hərbitopoqrafiya şöbəsi ləğv edildikdən sonra podpolkovnik Məmməd bəy Əliyev yaradılmış Azərbaycan Cümhuriyyıti Hərbiyyə Nazirliyi yanında yeni təşkil olunmuş Azərbaycan topoqrafiya şöbəsinin rəisi təyin edilmişdir“Официальный отдел. Действия правительства” //«Азербайджан», 29 апреля 1919 г. № 87. cтр.-1.. Hərbi Nazirliyin 147 saylı, 26 mart 1919-cu il tarixli əmri ilə podpolkovnik M. Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi yanında Baş Qərargah rəisinə tabe olmaqla hərbi attaşe təyin edilmişdir. Əmr general Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç tərəfindən imzalanmışdır.Из приказа С.С. Мехмандарова о структуре Отдела генерал-квартирмейестера Главного управления Генерального штаба.№157 (опущен параграф о Военно-топографическом отделе)// Гянджа: 28 марта 1919 г.) Azərbaycan Respublikası Dövlət Arxivi, F. 2894, siy. 1, iş-4, vərəq-12
Azərbaycan arxivində 26 fevral 1919-cu il tarixli, 894 saylı və Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı səfiri M. Y. Cəfərov və Gürcüstanda hərbi attaşe v.i.e. podpolkovnik M. Əliyev tərəfindən imzalanmış maraqlı bir teleqram saxlanılırAzərbaycan Respublikası Dövlət Arxivi,Fond-970, siy.1,iş-42,vərəq 10,14: ADR-in hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Azərbaycanın Gürcüstan Respublikasındakı hərbi attaşesi, polkovnik-leytenant Məmməd bəy Əliyevə Tiflis muzeyində saxlanılan Azərbaycan bayraqları və dövlətçilik rəmzlərinin Gürcüstan hökumətindən razılıq alınaraq Bakıya qayıtması da tapşırılıb.Знамя Мехтигулу хана Карабахского или кого российские императоры признавали правителем Карабаха,Сабухи Ахмедов
Diqqət yetirin ki, söhbət Bakı Şəhər Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) rəhbərlərindən biri kimi 1918-ci il sentyabrın 20-nə keçən gecə Krasnovodsk yaxınlığında güllələnmiş hesab edilən Şaumyandan gedir. Tiflisdən M. Əliyev Baş Qərargahın rəisi M. Sulkeviçin ünvanına göndərdiyi məlumatda göstərirdi ki, ayın 23-ü saat 4-də poruçik İvanov Tiflisə gəldi. 28-də Gəncə ilə, praporşik Mordvinovla danışdı. Elə həmin gün axşam Bakı istiqamətinə yola düşdü.E. Qoca, “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı.-“Şuşa”.-2000.-144 s.,Səh.43-44. "31.03.1919-cu il. Tiflis, Azərbaycan diplomatik missiyasına, Əliyevə. Poruçik İvanov 29-da həbs edilmişdir. O, Tiflisdə Kərpiç döngəsi ev 13, ya da 14-də yaşayan öz rəisi kəşfiyyat bölməsinin rəisi podpolkovnik Dobrotinə məlumatlar ötürürdü. Müşahidəni davam etdirin. Sulkeviç".E. Qoca, Azərbaycan xüsusi xidmətləri (1918-1920). Bakı.-“Şuşa”.-2004.-208 s., Səh.50-67.
"2 aprel 1919-cu il, № 1302, Tiflis. İvanov Duşet küçəsi 24-də qaldı. İlk görüş… arvadının köməyi ilə Dobrotinin özü ilə oldu. İvanovla Dobrotinin münasibətlərini dəqiq aydınlaşdırmaq və mükafatın həcmini müəyyənləşdirmək lazımdır. Əliyev".
Məmməd bəy Əliyev gənc respublika üçün hərbi kadrların hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Cümhuriyyətinin hərbi idarəsinə göndərilmiş raportlardan birində o Tiflisdə teleqrafçılar və təyyarəçilərin hazırlığını təşkil etməyi təklif edərək, yerli dövlət orqanlarının razılıq verdiyini qeyd etmişdir. Tezliklə, Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç və rotmistr X. Xudaverdiyev tərəfindən imzalanmış 1 iyun 1919-cu il tarixli məktubla 19 nəfər M. Əliyevin sərəncamına göndərilir, onlardan 10 əsgər radioteleqrafçı kursları, 9 nəfər kiçik zabit isə hərbi təyyarəçi kurslarına yönəldilir.A. Rüstəmli. “İlk hərbi attaşemiz”// “Xalq qəzeti”, 28. 01. 1992. № 19 (21643),səh.-3. 3 aylıq kursları bitirdikdən sonra zabitlər şərəflə ordunun sərəncamına göndərilirlər. 14 sentyabr 1919-cu il tarixində hərbi nazir orduda aviasiya dəstəsinin yaradılması haqqında əmr verir. Bu tarix Azərbaycan Hərbi-hava qüvvələrinin doğum tarixi hesab edilir. 19 avqust 1919-cu il tarixində Azərbaycan Ordusu Baş Qərargahı yanında aviasiya dəstəsinin rəisi hərbi təyyarəçi podporuçik Teymur xan Əfşar təyin edilir.A.Rüstəmli,” Ədəbi istiqlalımız”. Bakı.-“Elm”.-2004.-382 s. Səh.94-101.
Məmməd bəy radioteleqrafçıların hazırlığında böyük rol oynamışdır. Bu sahədə mütəxəssislərin hazırlanması nəticəsində və onların köməyi ilə Azərbaycan hökuməti xarici ölkələrlə əlaqə saxlaya bilirdi, 1 mart 1920-ci il tarixindən fəaliyyətə başlamış ilk milli teleqraf agentliyi təşkil edilmişdir. Lakin həmin ilin 28 aprel tarixində Azərbaycan Cümhuriyyətinin süqutu üzündən AZƏRTAC müstəqil agentlik kimi cəmi iki ay fəaliyyət göstərə bilmişdir. M. Əliyevin kəşfiyyat məlumatlarının toplanması, kəşfiyyatçıların hazırlanmasına töhfəsini də qeyd etmək lazımdır. Arxivlərdə müşahidənin təşkili və əməliyyat-kəşfiyyat məlumatlarının toplanması ilə bağlı böyük sayda materiallar saxlanılır.E. Qoca, Azərbaycan kəşfiyyatı və əks- kəşfiyyatı (1918-1920). Bakı.-“Elgün”.-2018. 88 s.,Səh.-24. Hərbi attaşe xətti ilə Tiflisdən Bakıya çox qiymətli informasiya axını olmuşdur. General Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç tərəfindən imzalanmış və Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinə göndərilmiş məxfi məktubda deyilirdi: